Gələcək barədə nə fikirləşirsiniz?
Sizcə, dünyadakı vəziyyət...
-
olduğu kimi qalacaq?
-
daha betər olacaq?
-
yaxşılaşacaq?
MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?
«Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq, çünki əvvəlki şeylər keçib getdi» (İncil, Vəhy 21:4).
BU SİZİN ÜÇÜN NƏ MƏNA KƏSB EDİR?
Mənalı və sevinc gətirən iş (Peyğəmbərlərin kitabı, Əşiya 65:21—23).
Xəstəliyin və ağrı-acının olmayacağı həyat (Peyğəmbərlərin kitabı, Əşiya 25:8; 33:24).
Doğmalarınızın və dostlarınızın əhatəsində xoşbəxt əbədi həyat (Zəbur 37:11, 29).
MÜQƏDDƏS KİTABDA DEYİLƏNLƏRƏ İNANMAQ OLARMI?
Bəli, olar, ən azı iki səbəbə görə:
-
Allah Öz vədlərini yerinə yetirməyə qadirdir. Müqəddəs Kitabda yalnız Yehova Allah «Qüdrət Sahibi» adlanır, çünki Onun gücünün həddi-hüdudu yoxdur (İncil, Vəhy 15:3). Elə buna görə də O, yer üzündəki şəraiti yaxşılığa doğru dəyişəcəyinə dair vədini həyata keçirməyə qadirdir. Müqəddəs Kitabda deyildiyi kimi, «Allah üçün hər şey mümkündür» (İncil, Mətta 19:26).
-
Allah vədini yerinə yetirmək istəyir. Məsələn, Müqəddəs Kitabda deyilir ki, Allah ölən insanların həsrətini çəkir və onları həyata qaytaracağı vaxtı gözləyir (Peyğəmbərlərin kitabı, Əyyub 14:14, 15).
Həmçinin Müqəddəs Kitabda yazılıb ki, İsa peyğəmbər xəstələrə şəfa verirdi. Bəs o, nəyə görə belə xeyirxah əməllər görürdü? Çünki bu, onun ürəyindən gəlirdi (İncil, Mark 1:40, 41). Allaha-Taala kimi, İsa peyğəmbər də ehtiyacı olanlara yardım etmək istəyirdi (İncil, Yəhya 14:9).
Bəli, Yehova Allah bizim xoşbəxt gələcəyə qovuşmağımıza kömək etmək istəyir! (Zəbur 145:16; İncil, 2 Butrus 3:9).
DÜŞÜNÜN
Allah yer üzündə şəraiti yaxşılığa doğru necə dəyişəcək?
Bu sualın cavabı Müqəddəs Kitabın aşağıdakı ayələrində yazılıb: MƏTTA 6:9, 10; DƏNYAL 2:44.