Mikə 1:1—16

  • Səməriyyə ilə Yəhudaya hökm (1—16)

    • Hökm qiyam və günaha görədir (5)

1  Yəhuda padşahları+ Yutəm+, Əhəz+ və Hizqiyyənin+ dövründə mührəstli Mikəyə*+ Yehovanın sözü, Səməriyyə və Yerusəlim barədə vəhy nazil oldu:   «Eşidin, ey xalqlar! Ey dünya və onun içindəkilər, dinləyin! Qoy Yehova, Külli-İxtiyar YehovaÖz müqəddəs məbədindən sizi ittiham etsin.+   Budur, Yehova Öz məkanından çıxır,O enəcək və yerin zirvələrini əzib keçəcək.   Dağlar ayaqları altında əriyəcək,+Dərələr yarılacaq,Mum alov qarşısında əriyən kimi,Gur sular yarğan açan kimi.   Bütün bunlar Yaqubun qiyamı,İsrail evinin günahları ucbatındandır.+ Yaqubun qiyamına görə kimdir müqəssir? Səməriyyə deyilmi?+ Yəhudanın səcdəgahlarına*+ görə kimdir müqəssir? Yerusəlim deyilmi?   Mən Səməriyyəni xarabazara,Meynə əkmək üçün bir sahəyə çevirəcəyəm. Daşlarını dərəyə tökəcəyəm,Bünövrəsini çılpaq qoyacağam.   Bütün oyma bütləri parça-parça olacaq,+Ona muzd olaraq verilmiş hədiyyələr odda yanacaq.+ Onun bütün bütlərini məhv edəcəyəm. Bunlar fahişəliklə yığılmışdı,Fahişələr üçün də xərclənəcək».   Buna görə mən ağlayıb fəryad edəcəyəm,+Ayaqyalın və çılpaq gəzəcəyəm.+ Çaqqal kimi ulayacağam,Dəvəquşu kimi fəğan qoparacağam.   Çünki onun yaraları sağalmazdır.+ Bəla Yəhudayadək,+Xalqımın darvazalarınadək, Yerusəlimədək gəlib çatıb.+ 10  «Bu barədə Catda səs salmayın,Orada ağlamayın! Beyt-Əfrada toz-torpağın içində dığırlanın. 11  Ey Şafir əhli, çıl-çılpaq, biabırçılıq içində yola düş. Sənaan əhli şəhərdən çıxmır. Beyt-Əzəl ah-fəğan edəcək, səni sığınacaqsız qoyacaq. 12  Mərut əhli xeyir gözləyirdi,Ancaq Yehova Yerusəlimin darvazalarına bəla göndərdi. 13  Ey Lahiş+ əhli, atları arabaya qoş,Sion qızının günahına bais sən oldun,İsrailin qiyamları səndəndir.+ 14  Sən Mührəst-Cata vida hədiyyələri verəcəksən. Əxzib evləri+ İsrail padşahlarının yanında yalançı çıxdı. 15  Ey Məraş əhli,+ üstünə işğalçı göndərəcəyəm.+ İsrailin şöhrəti Ədullamadək+ çatacaq. 16  Əziz balalarını əsir aparacaqlar,+ onlardan ötrü saçını qırx,Başını daz elə,Başın kərkəs başı kimi daz olsun.

Haşiyələr

Mikay, yaxud Mikayıl adının qısa forması. Mənası: Yehovaya tay kimdir?
Hərfən: yüksəkliklərinə.