Amus 2:1—16

2  Yehova bəyan edir:“Muab+ üç kərə, dörd kərə üsyan etdiyi üçün* qolumu geri çəkməyəcəyəm.Çünki o, Ədum padşahının sümüklərini yandırıb əhəngə çevirdi.   Muabın üzərinə od yağdıracağam, alov Kiryutun+ qalalarını yandırıb külə döndərəcək.Muab hay-küy içində,Döyüş nərəsi və şeypur səsi altında məhv olacaq.+   Onun içindən hakimi götürüb atacağam,Oranın bütün başçılarını onunla bərabər öldürəcəyəm”,+ — Yehova belə deyir.   Yehova bəyan edir:“Yəhuda+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.Çünki o, Yehovanın qanununu rədd etdi,Onun qayda-qanunlarına əməl etmədi.+Ata-babalarının uyduğu yalanlar onu azdırdı.+   Yəhudanın üzərinə od yağdıracağam,Alov Yerusəlimin qalalarını yandırıb külə döndərəcək”.+   Yehova bəyan edir:“İsrail+ üç kərə, dörd kərə üsyan etdiyi üçün qolumu geri çəkməyəcəyəm.Çünki o, salehi gümüşə,Kasıbı bir cüt səndələ satır.+   Onlar məzlumun başını toz-torpağa basıb əzir,+Fağırın yolunu bağlayırlar.+ Ata ilə oğul bir qadının yanına gedir,Müqəddəs adımı ləkələyirlər.   Hər qurbangahın+ yanında, girov götürdükləri paltarın üstündə uzanıb yayxanırlar.+Cərimə etdikləri adamlardan şərab götürüb allahlarının evində içirlər”.   “Amma sidr ağacıtək ucaboylu,Palıd kimi möhkəm amoriləri onların önündə Mən məhv etdim.+Yuxarıda meyvəsini, aşağıda kökünü məhv etdim.+ 10  Mən sizi Misir torpağından çıxarıb,+Qırx il+ səhrada gəzdirdim ki,Amorilərin diyarına sahib olasınız. 11  Oğullarınız arasından peyğəmbərlər,+Cavanlarınız arasından nəzirilər+ yetişdirdim. Məgər belə deyil, ey İsrail xalqı?” — deyə Yehova bəyan edir. 12  “Siz isə nəzirilərə şərab içirtdiniz,+Peyğəmbərlərə “peyğəmbərlik etməyin!”+ dediniz. 13  Buna görə də biçilmiş taxılla dolu araba torpağı necə əzirsə,Mən də sizi yerinizdə elə əzəcəyəm. 14  Çevik adamın qaçmağa yeri olmayacaq,+Qüvvətli gücünü qoruya bilməyəcək,Cəngavər canını qurtara bilməyəcək. 15  Oxçu yerində dura bilməyəcək,Ayaqdan iti adam qaça bilməyəcək,Atlı canını qurtara bilməyəcək. 16  Cəngavərlərin ən ürəklisi belə,Həmin gün çılpaq qaçacaq”,+ — Yehova bəyan edir.

Haşiyələr

Yaxud Muabın üç, dörd cinayətinə görə.