Saylar 13:1—33

  • Kənana 12 kəşfiyyatçı göndərilir (1—24)

  • On kəşfiyyatçının bədbinliyi (25—33)

13  Yehova Musaya belə dedi:  «İsraillilərə verəcəyim Kənan torpağına baxmağa adamlar göndər, hər qəbilədən bir başçı».+  Musa Yehovanın əmri ilə Fəran+ səhrasından adamlar göndərdi. Onların hamısı israillilərin başçıları idi.  Göndərilənlər bunlar idi: Rubən qəbiləsindən Zəqqur oğlu Şamu,  Şəmun qəbiləsindən Xuri oğlu Şafat,  Yəhuda qəbiləsindən Yufənna oğlu Kalib+,  Yəsakir qəbiləsindən Yusif oğlu Yəqəl,  Əfraim qəbiləsindən Nun oğlu Huşə*+,  Binyamin qəbiləsindən Rafu oğlu Falti, 10  Zəbulun qəbiləsindən Sudi oğlu Qəddail, 11  Yusif qəbiləsi+ adından Mənəssə+ qəbiləsindən Susi oğlu Qiddi, 12  Dan qəbiləsindən Qəmali oğlu Əmail, 13  Aşir qəbiləsindən Mikayıl oğlu Sətur, 14  Niftalı qəbiləsindən Vöfsi oğlu Nəhbi, 15  Cad qəbiləsindən Məki oğlu Qail. 16  Musanın torpağa baxmağa göndərdiyi adamlar bunlar idi. Musa Nun oğlu Huşəyə Yuşə*+ adını verdi. 17  Musa onları Kənan torpağına baxmağa göndərməzdən əvvəl belə dedi: «Negevə, oradan da dağlıq bölgəyə gedin.+ 18  Gedin, görün oralar necə yerdir,+ adamları necədir, güclüdür, zəifdir, azdır, çoxdur. 19  Görün diyar necə diyardır, yaxşıdır, yoxsa pis. Şəhərləri istehkamlıdır, ya yox. 20  Həm də baxın ölkənin torpağı münbitdir, yoxsa bərəkətsiz,+ ağacları var, ya yox. Qayıdanda oranın barından gətirin, qorxmayın, cəsur olun».+ Həmin vaxt üzümün təzə-təzə yetişən vaxtı idi.+ 21  Onlar yola düşdülər və ölkənin Sin səhrasından+ tutmuş Ləbu-Həməs+ yaxınlığında yerləşən Rəhuba+ kimi olan ərazisinə baxdılar. 22  Negevə gələndə Anaq+ oğulları Əximanın, Şişayın, Talmayın+ yaşadığı Həbruna+ getdilər. Həbrun Misirin Suan şəhərindən yeddi il əvvəl tikilmişdi. 23  Onlar Əşqul vadisinə+ gələndə üstündə bir salxım üzüm olan meynə budağı kəsdilər. Onu iki nəfər kişi çomağa asıb daşıyırdı. Bir qədər nar və əncir də dərdilər.+ 24  Kəsdikləri salxıma görə həmin yerin adını Əşqul*+ vadisi qoydular. 25  Qırx günün tamamında+ onlar geri qayıtdılar. 26  Qədisə+, Fəran səhrasına gəlib gördüklərini Musaya, Haruna və bütün İsrail icmasına danışdılar və onlara o torpağın meyvəsini göstərdilər. 27  Onlar Musaya bu xəbəri çatdırdılar: «Göndərdiyin torpağa gedib baxdıq. Orada, doğrudan da, süd-bal axır.+ Bu da oranın meyvələri.+ 28  Amma nə olsun. Adamları güclü, şəhərləri istehkamlı və böyükdür. Orada anaqlıları da gördük.+ 29  Negevdə+ əmaliqələr+, dağlıq bölgədə hetlər, yəbusilər+, amorilər+, dənizkənarı bölgədə+ və İordan çayı boyunca isə kənanilər+ yaşayırlar». 30  Kalib isə: «Gəlin vaxt itirməyək, elə indi duraq gedək. Arxayın olun, biz oranı mütləq ələ keçirəcəyik, o torpaq bizim olacaq»,+ — deyərək Musanın qabağında toplaşan camaatı sakitləşdirməyə çalışırdı. 31  Ancaq onunla gedənlər deyirdilər: «Biz onlara bata bilmərik, onlar bizdən güclüdürlər».+ 32  Bu adamlar baxdıqları torpaq haqqında israillilərə ancaq pis şeylər danışıb deyirdilər:+ «Baxmağa getdiyimiz torpaq öz sakinlərini diri-diri udur. Hələ adamlarından danışmırıq, pəzəvəngin biridirlər.+ 33  Orada nəhəngləri*, onlardan törəyən Anaq oğullarını+ da gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss eləyirdik, elə onlar da bizə o cür baxırdı».

Haşiyələr

Mənası: xilas, qurtuluş.
Mənası: Yehova xilasdır.
Mənası: üzüm salxımı.
İbr. nefilim. Təxmini mənası: yıxanlar.