Saylar 28:1—31

  • Müxtəlif qurbanlar üçün göstərişlər (1—31)

    • Gündəlik qurbanlar (1—8)

    • Şənbə qurbanları (9, 10)

    • Aylıq qurbanlar (11—15)

    • Pasxa qurbanları (16—25)

    • Həftələr bayramı qurbanları (26—31)

28  Sonra Yehova Musaya dedi:  «İsraillilərə əmr edib söylə: “Təqdiməmi, çörəyimi mütləq gətirin. Ətri Mənə xoş olan, odda yandırılan təqdimələrim vaxtlı-vaxtında gətirilməlidir”.+  Onlara de: “Yehovaya odda yandırılan təqdimə kimi bunu gətirməlisiniz: hər gün yandırma qurbanı olaraq 2 sağlam erkək toğlu,+  birini səhər, o birisini toran düşəndə.+  Bu təqdimələrin hər biri ilə efanın* onda biri qədər narın una hinin* dörddə biri qədər yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi də gətirməlisiniz.+  Bu, Sina dağında xoş ətir, Yehova üçün odda yandırılan təqdimə olaraq gətirilməsi buyurulan gündəlik yandırma qurbanıdır.+  Hər toğlunun yanında hinin dörddə biri qədər şərab təqdiməsi gətirilməlidir.+ Şərabı müqəddəs məkanda Yehova üçün şərab təqdiməsi olaraq tökün.  O biri toğlunu toran düşəndə gətirin. Onu səhərki kimi hazırlanan taxıl təqdiməsi və eyni şərab təqdiməsi ilə birlikdə odda yandırılan təqdimə, Yehovaya xoş olan ətir kimi təqdim edin.+  Lakin şənbə günü+ 2 sağlam erkək toğlu, efanın onda ikisi qədər narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi və şərab təqdiməsi gətirilməlidir. 10  Bu, gündəlik yandırma qurbanı və şərab təqdiməsindən əlavə şənbə gününün yandırma qurbanıdır.+ 11  Hər təzə ay başlayanda Yehovaya yandırma qurbanı kimi 2 cavan buğa, 1 qoç, 7 sağlam erkək toğlu,+ 12  hər buğa üçün efanın onda üçü qədər narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi,+ qoç üçün efanın onda ikisi qədər narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi,+ 13  hər toğlu üçün efanın onda biri qədər narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi təqdim edin. Bu, Yehova üçün odda yandırılan təqdimə və xoş ətirdir.+ 14  Onların yanında hər buğa üçün hinin yarısı qədər,+ qoç üçün hinin üçdə biri qədər,+ hər toğlu üçün isə hinin dörddə biri qədər şərab təqdiməsi gətirilməlidir.+ Bu, ilin hər ayında gətirilən aylıq yandırma qurbanıdır. 15  Həmçinin şərab təqdiməsi ilə birlikdə gətirilən gündəlik yandırma qurbanından əlavə, Yehovaya günah qurbanı olaraq 1 cavan keçi də gətirilməlidir. 16  Birinci ayın on dördüncü günü Yehovaya həsr olunmuş Pasxadır.+ 17  Həmin ayın on beşinci günü bayram keçirməlisiniz. Yeddi gün ərzində mayasız çörək yeyilməlidir.+ 18  Birinci gün müqəddəs toplantı keçirin. Heç bir ağır iş görməyin. 19  Yehovaya odda yandırılan yandırma qurbanı kimi 2 cavan buğa, 1 qoç və 7 erkək toğlu təqdim edin. Heyvanlar sağlam olmalıdır.+ 20  Onların yanında narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi gətirilməlidir.+ Hər buğa üçün efanın onda üçü qədər, qoç üçün efanın onda ikisi qədər, 21  yeddi toğlunun hər biri üçün efanın onda biri qədər un götürülməlidir. 22  Həmçinin kəffarəniz üçün günah qurbanı olaraq 1 keçi gətirin. 23  Bunları səhər gətirilən gündəlik yandırma qurbanından əlavə təqdim etməlisiniz. 24  Yeddi günün hər birində çörək təqdiməsi kimi eyni şeyi gətirməlisiniz. Bu, odda yandırılan, ətri Yehovaya xoş olan təqdimədir. O, gündəlik yandırma qurbanı və onun yanında gətirilən şərab təqdiməsinə əlavə olaraq təqdim olunmalıdır. 25  Yeddinci gün müqəddəs toplantı keçirin,+ heç bir ağır iş görməyin.+ 26  Yehovaya təzə taxıl təqdiməsi+ təqdim etdiyiniz nübar günündə,+ Həftələr bayramında müqəddəs toplantı keçirin,+ heç bir ağır iş görməyin.+ 27  Yehovaya xoş ətir olsun deyə, yandırma qurbanı olaraq 2 cavan buğa, 1 qoç və 7 erkək toğlu gətirməlisiniz.+ 28  Onların yanında isə narın una yağ qatılıb yoğrulmuş taxıl təqdiməsi gətirilməlidir. Hər buğa üçün efanın onda üçü qədər, qoç üçün efanın onda ikisi qədər, 29  yeddi toğlunun hər biri üçün efanın onda biri qədər un götürün. 30  Həmçinin kəffarəniz üçün 1 cavan keçi gətirməlisiniz.+ 31  Bunları gündəlik yandırma qurbanına və onun yanında gətirilən taxıl təqdiməsinə əlavə olaraq təqdim etməlisiniz. Heyvanlar sağlam olmalı,+ yanlarında da şərab təqdiməsi gətirilməlidir.

Haşiyələr

Efa 22 litrlik qabın tutumuna bərabərdir. B14 əlavəsinə bax.
Hin 3,67 l-ə bərabərdir. B14 əlavəsinə bax.