Kontentə keç

21 MART 2023
DÜNYADAN XƏBƏRLƏR

JW.ORG saytının onilliyi (III hissə)

Təbliğ xidmətinə töhfə

JW.ORG saytının onilliyi (III hissə)

Bu silsilədən olan əvvəlki məqalələrdə elektron nəşrlərimizi, videolarımızı dərc etmək və bütün dünyadakı bacı-qardaşlarımız haqqında dəqiq xəbərləri təqdim etmək üçün jw.org saytından necə istifadə edildiyinə dair məlumat verilmişdi. Silsilənin sonuncu məqaləsində isə jw.org saytının təbliğimizə necə töhfə verdiyi barədə danışacağıq.

Dillər. 2012-ci ilin avqust ayında saytımız yeni dizaynda istifadəyə veriləndə orada 139 dil seçimi var idi. 2014-cü ilin avqust ayında saytla bağlı kampaniya keçiriləndə dillərin sayı artıq 500-dən çox idi. Qeyd etmək lazımdır ki, bu saya 22 jest dili də daxil idi. Bu gün saytımızda 100-dən çox jest dili də daxil olmaqla 1070-dən çox dildə məlumat tapmaq olar.

Tam zamanında çıxan məqalələr. 2019-cu ilin oktyabr ayında saytın əsas səhifəsinin dizaynı dəyişdirildi. Yuxarıda əsas məqalə və ona aid böyük şəkil, altında isə digər üç məqalə yerləşdirildi. Bunun sayəsində indi xidmətdə insanların diqqətini asanlıqla saytdakı hansısa məlumata yönəltmək olur. Daha sonra Yazı və Bədii tərtibat şöbələri əsas səhifədə aktual məlumatların olması üçün məqalələrin və şəkillərin hazırlanması prosesini sürətləndirdi. Məsələn, əsas səhifədə COVID-19, Rusiya—Ukrayna müharibəsi və qaçqın böhranı kimi aktual mövzularda məqalələr yerləşdirilmişdi.

Onlayn məlumat. jw.org saytı insanlara təşkilatımız və onun fəaliyyəti haqqında dəqiq məlumat əldə etməyə, həmçinin bizimlə əlaqə saxlamağa imkan verir. Eşitmə qabiliyyəti tam məhdud olan bir qadın orta məktəbdə oxuyanda Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi, amma başqa yerə köçəndən sonra onlarla əlaqəni itirdi. O, Müqəddəs Kitab dərslərinə davam etmək istəsə də, köçdüyü yeni ərazidə Yehovanın Şahidlərini tapa bilmirdi. O xatırladı ki, saytımızdan onlayn müraciət edə bilər. Bir neçə gün sonra iki xüsusi öncül bacı onun qapısını döydü. Qadın nəinki dərslərini bərpa etdi, həmçinin ibadət görüşlərinə də gəlməyə başladı. O artıq vəftiz olunub və üç övladını Yehovanın yolunda böyüdür. Bacı deyir: «Saytımıza görə Yehovaya çox minnətdaram, çünki onlayn müraciət edə bilməsə idim, oturub Yehovanın Şahidləri ilə nə vaxtsa qarşılaşacağımı gözləməli olacaqdım».

Təlim işimizin sürətlə irəlilədiyi bir vaxtda Yehova həmişə təşkilatı vasitəsilə bizi lazım olan bütün alətlərlə təmin edir. Bunu bilmək bizə qol-qanad verir (Əşiya 60:22).

  • Ay ərzində yüklənən videolar

  • Ay ərzində gündəlik ziyarətçi sayı

  • 2013-cü ilin mart ayında jw.org saytının rəsmi loqosu buraxıldı

  • 2014-cü ilin iyul ayında saytda jest dillərini seçmək mümkün oldu

  • 2019-cu ilin oktyabr ayında saytın əsas səhifəsinin dizaynı dəyişdirildi

  • 2021-ci ilin yanvar ayında «Əbədi xoşbəxt həyat!» kitabı işıq üzü gördü