Kontentə keç

5 AVQUST 2022
FİLİPPİN

Filippinin şimalında zəlzələ baş verib

Filippinin şimalında zəlzələ baş verib

27 iyul 2022-ci il tarixində Filippindəki Luson adasında 7 bal gücündə zəlzələ baş verib. Abra əyalətinə xüsusilə böyük ziyan dəyib. Təkanlar Manilada, 400 kilometr uzaqlıqda belə hiss edilirdi. Təxminən 2000-dən çox yeraltı təkan qeydə alınıb.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən yoxdur.

  • 4 təbliğçi yüngül xəsarət alıb.

  • 42 ailə təxliyə edilib.

  • 63 evə cüzi ziyan dəyib.

  • 1 evə ciddi ziyan dəyib.

  • 13 ibadət evinə ziyan dəyib.

Yardım işləri

  • Yardım işinə nəzarət etmək üçün 1 Zərərçəkənlərə yardım komitəsi təyin olundu.

  • Yerli ağsaqqallar zərərçəkənlərə baş çəkir və onlara ürək-dirək verir.

  • Bütün yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

Filial dərhal zərərçəkmiş bacı-qardaşların olduğu ərazilərə yardım göndərib və onları müvəqqəti sığınacaqla təmin edib. Yerli təbliğçilər də bir-birilərinə dayaq olur, baxmayaraq ki, zəlzələdən özləri də ziyan çəkib.

Əminik ki, Yehova dar gündə olan bu dindaşlarımızı qoruyacaq (Zəbur 50:15).