Kontentə keç

COVID-19 pandemiyasından əvvəl çəkilmiş şəkil. Eşitmə və görmə qabiliyyəti olmayan yaşlı vəftiz olunmamış təbliğçi Sintiya (solda) taktil jestlərinin köməyi ilə yığıncaqdan olan bacı ilə ünsiyyət edir

12 MAY 2020
FİLİPPİN

Pandemiya zamanı yığıncaq kar və kor olan bacımıza kömək edir

Pandemiya zamanı yığıncaq kar və kor olan bacımıza kömək edir

Eşitmə və görmə qabiliyyəti olmayan 64 yaşlı vəftiz olunmamış bacımız Sintiya Pablo Panqulo jestdilli yığıncaqda (Filippin) xidmət edir. Onun maddi imkanları çox məhduddur. Sintiya bacı imanına şərik olmayan qohumları ilə sıx əhalisi olan Valensuela şəhərində yaşayır. Pandemiya Sintiyanın vəziyyətini daha da ağırlaşdırsa da, yığıncağındakı bacı-qardaşlar onu hərtərəfli qayğı ilə əhatə edib.

Volter qardaş motosikletində Sintiya bacıya yuyulmuş paltar və zəruri əşyalar çatdırır

Yaşı çox olduğu üçün onun COVID-19 xəstəliyinə tutulmaq ehtimalı yüksəkdir. Pandemiya ucbatından onun yaşadığı ərazidə su qıtlığı yaranıb və paltar yumaq müşkül məsələyə çevrilib. Pandemiyadan əvvəl ona paltar yumaqda yığıncağından olan bacılar kömək edirdi, lakin qoyulmuş məhdudiyyətlərə görə bu artıq mümkün deyil.

İndi Sintiya bacıya onun yığıncağında xidmət edən ağsaqqal Volter İlumin kömək edir. Bunun üçün o, yerli hakimiyyət orqanından xüsusi icazə əldə edib. Belə sənəd yalnız zəruri xidmətlər göstərənlərə verilir. Paltarlarını yumaqdan əlavə, Volter qardaş ona ərzaq və zəruri əşyalar gətirir. O, yerli hökumətin verdiyi göstərişlərə ciddi əməl edir: məsələn, maskadan və digər qoruyucu vasitələrdən istifadə edir və tez-tez əllərini yuyur.

Sintiya bacı-qardaşlara minnətdarlığını qısa videomesajlarda bildirir. Volter qardaş bu videomesajları yığıncaqdakılarla paylaşır.

Pandemiyadan əvvəl Sintiya bacı təbliğdə

Volter qardaş həmçinin onun evinə gəlib videokonfrans vasitəsilə keçirilən yığıncaqları Sintiya bacı üçün taktil işarələrlə tərcümə edir. Onun köməyilə bacı «Gözətçi qülləsi»nin müzakirəsində müntəzəm olaraq şərhlər verir. Bu çətin günlərdə onun yığıncaqda iştirak etməsi görüşlərə qoşulanları ruhlandırır.

Biz əminik ki, Yehova «o günün [yaxınlaşdığı]» bir vaxtda xidmətçilərinin bir-birilərinə necə dayaq olduğunu görəndə fərəh hissi keçirir (İbranilərə 10:24, 25).