24 DEKABR 2021
KANADA
Kanadanın islah-əmək düşərgələrinə göndərilmiş qardaşların iman örnəyi
1946-cı ilin yayında Kanadada ölkənin ucqar, yaşayış olmayan ərazilərindəki islah-əmək düşərgələrinə göndərilmiş gənc qardaşlar azadlığa çıxdı. O vaxtdan 75 il ötüb. 300-ə yaxın gənc qardaş dini əqidəyə görə hərbi xidmətdən imtina etdiyi üçün bu düşərgələrə göndərilərək ağır əməyə məcbur edilmişdi. Onlar bu sınağa cəsarətlə tab gətirdilər və düşərgədə onların Yehova ilə dostluğu daha da möhkəmləndi. Onların əksəriyyəti artıq həyatda yoxdur. Don Makleyn (həyatda olanlardan biri) deyir: «Ümumiyyətlə, müharibə illərində üzləşdiyim sınaqlar məni bərkitdi. O illəri həmişə dərin minnətdarlıq hissi ilə xatırlayacağam».