20 APREL 2023 | YENİLƏNİB: 14 AVQUST 2024
RUSİYA
Yaradılışı müşahidə etmək Andrey qardaşı möhkəmləndirir | YENİLƏNİB. QARDAŞ CƏRİMƏ OLUNDU
13 avqust 2024-cü il tarixində İvanovo Vilayətinin Kineşma Şəhər Məhkəməsi Andrey Oxapkin qardaşı təqsirli bilərək 540 000 rubl (6064 ABŞ dolları) məbləğində cərimə edib.
Qardaş barədə məlumat
Andrey kimi, biz də «Allahın xariqüladə işlərinə» baxanda Onun nə qədər qayğıkeş olduğunu görürük və beləcə, ürəyimiz minnətdarlıqla dolub-daşır (Əyyub 37:14).
Hadisələrin gedişatı
18 noyabr 2021-ci il
Cinayət işi açılır
23 noyabr 2021-ci il
Andrey də daxil olmaqla, altı Yehovanın Şahidinin evində axtarış aparılır. Andrey həbs olunur və müvəqqəti saxlama təcridxanasına salınır
24 noyabr 2021-ci il
Cinayətdə təqsirli bilinir
25 noyabr 2021-ci il
İstintaq təcridxanasına göndərilir
17 fevral 2022-ci il
İstintaq təcridxanasından buraxılır və ev dustaqlığına salınır
14 iyul 2022-ci il
Ev dustaqlığından azad edilir, başqa yerə getməmək barədə iltizam alınır
15 dekabr 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başlayır