Ailədaxili zorakılıq qurbanlarına kömək
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, «qadınlara qarşı zorakılıq epidemiya halını alıb. Buna qarşı təcili tədbir görmək lazımdır». Bu təşkilatın hesablamalarına görə ailəli, yaxud da əks cinslə romantik münasibətdə olan qadınların təxminən 30 faizi partnyorları tərəfindən fiziki və ya cinsi təcavüzə məruz qalır. BMT-nin hesablamalarına əsasən isə, bir il ərzində bütün dünyada hər gün 137 qadın, partnyoru və ya digər ailə üzvü tərəfindən qətlə yetirilib a.
Statistik məlumatlar ailədaxili şiddətin böyüklüyünü aşkara çıxarsa da, şiddətin qurbanı olan hər bir şəxsin çəkdiyi emosional və fiziki ağrı-acını təsvir edə bilmir.
Siz də ailədə zorakılığa məruz qalırsınız? Bəlkə, zorakılığa məruz qalan kimisə tanıyırsınız? Belə isə, Müqəddəs Kitabdan gətirilmiş növbəti fikirlərə nəzər salmağa dəyər.
Siz günahkar deyilsiniz
Müqəddəs Kitabda deyilir: «Hər birimiz özümüzə görə Allaha cavab verəcəyik» (Romalılara 14:12).
Unutmayın: Zorakılıq edən adam əməlinə görə özü məsuliyyət daşıyır.
Əgər partnyorunuz etdiyi zorakılığa görə sizi günahlandırırsa, düzgün fikirləşmir. Qadınlar zorakılığa yox, sevilməyə layiqdir (Koloslulara 3:19).
Bəzən insanın zorakığına psixi pozğunluq, böyüdüyü mühit və ya içki düşkünü olması səbəb olur. Hər bir halda, o sizinlə rəftarına görə Allah qarşısında məsuliyyət daşıyır. Həmçinin davranışını dəyişmək üçün lazımi tədbirlər görməyə borcludur.
Kömək istəyin
Müqəddəs Kitabda deyilir: «Məsləhət verən çox olarsa, uğur olar» (Məsəllər 15:22).
Unutmayın: Əgər həyatınız üçün təhlükə olduğunu hiss edirsinizsə, yaxud nə edəcəyinizi bilmirsinizsə, başqaları sizə kömək edə bilər.
Nəyə görə belə halda başqalarının köməyinə ehtiyac olur? Ailədaxili zorakılıq çox mürəkkəb vəziyyətdir. İnsan bu vəziyyətdən çıxış yolu axtararkən bir-biri ilə əlaqəli bir neçə amili götür-qoy etməli olur. Məsələn:
Şəxsi təhlükəsizlik
Övladların rifahı
Maddi vəziyyət
Partnyora məhəbbət
Partnyorun əməllərini dəyişdiyi təqdirdə münasibətləri qorumaq istəyi
Sözsüz ki, belə vəziyyətdə insan nə edəcəyini bilmir. Bəs kömək üçün kimə müraciət etmək olar?
Etibar etdiyiniz dost, yaxud doğma adam sizə əməli və emosional kömək göstərə bilər. Sizə can yandıran adamla söhbət etməyin özü böyük kömək olar bilər.
Zorakılığa məruz qalanlar üçün qaynar xətt dərhal köməyinizə yetə bilər. Qaynar xətdə işləyənlər sizə özünüzü qorumağın yollarını izah edə bilər. Əgər partnyorunuz səhvini başa düşür və həqiqətən də dəyişmək istəyirsə, qaynar xətt əməkdaşları ona atmalı olduğu ilk addımları başa sala bilər.
Digər yardım üsulları da mövcuddur. Təcili olaraq köməyə ehtiyacınız varsa, həkimlər və digər mütəxəssislər sizə yardım edə bilər.
Siz tək deyilsiniz
Müqəddəs Kitabda deyilir: «Yehova b qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (Zəbur 34:18).
Unutmayın: Allah sizə kömək edəcəyini vəd edir.
Yehova Allah sizin qayğınızı çəkir (1 Butrus 5:7). O sizin ən dərin fikirlərinizi və hisslərinizi anlayır. Allah Öz Kəlamı, yəni Müqəddəs Kitab vasitəsilə sizə təsəlli vərə bilər. O istəyir ki, Ona dua edəsiniz. Dua edəndə bu vəziyyətin öhdəsindən gəlmək üçün hikmət və güc diləyin (Əşiya 41:10).
Ailədaxili zorakılığa son qoyulacaq
Müqəddəs Kitabda deyilir: «Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq, onları qorxudan olmayacaq» (Mikə 4:4).
Unutmayın: Müqəddəs Kitabda vəd edilir ki, yaxın gələcəkdə hər kəs öz evində qorxusuz-hürküsüz yaşacaq.
Yalnız Yehova Allah bizim problemlərimizi tamamilə və birdəfəlik həll edə bilər. Müqəddəs Kitabda vəd edilir: «O, onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:4). Həmin vaxt nəinki şiddət, hətta şiddətin xatirəsi də qalmayacaq, onların yerini xoş xatirələr tutacaq (Əşiya 65:17). Bəli, Müqəddəs Kitabda əmin-amalığın hökm sürdüyü belə bir gələcək vəd olunur.