Kontentə keç

Mündəricatı göstər

«Gecikməyəcək!» (regional toplantı mahnısı 2023)

«Gecikməyəcək!» (regional toplantı mahnısı 2023)

(Həbquq 2:3)

Yüklə:

  1. 1. Bu sonsuz aləm əsl şah əsər,

    Yehova, Sənin səbrin əks etdirər.

    Vaxt yetişəcək, səbir edirsən Sən,

    Zülmət dünyanı bəzərsən yenidən.

    NƏQƏRAT

    Səbir ver, Ya Xuda, qalıbdır bir azca

    O işıqlı sabaha.

    Yoxdur elə gecə, açılmasın səhər.

    Əsl Cənnət də bil ki,

    «Gecikməyəcək!»

  2. 2. Hər kəs qovuşar öz doğmasına,

    Səsinlə, Rəbbim, dönərlər həyata.

    Bu həsrət bitər, güc ver bizlərə

    Sənintək, Ata, təmkinlə gözləyək.

    NƏQƏRAT

    Səbir ver, Ya Xuda, qalıbdır bir azca

    O işıqlı sabaha.

    Yoxdur elə gecə, açılmasın səhər.

    Əsl Cənnət də bil ki,

    «Gecikməyəcək!»

  3. 3. Saf qəlbli insan axtarırsan Sən,

    Sonsuz bir ümid olur ona məlhəm.

    Sənlə çalışmaq xoşdur bizlərə,

    Sevgin güc verir yorğun ürəklərə.

    NƏQƏRAT

    Səbir ver, Ya Xuda, qalıbdır bir azca

    O işıqlı sabaha.

    Yoxdur elə gecə, açılmasın səhər.

    Əsl Cənnət də bil ki,

    «Gecikməyəcək!»

    Güc ver, Ata, gözləyək!

(Həmçinin baxın: Kol. 1:11.)