Kontentə keç

Mündəricatı göstər

Şükran dolu qəlblər

Şükran dolu qəlblər

Yüklə:

  1. 1. Qan ağlayır bəşər,

    Bitmək bilmir savaşlar.

    Bu həyatda yox bir məna,

    Çox insan çarəsizdir.

    Bomboş puç vədlərin,

    Sonu yoxdur dərd-sərin.

    Yehova isə Pənahdır bizə.

    Bütün aləm görəcək:

    NƏQƏRAT

    Hər kəs birgə

    Sülh içrə.

    Tək Allaha

    Söylər həmdi-səna,

    Şükran dolu qəlblər.

  2. 2. Bu dünya aldadır,

    Ümid isə yaşadır.

    Qorxu yox olur, tapırıq hüzur.

    Rəbb bizim Qalamızdır.

    Pis günlər keçəcək,

    Dərd-sitəm bitəcək.

    Bütün yer üzü əsl sülhü

    Dadacaq nəhayət!

    NƏQƏRAT

    Hər kəs birgə

    Sülh içrə.

    Tək Allaha

    Söylər həmdi-səna,

    Şükran dolu qəlblər.

    KEÇİD

    Sülh əmirin taxtı

    Daima duracaq.

    Dərddən qurtulduq, bitdi məhkumluq.

    Hər kəs baş əyəcək

    Allahın önündə!

    NƏQƏRAT

    Hər kəs birgə

    Sülh içrə.

    Tək Allaha

    Söylər həmdi-səna.

    Hər kəs birgə

    Sülh içrə.

    Tək Allaha

    Söylər həmdi-səna,

    Şükran dolu qəlblər.

    Gerçək oldu vədlər!