Kontentə keç

Mündəricatı göstər

ÖLKƏLƏR VƏ XALQLAR | BELİZ

Belizə səyahət

Belizə səyahət

BELİZ üçün «bambalaca boyu var, dam dolusu toyu var» desək, yanılmarıq. Bu diyarda tropik meşələrdən tutmuş, firuzəyi suların boynuna dolandığı sahil boyu səpələnmiş adalara kimi hər şey var. Amma Beliz möcüzələri bununla bitmir.

Təbiət mənzərələri qədər, heyvanat aləmi də çox rəngarəngdir. Burada yüzlərlə quş və heyvan növlərinə rast gəlmək olar. Məsələn, göyqurşağı dimdikli tukan (Ramphastos sulfuratus), suda və quruda çevik olan, begemota oxşayan, elastik xortumlu Mərkəzi Amerika tapiri (Tapirus bairdii), eləcə də yalquzaq yaquar (Panthera onca). Beliz dünyada ilk yaquar qoruğunun onun ərazisində yaradılması ilə fəxr edir.

Beliz dünyada ilk yaquar qoruğunun onun ərazisində yaradılması ilə fəxr edir

Beliz Mayya sivilizasiyasının bir parçası olub. İspan müstəmləkəçiləri 16-cı əsrdə buraya gəlmiş, lakin mayyaları tam qırmamışdılar. Sonra Britaniya idarəni ələ keçirir və 1862-ci ildə Belizi rəsmən öz müstəmləkəsi elan edərək Britaniya Hondurası adlandırır. Beliz 1981-ci ildə müstəqillik əldə edir.

Belizin sakinləri, təbiəti kimi, müxtəlifdir. Əsas etnik qrupların bəziləri kreol, cənubi hindlilər, qarifuna, mayya və metislərdir. Buranın xalqı mehriban və ədəb-ərkanlıdır. Uşaqlar böyüklərə «mister», «miss» deyə müraciət edirlər, nəyə isə cavab verərkən «bəli, mem», «xeyr, ser» deyirlər.

Beliz şəhərinin bazarı

Burada Yehovanın Şahidlərinin yığıncaqları Amerika jest dilində, Beliz kreolu, ingilis, aşağı alman, Çin, mayya (mopan), ispan dillərində keçirilir. Beliz əhalisinin hər 40 nəfərindən 1-i Yehovanın Şahidlərinin 2013-cü ildə keçirdikləri İsa Məsihin ölümünün Xatirə gecəsində iştirak etmişdi.

BİLİRSİNİZMİ? Beliz mərcan rifinin uzunluğu 290 kilometrdən çoxdur. Bu rif Avstraliyanın Böyük Sədd rifindən sonra böyüklüyünə görə dünyada ikinci yerdə olan rifin bir hissəsidir.

Beliz mərcan rifi dünyada böyüklüyünə görə ikinci yerdə olan rifin bir hissəsidir