Kontentə keç

Mündəricatı göstər

Texnologiyanın təsiri. Dostluğa

Texnologiyanın təsiri. Dostluğa

Müasir dövrdə insanların bir-birilə ünsiyyət qurması çox asanlaşıb. Ayrı-ayrı qitələrdə yaşayan insanlar belə, sms, e-mail, videokonfrans və sosial media vasitəsilə bir-birilə asanlıqla əlaqə yaradır. Belə istifadə olunduqda texnologiya insana xidmət edir.

Ancaq bəzi insanlar dostları ilə, əsas etibarilə, sosial şəbəkələr vasitəsilə ünsiyyət edirlər. Belə insanlar adətən...

  • dostlarına anlayış göstərmir.

  • özlərini tənha hiss edir.

  • daha çox özlərini düşünür.

NƏYİ BİLMƏK LAZIMDIR?

ANLAYIŞ

Kiminsə hisslərini başa düşmək üçün onun haqqında düşünmək lazımdır. Ancaq bütün günü mesajlaşırıqsa, yaxud sosial şəbəkələri izləyiriksə, bu, çətin ola bilər.

Əgər sizə çoxlu mesaj gəlirsə, vaxt keçdikcə dostlarınızın yazdığı mesajları cavablandırmaq ağır yükə çevriləcək. Gələn mesajlara tələm-tələsik cavab yazacaqsınız. Hansısa dostunuzun köməyə ehtiyacı olduğunu sezməyəcəksiniz.

DÜŞÜNÜN: Dostlarınıza mesaj yazarkən onların dərdinə şərik olduğunuzu necə göstərə bilərsiniz? (1 BUTRUS 3:8).

TƏNHALIQ

Bir araşdırma nəticəsində məlum olmuşdu ki, adətən sosial şəbəkədə vaxt keçirəndən sonra insanlar özlərini pis hiss edirlər. Tədqiqatçılar belə qənaətə gəlmişlər ki, başqalarının paylaşdığı şəkillərə baxandan sonra insan vaxtını hədər yerə sərf etdiyini düşünür.

Üstəlik, başqalarının maraqlı şəkillərinə baxanda insan öz həyatını onların həyatı ilə müqayisə etməyə başlayır. Ona elə gəlir ki, hamı vaxtını xoş keçirir, onun isə həyatı maraqsız keçir.

DÜŞÜNÜN: Sosial mediadan istifadə edərkən nəyə görə özünüzü başqaları ilə müqayisə etməməlisiniz? (QALATİYALILARA 6:4).

ÖZÜNÜ DÜŞÜNMƏK

Bir müəllim müşahidə edib ki, şagirdlərdən bəziləri eqoistdir və ancaq dostlarından nə isə gözləyir. Bu cür insanlar dostluq münasibətində yalnız öz mənfəətini güdür. Onlar üçün dostluq sadəcə mobil cihazlardakı tətbiqlər kimidir, lazım gələndə istifadə edirlər, lazım olmayanda isə söndürürlər.

DÜŞÜNÜN: Sosial şəbəkələrdə etdiyiniz paylaşımlar sizin rəqabətə meyilli olduğunuzu, yaxud da yalnız özünüzü düşündüyünüzü büruzə vermir? (QALATİYALILARA 5:26).

NƏ EDƏ BİLƏRSİNİZ?

ÖZÜNÜZÜ TƏHLİL EDİN

Sosial şəbəkələr sizə ağalıq yox, xidmət edəndə dostlarınızla əlaqə saxlamağa və münasibətlərinizi möhkəmləndirməyə kömək edəcək.

MÜQƏDDƏS KİTABDAN MƏSLƏHƏT: «Məhəbbət... öz xeyrini güdmür» (1 KORİNFLİLƏRƏ 13:4, 5).

Sizə uyğun gələn məsləhətləri seçin, yaxud öz fikirlərinizi yazın.

  • Canlı ünsiyyət qurun, sadəcə mesajlaşmayın.

  • Söhbət edərkən telefonu kənara qoyun, yaxud səssiz rejimə keçirin.

  • Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı azaldın.

  • Həmsöhbətinizə diqqətlə qulaq asın.

  • Çətinliyi olan dostunuza vaxt ayırın.