Kontentə keç

Mündəricatı göstər

Ön söz

Ön söz

BU, GERÇƏK hadisələrdən bəhs edən bir kitabdır. Bu hekayələr, dünyanın ən böyük kitabı olan Müqəddəs Kitabdan götürülmüşdür. Allahın yaratmağa başladığı gündən bizim zəmanəyədək baş verən dünya hadisələri burada öz əksini tapır. Həmin hekayələrdə, Allahın hətta gələcəkdə edəcəyi işlərindən də söhbət açılır.

Siz bu kitabın vasitəsilə Müqəddəs Kitab haqqında ümumi məlumat alacaq, Müqəddəs Kitabda bəhs edilən insanlar və onların işləri barəsində oxuyacaqsınız. Həmçinin, bu kitabda Allahın insanlara bəxş etdiyi möhtəşəm bir ümid haqqında danışılır. Bu ümidin sayəsində biz yer üzündə olacaq Cənnətdə əbədi yaşaya bilərik.

Kitabda 116 hekayə var. Onlar səkkiz hissəyə bölünmüşdür. Hər hissənin əvvəlində, bəhs ediləcək hadisələr haqqında qısaca məlumat verilir. Hekayələr hadisələrin tarixdə baş verdiyi qaydada nəql olunur. Siz buradan, hadisələrin bir-birinə bağlı surətdə necə cərəyan etdiyini öyrənəcəksiniz.

Hekayələr sadə dildə yazılıb. Uşaqlar, siz onları sərbəst oxuya biləcəksiniz. Valideynlər, siz də uşaqlarınıza bu kitabı dönə-dönə oxuyarkən, bunun onlara nə qədər sevinc gətirdiyinin şahidi olacaqsınız. Bu kitabdan həm gənclər, həm də böyüklər özləri üçün çoxlu maraqlı şeylər tapacaqlar.

Hər hekayənin sonunda Müqəddəs Kitab ayələri gətirilir. Hekayələrin əsaslandığı bu Müqəddəs Kitab parçalarını oxumaq yaxşı olardı. Həmçinin, hər hekayəni oxuyub qurtarandan sonra, çalışın 116-cı hekayədən sonra çap edilən suallara da cavab verəsiniz.