Kontentə keç

Mündəricatı göstər

Hekayə 18

Yaqub Xarana gəlir

Yaqub Xarana gəlir

BİLİRSƏN Yaqub kimlərlə söhbət edir? Xeyli yol getdikdən sonra Yaqub onlarla bir quyunun yanında rastlaşır. Bu adamlar qoyun otarırlar. Yaqub onlardan soruşur:

— Siz haradansınız?

— Xarandanıq, — deyə onlar cavab verirlər.

— Bəs Lavanı tanıyırsız?

— Hə, tanıyırıq. Budur, onun qızı Rəhilə qoyun sürüsü ilə gəlir.

Bəs sən Rəhiləni görürsən?

Yaqub dayısı Lavanın qoyunlarını gətirən Rəhiləni görən kimi gedib quyunun ağzındakı daşı yuvarlayır ki, qoyunlar su içsin. Sonra isə Rəhiləni öpür və ona bibisi oğlu olduğunu söyləyir. Qız çox sevinir və evə qaçıb hər şeyi atası Lavana danışır.

Lavan Yaqubun onlarda qalacağına şad olur. Onun Rəhilə ilə evlənmək istədiyini eşidəndə isə daha çox sevinir. Amma Yaquba deyir ki, bunun üçün tarlasında yeddi il işləməlidir. Yaqub Rəhiləni o qədər sevir ki, buna razı olur. Amma toy günü bilirsən nə baş verir?

Lavan Yaquba Rəhilənin əvəzinə böyük qızı Leanı verir. Yaqub Lavana daha yeddi il işləməyə razı olduqdan sonra Rəhiləni də ona verir. O vaxtlar Allah kişilərin bir neçə arvad almasına yol verirdi. Amma Müqəddəs Kitabın göstərdiyi kimi, indi kişinin bir arvadı olmalıdır.