Kontentə keç

Mündəricatı göstər

Hekayə 36

Qızıl dana

Qızıl dana

AY AMAN! Gör camaat nə edir! Onlar danaya sitayiş edirlər! Axı nəyə görə?!

Xeyli vaxt keçir, Musa dağdan enmir. Bunu görən xalq qərara alır: ‘Musanın başına nə gəldiyini bilmirik. Gəlin özümüzə bir allah düzəldək ki, bizi buradan çıxarsın’.

Musanın qardaşı Harun razılaşır: ‘Yaxşı, qızıl sırğalarınızı çıxarıb mənə gətirin’. Xalq qızılları gətirir. Harun da onları əridib qızıl dana düzəldir. Camaat deyir: ‘Bizi Misirdən çıxaran allahımız budur!’ Sonra israillilər böyük bayram qurub, qızıl danaya sitayiş edirlər.

Yehova bunu görəndə bərk qəzəblənir və Musaya deyir: ‘Tələs, düş aşağı. Camaat böyük günah edir. Onlar Mənim qanunlarımı yaman tez unutdular, indi də qızıl danaya sitayiş edirlər’.

Musa tələsik dağdan enir. Yaxınlaşanda nə görsə yaxşıdır?! Camaat qızıl dananın ətrafında mahnı oxuyub rəqs edir! Musa elə bərk qəzəblənir ki, əlindəki daş lövhələri yerə vurur. Lövhələr çilik-çilik olur. Sonra qızıl dananı odda əridib yox edir.

Doğrudan da, xalq böyük günah edib. Musa kişilərdən bəzilərinə qılınclarını götürməyi əmr edir: ‘Qızıl danaya sitayiş edənlərin hamısı ölməlidir!’ Həmin kişilər 3 000 adam öldürürlər. Səncə, bu hadisə yalan allahlara deyil, yalnız və yalnız Yehova Allaha ibadət etməyin düzgün olduğunu göstərmirmi?