Kontentə keç

Mündəricatı göstər

Hekayə 67

Yehoşafat Yehovaya güvənir

Yehoşafat Yehovaya güvənir

SƏNCƏ, şəkildəki bu adamlar kimdir? Onlar nə edirlər? Bu adamlar döyüşə gedirlər, qarşıda gedənlər isə mahnı oxuyur. Sən soruşa bilərsən: bəs nə üçün bu kişilərin əllərində döyüş üçün qılınc və nizə yoxdur? Gəl öyrənək.

O vaxt ikiqəbiləli Yəhuda padşahlığını Yehoşafat idarə edirdi. O, Axav və İzevel ilə bir vaxtda yaşayırdı. Yadındadır, Axav onqəbiləli İsrail padşahlığının padşahı idi. Yehoşafat yaxşı padşah idi, onun atası Asa da çox yaxşı padşah olmuşdu. Bu səbəbdən, ikiqəbiləli cənub padşahlığı uzun müddət əmin-amanlıq içində yaşayırdı.

Günlərin bir günü xalqı təşvişə salan bir hadisə baş verir. Yehoşafata xəbər çatır ki, Moav və Ammon torpaqlarından və Seir dağından böyük bir ordu onların üzərinə gəlir. Bir çox israillilər Yehovadan kömək diləmək üçün Yerusəlimdəki məbədə gəlirlər. Orada Yehoşafat dua edir: ‘Ey Allahımız Yehova, nə edəcəyimizi bilmirik. Bu böyük ordunun qarşısında acizik. Yeganə ümid yerimiz Sənsən’.

Yehova duanı dinləyir və xidmətçilərindən birinə buyurur ki, xalqa belə desin: ‘Bu döyüş sizin deyil, Allahındır. Siz döyüşməyəcəksiniz. Sadəcə baxın, Yehovanın sizi necə xilas edəcəyinə tamaşa edin’.

Beləliklə, səhərisi gün Yehoşafat xalqa deyir: ‘Yehovaya güvənin!’ Sonra da əsgərlərin qarşısına, şəkildə gördüyün kişiləri qoyur, onlar öndə gedərək Yehovaya həmd mahnıları oxuyurlar. Bilirsən döyüş meydanına yaxınlaşanda nə baş verir? Yehova Allah elə edir ki, düşmən əsgərləri bir-birilə vuruşmağa başlayır. İsraillilər gələndə düşmən tərəfdən bir adamın belə sağ qalmadığını görürlər.

Səncə, Yehoşafatın Yehovaya güvənməsi ağıllı hərəkət deyildimi? Biz də Yehovaya güvənsək, ağıllı davranarıq.