Kontentə keç

Mündəricatı göstər

Hissə 5

Babil əsarətindən Yerusəlim divarlarının bərpasınadək

Babil əsarətindən Yerusəlim divarlarının bərpasınadək

Babildə əsarətdə olarkən israillilərin imanı dəfələrlə sınağa çəkilir. Şadrak, Meşak və Aved-Neqonu qızmar sobanın içinə atırlar, lakin Allah onları sobadan sağ çıxarır. Bir qədər sonra Babil midiyalılar və farsların işğalı altında olanda, Danieli şirlər saxlanılan quyuya atırlar. Allah şirlərin ağzını bağlayaraq onu da xilas edir.

Fars padşahı Kir israilliləri azad edir. Babilə əsir aparıldıqdan düz 70 il sonra Allahın xalqı vətənə qayıdır. Yerusəlimə dönən israillilər ilk növbədə Yehovanın məbədini tikməyə başlayırlar. Çox keçməmiş düşmənləri bu işi dayandırırlar. Buna görə də, onlar məbədi Yerusəlimə qayıdandan təxminən 22 il sonra tikib qurtarırlar.

Sonra məbədi bəzəmək üçün Ezranın Yerusəlimə qayıtması haqqında öyrənirik. Bu hadisə məbədin bərpa edilməsindən təxminən 47 il sonra baş verir. Ezradan 13 il sonra Nehemya adlı bir israilli Yerusəlimin dağıdılmış divarlarını tikməyə kömək edir. Beləliklə, BEŞİNCİ HİSSƏ tarixin 152 ilini əhatə edir.

 

BU BÖLMƏDƏ

HEKAYƏ 77

Onlar heykələ baş əymirlər

Allah bu gəncləri odlu sobadan xilas etdi?

HEKAYƏ 78

Divarda yazı

Daniel peyğəmbər dörd sirli sözü izah edir.

HEKAYƏ 79

Daniel şirlər quyusunda

Daniel ölüm hökmündən xəbəri olsa da, o, bundan qaçdımı?

HEKAYƏ 80

Allahın xalqı Babili tərk edir

Fars padşahı Kir Babili zəbt edəndə bir peyğəmbərlik yerinə yetmişdi, indi isə başqa biri icra olur.

HEKAYƏ 81

Xalq Allahın köməyinə güvənir

İsraillilər Allahın qanununa tabe olmaq üçün insan qanunlarını pozurdular. Allah onları xeyir-dualandırdı?

HEKAYƏ 82

Mordokay və Ester

Məlikə Vaşti gözəl idi, ancaq padşah Axaşveroş məlikə olaraq onu Esterlə əvəz edir. Nə üçün?

HEKAYƏ 83

Yerusəlimin divarları

İşçilər divarları bərpa edə-edə nizə və qılınclarını gecə-gündüz əllərində hazır vəziyyətdə saxlamalıdırlar.