Kontentə keç

Mündəricatı göstər

Hekayə 98

Zeytun dağında

Zeytun dağında

İSA indi Zeytun dağındadır. Yanındakı dörd adam onun həvariləri — Andrey və Peter, Yaqub və Yəhya qardaşlarıdır. Arxada gördüyün bina Allahın Yerusəlimdəki məbədidir.

İsanın eşşəyin belində Yerusəlimə girməsindən artıq iki gün keçib. İndi həftənin ikinci günüdür. İsa səhər məbədə gəlmişdi. Orada kahinlər İsanı tutub öldürmək istədilər. Amma xalqdan qorxdular, çünki xalq İsanı sevirdi.

İsa din başçılarını ‘ilanlar və ilan balaları’ adlandırdı. Sonra dedi ki, bütün pis işlərinə görə Allah onları cəzalandıracaq. İsa məbəddən çıxıb Zeytun dağına gəlir və orada şagirdləri ona suallar verirlər. Heç bilirsən onlar İsadan nə soruşurlar?

Həvariləri gələcəkdə baş verəcək hadisələr maraqlandırır. Onlar bilirlər ki, İsa yer üzündəki bütün pisliyə son qoyacaq. Amma bunun nə vaxt olacağını da bilmək istəyirlər. Bəs, İsa Padşahlıq etməyə haçan başlayacaq?

İsa bilir ki, Padşah olanda davamçıları onu görə bilməyəcəklər. Çünki o göydə olacaq, onlar isə yerdə. Bu səbəbdən İsa göydə Padşahlıq edən vaxt yer üzündə baş verəcək hadisələrdən bəziləri haqqında həvarilərinə danışmaq istəyir. Görək o hansı hadisələrdən danışacaq.

İsa deyir ki, yer üzündə böyük müharibələr, cinayətkarlıq olacaq, adamlar xəstələnəcək, ac qalacaq, həm də güclü zəlzələlər baş verəcək. İsa, Allahın Padşahlığı haqqındakı xoş xəbərin bütün dünyada təbliğ ediləcəyini də deyir. Bu hadisələr bizim dövrümüzdə baş verirmi? Bəli! Deməli, biz əmin ola bilərik ki, İsa indi göydə Padşahlıq edir. Bir azdan o, yer üzündəki bütün pisliyə son qoyacaq.