Kontentə keç

Mündəricatı göstər

Hekayə 104

İsa göyə qayıdır

İsa göyə qayıdır

İSA diriləndən sonra bir neçə dəfə şagirdlərinə görünür. Bir dəfə onu 500 şagirdi görür. Heç bilirsən İsa onlarla nə haqda danışır? Allahın Padşahlığı haqqında. Yehova İsanı yer üzünə Padşahlıq haqqında danışmaq üçün göndərmişdi. İsa diriləndən sonra da bunu edir.

Allahın Padşahlığı haqqında öyrəndiklərimiz yadındadır? Bəli, Padşahlıq Allahın göydə olan hökumətidir. Allah İsanı bu Padşahlığın Padşahı təyin edib. Biz bilirik ki, İsa acları doyurur, xəstələri sağaldır, hətta ölüləri dirildirdi. Bununla o, gələcəkdə gözəl Padşah olacağını göstərmişdi.

Bir fikirləş: İsa göydə min il ərzində Padşahlıq edəndə yer üzündə şərait necə olacaq? Düzdür, bütün yer üzü gözəl Cənnətə çevriləcək. Artıq nə müharibə, nə cinayət, nə xəstəlik, nə də ölüm olacaq. Biz bilirik, bu mütləq yerinə yetəcək. Çünki Allah yer üzünü cənnət etmək, insanları da bu cənnətdə yaşamaq üçün yaratmışdı. Yehova Allahın lap başlanğıcda Eden bağını yaratmasının səbəbi də elə bu idi. Allahın istəyini İsa yerinə yetirəcək.

İsanın göyə qayıtmasının vaxtıdır. O, 40 gün ərzində şagirdlərinə görünüb. Artıq onlar İsanın sağ olduğuna əmindirlər. Amma şagirdləri ilə vidalaşmazdan əvvəl İsa deyir: ‘Müqəddəs ruhu almayınca Yerusəlimdən getməyin’. Müqəddəs ruh Allahın təsirli qüvvəsidir. O, əsən külək kimidir və şagirdlərə Allahın istəyini yerinə yetirməyə kömək edir. İsa axırda deyir: ‘Siz mənim haqqımda dünyanın ən uzaq yerlərinə qədər təbliğ edəcəksiniz’.

İsa bu sözləri deyəndən sonra görünməmiş bir hadisə baş verir. Şəklə bax, o, göyə qalxmağa başlayır. Sonra İsa buludların arasında gözdən itir və şagirdləri artıq onu görmürlər. İsa göyə gedir və oradan davamçılarının üzərində rəhbərlik etməyə başlayır.