Kontentə keç

Mündəricatı göstər

«Müqəddəs Kitab hekayələri» nəşrinin öyrənilməsi üçün suallar

«Müqəddəs Kitab hekayələri» nəşrinin öyrənilməsi üçün suallar

Hekayə 1

Allah yaratmağa başlayır

  1. Hər şeyi kim yaradıb? Buna aid bir misal çəkə bilərsənmi?

  2. Allah ən əvvəl kimləri yaratdı?

  3. Ən birinci mələk başqalarından nə ilə fərqlənirdi?

  4. Yer üzünün əvvəllər necə olduğunu təsvir et. (Şəklə bax.)

  5. Heyvanların və insanların yaşaması üçün Allah yer üzündə nə etdi?

Əlavə suallar:

  1. Yeremya 10:12 ayəsini oxu.

    Yaratdıqlarının vasitəsilə Allahın hansı xüsusiyyətlərini görmək olar? (Yeşaya 40:26; Rom. 11:33).

  2. Koloslulara 1:15-17 ayələrini oxu.

    İsa yaradılışda hansı rolu oynamışdır və bu ona olan münasibətimizə necə təsir göstərməlidir? (Kolos. 1:15-17).

  3. Yaradılış 1:1-10 ayələrini oxu.

    1. Yer necə yarandı? (Yar. 1:1).

    2. İlk yaradılış günündə nə baş verdi? (Yar. 1:3-5).

    3. İkinci yaradılış günündə baş verənləri təsvir et (Yar. 1:7, 8).

Hekayə 2

Gözəl bağ

  1. Allah Yer kürəsini bizim üçün necə hazırladı?

  2. Allah hansı heyvanları yaratdı? (Şəklə bax.)

  3. Nəyə görə Eden bağı xüsusi bağ idi?

  4. Allah Yerin necə olmasını istəyirdi?

Əlavə suallar:

  1. Yaradılış 1:11-25 ayələrini oxu.

    1. Üçüncü yaradılış günündə Allah nələri yaratdı? (Yar. 1:12).

    2. Dördüncü yaradılış günündə nələr baş verdi? (Yar. 1:16).

    3. Beşinci və altıncı yaradılış günlərində Allah hansı heyvanları yaratdı? (Yar. 1:20, 21, 25).

  2. Yaradılış 2:8, 9 ayələrini oxu.

    Allah bağda başqa hansı iki ağacı yetişdirdi və bu ağaclar nəyi simvolizə edirdilər?

Hekayə 3

İlk kişi və qadın

  1. 3-cü hekayədəki şəkil 2-ci hekayədəki şəkildən nə ilə fərqlənir?

  2. İlk insanı kim yaratdı və o insanın adı nə idi?

  3. Allah Adəmə hansı işi tapşırdı?

  4. Allah nə üçün Adəmi dərin yuxuya verdi?

  5. Adəmlə Həvva nə qədər yaşaya bilərdilər və Allah onların hansı işlə məşğul olmasını istəyirdi?

Əlavə suallar:

  1. Yeşaya 42:8 (KM) ayəsini oxu.

    Allahın adı nədir? Onun yer üzərində tutduğu mövqeni təsvir et. (Yer. 16:21, KM; Dan. 4:17).

  2. Yaradılış 1:26-31 ayələrini oxu.

    1. Allah altıncı yaradılış gününün sonunda kimi yaratdı və bu varlıq heyvanlardan nə ilə fərqlənirdi? (Yar. 1:26).

    2. Yehova insanların və heyvanların qidalanması üçün nə verdi? (Yar. 1:30).

  3. Yaradılış 2:7-25 ayələrini oxu.

    1. Adəm heyvanlara ad vermək üçün nə etməli idi? (Yar. 2:19).

    2. Yaradılış 2:24 ayəsi Yehovanın nikaha, ayrı yaşamağa və boşanmaya dair nöqteyi-nəzərini necə göstərir? (Mat. 19:4-6, 9).

Hekayə 4

Onlar evlərindən qovulurlar

  1. Şəklə bax. Adəm və Həvva ilə nə baş verib?

  2. Yehova onları niyə cəzalandırdı?

  3. İlan Həvvaya nə dedi?

  4. İlanı Həvva ilə danışdıran kim idi?

  5. Adəmlə Həvva Cənnət evlərindən nə üçün qovuldular?

Əlavə suallar:

  1. Yaradılış 2:16, 17; 3:1-13, 24 ayələrini oxu.

    1. İlanın Həvvaya verdiyi sual Yehovanı yanlış şəkildə necə təqdim edirdi? (Yar. 3:1-5; 1 Yəh. 5:3).

    2. Həvvanın nümunəsi bizi nədən çəkindirməlidir? (Filip. 4:8; Yaq. 1:14, 15; 1 Yəh. 2:16).

    3. Adəmlə Həvva gördükləri işin məsuliyyətini daşımaqdan necə boyun qaçırdılar? (Yar. 3:12, 13).

    4. Eden bağının şərqində duran keruvlar Yehovanın Ali Hakimiyyətini necə dəstəkləyirdilər? (Yar. 3:24).

  2. Vəhy 12:9 ayəsini oxu.

    Şeytan bəşəriyyəti Allahın rəhbərliyinə qarşı qaldırmağa nə dərəcədə nail oldu? (1 Yəh. 5:19).

Hekayə 5

Həyat çətinləşir

  1. Eden bağından kənarda Adəmlə Həvvanın həyatı necə idi?

  2. Adəm və Həvva ilə get-gedə nə baş verirdi və nə üçün?

  3. Nə üçün Adəmlə Həvvanın uşaqları qocalıb ölməli idilər?

  4. Əgər Adəmlə Həvva Yehovanın sözünə qulaq assaydılar, onların və uşaqlarının həyatı necə olardı?

  5. Allahın sözündən çıxması Həvvaya hansı ağrıları gətirdi?

  6. Adəmlə Həvvanın ilk iki oğlunun adı nə idi?

  7. Şəkildəki o biri uşaqlar kimlərdir?

Əlavə suallar:

  1. Yaradılış 3:16–23; 4:1, 2 ayələrini oxu.

    1. Torpağın lənətlənməsi Adəmin həyatına necə təsir göstərdi? (Yar. 3:17-19; Rom. 8:20, 22).

    2. Mənası «yaşayanların hamısının anası» olan Həvva adı ilk qadına nə üçün yaraşırdı? (Yar. 3:20).

    3. Adəmlə Həvva günah işlətdikdən sonra da, Yehova onlarla necə mülayim davrandı? (Yar. 3:7, 21).

  2. Vəhy 21:3, 4 ayələrini oxu.

    ‘Əvvəlki şeylərdən’ xüsusilə hansına son qoyulmasını səbirsizliklə gözləyirsən?

Hekayə 6

Yaxşı oğul və pis oğul

  1. Qabil və Habil nə ilə məşğul olurdular?

  2. Qabil və Habil Yehovaya hansı hədiyyələri gətirdilər?

  3. Nə üçün Yehova Habilin hədiyyəsindən razı qaldı, Qabilinkindən isə razı qalmadı?

  4. Qabil necə insan idi və Yehova ona hansı məsləhəti verdi?

  5. Qardaşı ilə çöldə tək olanda Qabil nə etdi?

  6. Qardaşını öldürəndən sonra Qabil ilə nə baş verdi?

Əlavə suallar:

  1. Yaradılış 4:2-26 ayələrini oxu.

    1. Yehova Qabili gözləyən təhlükəni necə təsvir etdi? (Yar. 4:7).

    2. Qabilin ürəyindəkilər necə aşkar oldu? (Yar. 4:9).

    3. Yehova günahsız qanın tökülməsinə necə baxır? (Yar. 4:10; Yeşaya 26:21).

  2. 1 Yəhya 3:11, 12 ayələrini oxu.

    1. Qabilin möhkəm qəzəblənməsinin səbəbi nə idi və bu bizi nədən çəkindirməlidir? (Yar. 4:4, 5; Sül. məs. 14:30; 28:22).

    2. Ailə üzvlərimizin hamısı Yehovaya qarşı çıxsa da, nöqsansızlığımızı qorumağın mümkün olduğunu Müqəddəs Kitab necə göstərir? (Məz. 27:10; Mat. 10:21, 22).

  3. Yəhya 11:25 ayəsini oxu.

    Salehlik uğrunda ölənlərlə bağlı Yehova bizi nəyə əmin edir? (Yəh. 5:24).

Hekayə 7

Cəsarətli insan

  1. Xanok başqalarından nə ilə fərqlənirdi?

  2. Xanokun günlərində yaşayan insanlar nəyə görə pis işlərlə məşğul olurdular?

  3. İnsanlar hansı pis işləri görürdülər? (Şəklə bax.)

  4. Xanok nə üçün cəsarətli olmalı idi?

  5. O vaxt insanlar nə qədər yaşayırdı, bəs Xanok neçə il yaşamışdı?

  6. Xanokun ölümündən sonra nə baş verdi?

Əlavə suallar:

  1. Yaradılış 5:21-24, 27 ayələrini oxu.

    1. Xanokun Yehova ilə münasibəti necə idi? (Yar. 5:24).

    2. Müqəddəs Kitaba əsasən, dünyada ən çox yaşamış insan kim olub və o neçə yaşında ölmüşdür? (Yar. 5:27).

  2. Yaradılış 6:5 ayəsini oxu.

    Xanokun ölümündən sonra yer üzündə vəziyyət nə dərəcədə pisləşdi və bunu günlərimizlə necə müqayisə etmək olar? (2 Tim. 3:13).

  3. İbranilərə 11:5 ayəsini oxu.

    Xanokun hansı xüsusiyyəti ‘Allaha məqbul idi’ və bu, özü ilə hansı xeyir-duaları gətirdi? (Yar. 5:22).

  4. Yəhuda 14, 15 ayələrini oxu.

    İnsanları Har-Megidon müharibəsinin yaxınlaşması haqqında xəbərdar edərkən məsihçilər Xanokun cəsarətini necə təqlid edə bilərlər? (2 Tim. 4:2; İbr. 13:6).

Hekayə 8

Yer üzündəki nəhənglər

  1. Allahın mələklərindən bəziləri Şeytana qulaq asandan sonra nə etdilər?

  2. Nəyə görə bəzi mələklər onlara göydə tapşırılan işi atıb yerə gəldilər?

  3. Nə üçün mələklərin yerə gəlib insan cildinə girmələri düzgün deyildi?

  4. Mələklərin uşaqları başqalarından nə ilə fərqlənirdi?

  5. Şəkildə gördüyün kimi, nəhənglər nə edirdilər?

  6. Xanokdan sonra yer üzündə yaşamış yaxşı insan kim idi və Allah nəyə görə onu sevirdi?

Əlavə suallar:

  1. Yaradılış 6:1-8 ayələrini oxu.

    Yaradılış 6:6 ayəsi davranışımızın Yehovanın hisslərinə təsir göstərdiyini necə açıqlayır? (Məz. 78:40, 41; Sül. məs. 27:11).

  2. Yəhuda 6 ayəsini oxu.

    Nuhun günlərində ‘öz ləyaqətlərini hifz etməyən’ mələklərin nümunəsi bizə nə öyrədir? (1 Kor. 3:5-9; 2 Pet. 2:4, 9, 10).

Hekayə 9

Nuh gəmi tikir

  1. Nuhun ailəsi neçə nəfərdən ibarət idi və onun oğllarının adı nə idi?

  2. Allah Nuha hansı qeyri-adi tapşırığı verdi və nə üçün?

  3. Nuh ətrafdakı insanlara gəmi haqqında danışanda, onlar necə münasibət göstərirdilər?

  4. Allah heyvanlarla bağlı Nuha hansı tapşırığı verdi?

  5. Allah gəminin qapısını örtdükdən sonra Nuh ailəsi ilə birgə nə etməli idi?

Əlavə suallar:

  1. Yaradılış 6:9-22 ayələrini oxu.

    1. Nuh nəyin sayəsində Yehovanın görkəmli xidmətçisi oldu? (Yar. 6:9, 22).

    2. Yehovanın zorakılığa münasibəti necədir və bu, bizim əyləncə seçimimizə necə təsir etməlidir? (Yar. 6:11, 12; Məz. 11:5).

    3. Yehovanın təşkilatı tərəfindən verilən rəhbərliyə riayət etməkdə Nuhdan hansı nümunəni götürə bilərik? (Yar. 6:22; 1 Yəh. 5:3).

  2. Yaradılış 7:1-9 ayələrini oxu.

    Yehovanın qeyri-kamil Nuhu saleh hesab etməsi bizi necə ruhlandırır? (Yar. 7:1; Sül. məs. 10:16; Yeşaya 26:7).

Hekayə 10

Böyük Daşqın

  1. Yağış başlayandan sonra nə üçün gəmiyə heç kim minə bilmədi?

  2. Yağış neçə gün və neçə gecə yağdı və su nə qədər qalxdı?

  3. Su yeri örtdükcə gəmi ilə nə baş verirdi?

  4. Nəhənglər Daşqından xilas ola bildilərmi? Bəs onların ataları ilə nə baş verdi?

  5. Beş aydan sonra gəmi ilə nə baş verdi?

  6. Nuh qarğanı nə üçün buraxdı?

  7. Nuh suların çəkildiyini haradan bildi?

  8. Nuh ailəsi ilə gəmidə bir ildən artıq vaxt keçirdikdən sonra Allah ona nə dedi?

Əlavə suallar:

  1. Yaradılış 7:10-24 ayələrini oxu.

    1. Yer üzündə həyat nə dərəcədə məhv olmuşdu? (Yar. 7:23).

    2. Yağış yağmağa başlayandan yer üzü quruyanadək nə qədər vaxt keçdi? (Yaradılış 7:11; 8:13, 14).

  2. Yaradılış 8:1-17 ayələrini oxu.

    Yaradılış 8:17 ayəsi Yehovanın Yerlə bağlı ilk niyyətinin dəyişmədiyini necə göstərir? (Yar. 1:22).

  3. 1 Peter 3:19, 20 ayələrini oxu.

    1. Üsyankar mələklər göyə qayıtdıqdan sonra hansı cəzanı aldılar? (Yəhuda 6).

    2. Nuh və onun ailəsi ilə baş verən hadisə Yehovanın Öz xalqını xilas etməyə qadir olduğunu necə göstərir və bu, imanımızı necə möhkəmləndirir? (2 Pet. 2:9).

Hekayə 11

İlk göy qurşağı

  1. Şəkildə göstərildiyi kimi, Nuh gəmidən çıxandan sonra nə etdi?

  2. Allah Daşqından sonra Nuha və ailəsinə nə buyurdu?

  3. Allah hansı vədi verdi?

  4. Göy qurşağı bizə nəyi xatırlatmalıdır?

Əlavə suallar:

  1. Yaradılış 8:18-22 ayələrini oxu.

    1. Bu gün Yehovaya ‘xoş ətri’ necə təqdim edə bilərik? (Yar. 8:21; İbr. 13:15, 16).

    2. Yehova insanın ürəyinin vəziyyətinə dair nəyi müşahidə etdi və bu bizi nədən çəkindirməlidir? (Yar. 8:21; Mat. 15:18, 19).

  2. Yaradılış 9:9-17 ayələrini oxu.

    1. Yehova yaratdığı bütün canlılarla hansı əhdi bağladı? (Yar. 9:10, 11).

    2. Göy qurşağı əhdi nə vaxtadək qüvvədə qalmalıdır? (Yar. 9:16).

Hekayə 12

İnsanlar böyük qüllə tikir

  1. Nəmrud kim idi? Bəs Allah onu sevirdi?

  2. Şəkildəki adamlar nə üçün kərpic kəsirlər?

  3. Bu tikinti nəyə görə Yehovaya xoş deyildi?

  4. Allah qüllənin tikintisini necə dayandırdı?

  5. Şəhəri necə adlandırdılar və bu adın mənası nə idi?

  6. Allah insanların dilini qarışdırandan sonra insanlar nə etdilər?

Əlavə suallar:

  1. Yaradılış 10:1, 8-10 ayələrini oxu.

    Nəmrud hansı mənada ‘Yehovaya zidd gedən güclü ovçu idi’ (YD) və onun nümunəsi bizi nədən çəkindirməlidir? (Sül. məs. 3:31).

  2. Yaradılış 11:1-9 ayələrini oxu.

    Qüllə hansı məqsədlə tikilirdi və nəyə görə yarımçıq qaldı? (Yar. 11:4; Sül. məs. 16:18; Yəh. 5:44).

Hekayə 13

Allahın dostu İbrahim

  1. Ur şəhərində necə adamlar yaşayırdı?

  2. Şəkildə təsvir olunan insan kimdir, nə vaxt anadan olmuşdur və harada yaşayırdı?

  3. Allah İbrahimə nə buyurdu?

  4. İbrahim nəyə görə Allahın dostu adlanırdı?

  5. İbrahimlə bərabər Uru kim tərk etdi?

  6. İbrahim Kənan torpağına daxil olanda Allah ona nə dedi?

  7. İbrahimin 99 yaşı olanda Allah ona nə vəd etdi?

Əlavə suallar:

  1. Yaradılış 11:27-32 ayələrini oxu.

    1. İbrahimlə Lutun hansı qohumluğu var idi? (Yar. 11:27).

    2. Xarandan çıxış Terahın adına yazılsa da, əslində təşəbbüsün İbrahim tərəfindən göstərildiyini haradan bilirik və İbrahim nəyə görə belə etdi? (Yar. 11:31; Həv. iş. 7:2-4).

  2. Yaradılış 12:1-7 ayələrini oxu.

    İbrahim Kənan torpağına daxil olduqdan sonra, Yehova onunla bağladığı əhdə nəyi əlavə etdi? (Yar. 12:7).

  3. Yaradılış 17:1-8, 15-17 ayələrini oxu.

    1. İbram 99 yaşında olarkən Allah onun adını nə üçün dəyişdi? (Yar. 17:5).

    2. Yehova Saraya hansı xeyir-duaları vəd etdi? (Yar. 17:15, 16).

  4. Yaradılış 18:9-19 ayələrini oxu.

    1. Yaradılış 18:19 ayəsinə əsasən atalar hansı məsuliyyəti daşıyır? (Qanun. t. 6:6, 7; Efes. 6:4).

    2. Yehovadan nəyisə gizlətməyin mümkün olmadığını Sara ilə baş verən hansı hadisə göstərir? (Yar. 18:12, 15; Məz. 44:21).

Hekayə 14

Allah İbrahimin imanını sınayır

  1. Allah İbrahimə hansı vədi vermişdi və onu necə yerinə yetirdi?

  2. Şəkildə gördüyümüz kimi, Allah İbrahimin imanını necə sınadı?

  3. İbrahim Allahın əmrinin səbəbini başa düşməsə də, nə etdi?

  4. İbrahim oğlunu öldürmək üçün bıçağı əlinə alanda nə baş verdi?

  5. İbrahimin Allaha olan imanı nə qədər möhkəm idi?

  6. Allah İbrahimin qurban gətirə bilməsi üçün ona nə verdi və bunu necə etdi?

Əlavə suallar:

  1. Yaradılış 21:1-7 ayələrini oxu.

    İbrahim oğlunu nəyə görə səkkizinci gün sünnət etdi? (Yar. 17:10-12; 21:4).

  2. Yaradılış 22:1-18 ayələrini oxu.

    İshaq atası İbrahimə necə itaətkarlıq göstərdi və bu sonralar baş vermiş hansı mühüm hadisənin təcəssümü idi? (Yar. 22:7-9; 1 Kor. 5:7; Filip. 2:8, 9).

Hekayə 15

Lutun arvadı geriyə baxır

  1. İbrahimlə Lut nə üçün ayrıldılar?

  2. Lut nə üçün Sodomda yaşamaq qərarına gəldi?

  3. Sodomun sakinləri necə adam idilər?

  4. İki mələk Luta hansı xəbərdarlığı etdi?

  5. Lutun arvadı nə üçün duz heykələ çevrildi?

  6. Lutun arvadının nümunəsi bizə nəyi öyrədir?

Əlavə suallar:

  1. Yaradılış 13:5-13 ayələrini oxu.

    Başqaları ilə aramızda yaranmış problemləri həll etməkdə İbrahimdən hansı nümunəni götürə bilərik? (Yar. 13:8, 9; Rom. 12:10; Filip. 2:3, 4).

  2. Yaradılış 18:20-33 ayələrini oxu.

    Yehovanın İbrahimlə münasibətindən Allahın və İsanın gələcəkdə ədalətlə mühakimə edəcəklərini necə görmək olar? (Yar. 18:25, 26; Mat. 25:31-33).

  3. Yaradılış 19:1-29 ayələrini oxu.

    1. Müqəddəs Kitabın bu hissəsindən Allahın homoseksualizmə olan nöqteyi-nəzərini necə görmək olar? (Yar. 19:5, 13; Lev. 20:13).

    2. Allahın göstərişlərinə hay verməkdə İbrahimlə Lut arasında hansı fərq var idi və biz bundan nə öyrənə bilərik? (Yar. 19:15, 16, 19, 20; 22:3).

  4. Luka 17:28-32 ayələrini oxu.

    Lutun arvadının maddi şeylərə münasibəti necə idi və onun nümunəsi bizi nədən çəkindirməlidir? (Luka 12:15; 17:31, 32; Mat. 6:19-21, 25).

  5. 2 Peter 2:6-8 ayələrini oxu.

    Lut kimi, biz də yaşadığımız allahsız dünyaya hansı münasibəti bəsləməliyik? (Yez. 9:4; 1 Yəh. 2:15-17).

Hekayə 16

İshaq yaxşı bir qızla evlənir

  1. Şəkildəkilər kimdir?

  2. İbrahim oğlunu evləndirmək üçün nə etdi və nəyə görə?

  3. Allah İbrahimin nökərinin duasına necə cavab verdi?

  4. Rivqadan İshaqa ərə getməklə bağlı fikrini soruşanda o necə cavab verdi?

  5. İshaqı yenidən xoşbəxt edən nə idi?

Əlavə suallar:

  1. Yaradılış 24:1-67 ayələrini oxu.

    1. Quyunun yanında İbrahimin nökəri ilə qarşılaşarkən, Rivqa hansı gözəl xüsusiyyətləri təzahür etdirdi? (Yar. 24:17-20; Sül. məs. 31:17, 31).

    2. İshaqın evlənməsi ilə əlaqədar İbrahimin qayğı göstərməsi müasir məsihçilərə nə öyrədir? (Yar. 24:37, 38; 1 Kor. 7:39; 2 Kor. 6:14).

    3. Nə üçün İshaq kimi biz də dərindən düşünməyə vaxt ayırmalıyıq? (Yar. 24:63; Məz. 77:12; Filip. 4:8).

Hekayə 17

Bir-birinə bənzəməyən əkizlər

  1. Esav və Yaqub kim idi və bir-birindən nə ilə fərqlənirdilər?

  2. Babaları İbrahim öləndə Esavla Yaqubun neçə yaşı vardı?

  3. Esav ata-anasını kədərləndirən hansı işi gördü?

  4. Esav nəyə görə qardaşına bərk qəzəbləndi?

  5. İshaq oğlu Yaquba hansı nəsihəti verdi?

Əlavə suallar:

  1. Yaradılış 25:5-11, 20-34 ayələrini oxu.

    1. Yehova Rivqanın iki oğlu ilə bağlı hansı peyğəmbərliyi söyləmişdi? (Yar. 25:23).

    2. Esav və Yaqubun ilk oğulluq haqqına hansı fərqli münasibətləri var idi? (Yar. 25:31-34).

  2. Yaradılış 26:34, 35; 27:1-46; 28:1-5 ayələrini oxu.

    1. Esavın ruhani dəyərlərə etinasızlığı nədən görünürdü? (Yar. 26:34, 35; 27:46).

    2. İshaqın göstərişinə əsasən, Allahın xeyir-duasını almaq üçün Yaqub nə etməli idi? (Yar. 28:1-4).

  3. İbranilərə 12:16, 17 ayələrini oxu.

    Esavın nümunəsindən göründüyü kimi, müqəddəs şeylərə xor baxanların aqibəti necə olacaq?

Hekayə 18

Yaqub Xarana gəlir

  1. Şəkildəki qız kimdir və Yaqub onun üçün nə edir?

  2. Rəhilə ilə evlənməkdən ötrü Yaqub nəyə hazır idi?

  3. Yaqubla Rəhilənin toy günündə Lavan nə etdi?

  4. Rəhilə ilə evlənmək üçün Yaqub nəyə razı oldu?

Əlavə suallar:

  1. Yaradılış 29:1-30 ayələrini oxu.

    1. Lavan Yaqubu aldadandan sonra da, Yaqub vicdanlı olduğunu necə göstərdi və biz bundan nə öyrənə bilərik? (Yar. 29:26-28; Mat. 5:37).

    2. Yaqubun nümunəsi həqiqi məhəbbətlə aşiqlik arasındakı fərqi necə göstərir? (Yar. 29:18, 20, 30; Nəğ. 8:6).

    3. Hansı dörd qadın Yaquba oğullar doğmuşdur? (Yar. 29:23, 24, 28, 29).

Hekayə 19

Yaqubun böyük ailəsi

  1. Leanın Yaquba doğduğu altı oğlan uşağının adı nə idi?

  2. Leanın qulluqçusu Zilpanın iki oğlunun adı nə idi?

  3. Rəhilənin qulluqçusu Bilhanın iki oğlunun adı nə idi?

  4. Rəhilənin iki oğlunun adı nə idi və o, ikinci oğlunu doğanda nə baş verdi?

  5. Şəkildə gördüyümüz kimi, Yaqubun neçə oğlu var və onlardan kim törəyib?

Əlavə suallar:

  1. Yaradılış 29:32-35; 30:1-26; 35:16-19 ayələrini oxu.

    Yaqubun 12 oğlunun adından göründüyü kimi, qədim vaxtlarda ibranilər oğullarına adı necə verirdilər?

  2. Yaradılış 37:35 ayəsini oxu.

    Müqəddəs Kitabda yalnız Dinanın adı çəkildiyinə baxmayaraq, Yaqubun başqa qızları da olduğunu haradan bilirik? (Yar. 37:34, 35).

Hekayə 20

Dinaya bədbəxtlik üz verir

  1. Nəyə görə İbrahim və İshaq övladlarının kənanlılarla ailə qurmasını istəmirdilər?

  2. Yaqub qızının kənanlı qızlarla dostluq etməsinə razı idimi?

  3. Şəkildə Dinaya baxan kişinin adı nədir və o hansı pis işi gördü?

  4. Dinanın qardaşları Şimeon və Levi baş verən hadisəni eşidəndə nə etdilər?

  5. Yaqub Şimeonla Levinin hərəkətlərinə necə münasibət bəslədi?

  6. Yaqubun ailəsinin başına gələn bəlalar nədən başlandı?

Əlavə suallar:

  1. Yaradılış 34:1-31 ayələrini oxu.

    1. Nəyə görə demək olar ki, Dina kənanlı qızlarla yalnız bir dəfə görüşməmişdi? İzah edin. (Yar. 34:1 — «Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı [‘çıxırdı’, YD]»).

    2. Nəyə görə bakirəliyini itirməkdə Dina özü də qismən məsuliyyət daşıyırdı? (Qalat. 6:7).

    3. Müasir gənclər Dinanın nümunəsindən ibrət aldıqlarını necə göstərə bilərlər? (Sül. məs. 13:20; 1 Kor. 15:33; 1 Yəh. 5:19).

Hekayə 21

Qardaşları Yusifi sevmirlər

  1. Qardaşları nəyə görə Yusifin paxıllığını çəkirdilər və onlar nə etdilər?

  2. Qardaşları Yusiflə nə etmək istədilər, amma Ruven onlara nə dedi?

  3. İsmailli tacirlər yoldan keçəndə qardaşlar nə etdilər?

  4. Atalarını Yusifin öldüyünə inandırmaq üçün qardaşlar nə etdilər?

Əlavə suallar:

  1. Yaradılış 37:1-35 ayələrini oxu.

    1. Məsihçilər yığıncaqda işlədilən günahları ağsaqqallara çatdırmaqda Yusifdən hansı nümunəni götürə bilərlər? (Yar. 37:2; Lev. 5:1; 1 Kor. 1:11).

    2. Qardaşları Yusifi nəyə görə satdılar? (Yar. 37:11, 18; Sül. məs. 27:4; Yaq. 3:14-16).

    3. Yaqubun nümunəsindən əziz adamın ölümü üçün kədərlənməyin normal hal olduğunu necə görmək olar? (Yar. 37:35).

Hekayə 22

Yusifi zindana salırlar

  1. Misirə gətiriləndə Yusif neçə yaşında idi və orada onunla nə baş verdi?

  2. Yusif nə üçün zindana düşdü?

  3. Zindanda Yusifə hansı məsuliyyətli işi tapşırdılar?

  4. Yusif fironun saqisi və çörəkçisi üçün nə etdi?

  5. Saqi zindandan azad edildikdən sonra nə baş verdi?

Əlavə suallar:

  1. Yaradılış 39:1-23 ayələrini oxu.

    Yusifin günlərində zinakarlığı mühakimə edən Allahın yazılı qanunu olmasa da, Yusifi Potifarın arvadından qaçmağa təşviq edən nə idi? (Yar. 2:24; 20:3; 39:9).

  2. Yaradılış 40:1-23 ayələrini oxu.

    1. Saqinin yuxusunu və Yehovanın Yusifə açdığı həmin yuxunun mənasını qısaca söylə (Yar. 40:9-13).

    2. Çörəkçi hansı yuxunu gördü və onun mənası nə idi? (Yar. 40:16-19).

    3. Sadiq və ağıllı qul sinfi Yusifin əhval-ruhiyyəsini necə təqlid edir? (Yar. 40:8; Məz. 36:9; Yəh. 17:17; Həv. iş. 17:2, 3).

    4. Yaradılış 40:20 ayəsi məsihçilərin ad günü mərasimlərinə olan münasibətini anlamaqda necə kömək edir? (Vaiz 7:1; Mark 6:21-28).

Hekayə 23

Fironun yuxuları

  1. Bir gecə firona nə oldu?

  2. Yusif saqinin yadına nə vaxt düşdü?

  3. Şəkildə göründüyü kimi, firon hansı iki yuxunu görür?

  4. Yusif yuxuları necə yozdu?

  5. Yusif Misirdə hansı vəzifəni tutdu?

  6. Yusifin qardaşları Misirə nə üçün gəldilər və nəyə görə onu tanımadılar?

  7. Yusif nəyi xatırladı və o nəyi başa düşdü?

Əlavə suallar:

  1. Yaradılış 41:1-57 ayələrini oxu.

    1. Yusif diqqəti Yehovaya necə yönəltdi və məsihçilər bundan nə öyrənə bilərlər? (Yar. 41:16, 25, 28; Mat. 5:16; 1 Pet. 2:12).

    2. Misirdəki bolluq illəri və onların ardınca gələn aclıq illəri, Yehovanın xalqının ruhani vəziyyəti ilə Xristian dünyasının ruhani vəziyyəti arasında olan təzadı necə göstərir? (Yar. 41:29, 30; Amos 8:11, 12).

  2. Yaradılış 42:1–8; 50:20 ayələrini oxu.

    Ölkə adətlərinə əsasən, Yehovanın xidmətçilərinin, insanın mövqeyinə görə ona hörmət və ehtiramdan irəli gələrək təzim etməsi düzgündürmü? (Yar. 42:6).

Hekayə 24

Yusif qardaşlarını sınağa çəkir

  1. Yusif nə üçün qardaşlarını casus adlandırdı?

  2. Yaqub nəyə görə kiçik oğlu Binyaminin Misirə getməsinə icazə verdi?

  3. Necə oldu ki, Yusifin gümüş kasası Binyaminin çuvalından çıxdı?

  4. Binyaminin azad edilməsi üçün Yəhuda nə təklif etdi?

  5. Yusifin qardaşlarının dəyişdiyi nədən göründü?

Əlavə suallar:

  1. Yaradılış 42:9-38 ayələrini oxu.

    Yusifin Yaradılış 42:18 ayəsində yazılmış sözləri bu gün Yehovanın təşkilatındakı məsul şəxslərə nəyi xatırlatmalıdır? (Neh. 5:15; 2 Kor. 7:1, 2).

  2. Yaradılış 43:1-34 ayələrini oxu.

    1. Ruven ilk oğul olsa da, nəyə görə qardaşlarının adından Yəhuda danışdı? (Yar. 43:3, 8, 9; 44:14, 18; 1 Saln. 5:2).

    2. Yusif qardaşlarını necə yoxladı və nə üçün? (Yar. 43:33, 34).

  3. Yaradılış 44:1-34 ayələrini oxu.

    1. Yusif kimliyini qardaşlarından gizlətməyə çalışaraq, özünü necə adam kimi qələmə verdi? (Yar. 44:5, 15; Lev. 19:26).

    2. Yusifin qardaşları artıq ona nifrət etmədiklərini necə sübut etdilər? (Yar. 44:13, 33, 34).

Hekayə 25

Yaqubun ailəsi Misirə köçür

  1. Yusif kim olduğunu qardaşlarına deyəndə nə baş verdi?

  2. Yusif qardaşlarına mehribancasına nəyi izah etdi?

  3. Firon Yusifin qardaşları haqqında eşidəndə nə dedi?

  4. Misirdə Yaqubun ailəsi neçə nəfərdən ibarət idi?

  5. Yaqubun ailəsi necə adlanırdı və nəyə görə?

Əlavə suallar:

  1. Yaradılış 45:1-28 ayələrini oxu.

    Başqaları Yehovanın xidmətçilərinə zərər vurmaq istəyəndə, Allahın bunu xidmətçilərinin xeyrinə döndərə bilməsini Yusifin nümunəsindən necə görmək olar? (Yar. 45:5-8; Yeşaya 8:10; Filip. 1:12-14).

  2. Yaradılış 46:1-27 ayələrini oxu.

    Yehova Misirə yola düşən Yaqubu nəyə əmin etdi? (Yar. 46:1-4).

Hekayə 26

Əyyub Allaha sadiq qalır

  1. Əyyub kim idi?

  2. Şeytan nə etmək istədi və buna nail ola bildimi?

  3. Yehova Şeytana nə etməyə icazə verdi və nəyə görə?

  4. Əyyubun arvadı nə üçün ona Allaha lənət et və öl dedi? (Şəklə bax.)

  5. İkinci şəkildən göründüyü kimi, Yehova Əyyuba hansı xeyir-duaları verdi və nə üçün?

  6. Biz də Əyyub kimi Yehovaya sadiq qalsaq, hansı xeyir-duaları alarıq?

Əlavə suallar:

  1. Əyyub 1:1-22 ayələrini oxu.

    Məsihçilər Əyyubdan hansı nümunəni götürə bilərlər? (Əyy. 1:1; Filip. 2:15; 2 Pet. 3:14).

  2. Əyyub 2:1-13 ayələrini oxu.

    Əyyubla arvadının Şeytanın təqiblərinə münasibəti nədə fərqlənirdi? (Əyy. 2:9, 10; Sül. məs. 19:3; Mik. 7:7; Mal. 3:14).

  3. Əyyub 42:10-17 ayələrini oxu.

    1. Sadiq həyat sürdüklərinə görə Əyyub və İsanın aldıqları mükafatın arasında hansı oxşarlıq var? (Əyy. 42:12; Filip. 2:9-11).

    2. Allaha nöqsansızlığını qoruyub saxladığına görə Əyyubun aldığı xeyir-dualar bizi necə ruhlandırır? (Əyy. 42:10, 12; İbr. 6:10; Yaq. 1:2-4, 12; 5:11).

Hekayə 27

Misirdə pis padşah hökmranlıq edir

  1. Şəkildə əlində qamçı olan kişi kimdir və o kimi döyür?

  2. Yusifin ölümündən sonra israillilərlə nə baş verdi?

  3. Misirlilər nə üçün israillilərdən qorxmağa başladılar?

  4. Firon, doğuş zamanı israilli analara kömək edən qadınlara hansı əmri verdi?

Əlavə suallar:

  1. Çıxış 1:6-22 ayələrini oxu.

    1. Yehova İbrahimə verdiyi vədi necə yerinə yetirməyə başladı? (Çıx. 1:7; Yar. 12:2; Həv. iş. 7:17).

    2. İbrani mamaçaları həyatın müqəddəsliyinə hörmətlə yanaşdıqlarını necə göstərdilər? (Çıx. 1:17; Yar. 9:6).

    3. Yehova bu sədaqətli mamaçaları necə mükafatlandırdı? (Çıx. 1:20, 21; Sül. məs. 19:17).

    4. İbrahimin vəd edilmiş Zürriyyəti ilə bağlı Yehovanın niyyətinin yerinə yetməsinə Şeytan necə müqavimət göstərməyə çalışdı? (Çıx. 1:22; Mat. 2:16).

Hekayə 28

Körpə Musa sağ qalır

  1. Şəkildəki körpə kimdir və o kimin barmağından tutub?

  2. Anası Musanı ölümdən xilas etmək üçün nə etdi?

  3. Şəkildəki balaca qız kimdir və o nə etdi?

  4. Fironun qızı körpəni tapanda Məryəm ona nə dedi?

  5. Şahzadə Musanın anasına nə dedi?

Əlavə sual:

  1. Çıxış 2:1-10 ayələrini oxu.

    Musa balaca olanda anasının ona təlim və tərbiyə vermək üçün hansı imkanı vardı və müasir məsihçilər bundan hansı nümunəni ala bilərlər? (Çıx. 2:9, 10; Qanun. t. 6:6-9; Sül. məs. 22:6; Efes. 6:4; 2 Tim. 3:15).

Hekayə 29

Musa Misirdən qaçır

  1. Musa harada böyümüşdü və valideynləri haqqında nə bilirdi?

  2. Musa 40 yaşında olanda nə etdi?

  3. Musa dalaşan israilliyə nə dedi və həmin adam necə cavab verdi?

  4. Musa nəyə görə Misirdən qaçdı?

  5. Musa hara qaçdı və orada kimlərlə tanış oldu?

  6. Musa Misirdən qaçandan sonra 40 il ərzində nə ilə məşğul oldu?

Əlavə suallar:

  1. Çıxış 2:11-25 ayələrini oxu.

    Misirin bütün müdrikliyinə yiyələnməsinə baxmayaraq, Musa Yehovaya və öz xalqına olan sədaqətini necə göstərdi? (Çıx. 2:11, 12; İbr. 11:24).

  2. Həvarilərin işləri 7:22-29 ayələrini oxu.

    Musa israilliləri Misir əsarətindən öz gücünə azad etmək üçün hansı cəhdi göstərdi və biz bundan nə öyrənə bilərik? (Həv. iş. 7:23-25; 1 Pet. 5:6, 10).

Hekayə 30

Yanan kol

  1. Şəkildəki dağ necə adlanır?

  2. Musa qoyunlarını otararkən gördüyü qeyri-adi mənzərəni təsvir et.

  3. Yanan koldan gələn səs nə dedi və danışan kim idi?

  4. Allah xalqını Misirdən çıxarmaq üçün Musanı göndərmək istədiyini deyəndə Musa buna necə cavab verdi?

  5. Xalq Musadan kimin tərəfindən göndərildiyini soruşsaydı, Musa necə cavab verməli idi?

  6. Musa Allah tərəfindən göndərildiyini necə sübut edə bilərdi?

Əlavə suallar:

  1. Çıxış 3:1-22 ayələrini oxu.

    Musanın nümunəsi, teokratik tapşırıqları yerinə yetirmək üçün özümüzü yararsız hesab etsək belə, Yehovanın bizə dəstək olacağına bizi necə əmin edir? (Çıx. 3:11, 13; 2 Kor. 3:5, 6).

  2. Çıxış 4:1-20 ayələrini oxu.

    1. Midyan torpağında yaşadığı 40 il ərzində Musanın düşüncə tərzi necə dəyişmişdi və onun nümunəsindən yığıncaqda məsuliyyətlərə nail olmaq istəyən qardaşlar nə öyrənə bilərlər? (Çıx. 2:11, 12; 4:10, 13; Mik. 6:8; 1 Tim. 3:1, 6, 10).

    2. Yehova bizi təşkilatının vasitəsilə məzəmmət etsə də, Musanın nümunəsi bizi nəyə əmin edir? (Çıx. 4:12-14; Məz. 103:14; İbr. 12:4-11).

Hekayə 31

Musa və Harun fironun hüzurunda

  1. Musa ilə Harunun göstərdiyi möcüzələr israillilərə necə təsir etdi?

  2. Musa və Harun firona nə dedilər, firon onlara necə cavab verdi?

  3. Şəkildə gördüyümüz kimi, Harun əsanı yerə atanda nə baş verir?

  4. Yehova Öz gücünü firona necə göstərdi və firon özünü necə apardı?

  5. Onuncu bəladan sonra nə baş verdi?

Əlavə suallar:

  1. Çıxış 4:27-31; 5:1-23 ayələrini oxu.

    Firon Yehovanı tanımıram deyərkən nəyi nəzərdə tuturdu? (Çıx. 5:2, KM; 1 Şam. 2:12, 13a; Rom. 1:21).

  2. Çıxış 6:1-13, 26-30 ayələrini oxu.

    1. Yehova hansı mənada Özünü İbrahimə, İshaqa və Yaquba tanıtmamışdı? (Çıx. 3:13, 14; 6:3; Yar. 22:14, KM).

    2. Musa verilmiş tapşırığı yerinə yetirməkdə özünü yararsız hiss etsə də, Yehovanın gözündə bu belə deyildi. Bunun üzərində dərindən düşünməklə biz nə öyrənirik? (Çıx. 6:12, 30; Luka 21:13-15).

  3. Çıxış 7:1-13 ayələrini oxu.

    1. Musa və Harun Yehovanın hökmlərini firona cəsarətlə çatdırmaqla bizə hansı nümunəni qoymuşlar? (Çıx. 7:2, 3, 6; Həv. iş. 4:29-31).

    2. Yehova Misir allahlarından çox-çox qüdrətli olduğunu necə göstərdi? (Çıx. 7:12; 1 Saln. 29:12).

Hekayə 32

On bəla

  1. Şəkillərdən istifadə edərək Yehovanın Misirə göndərdiyi ilk üç bəlanı təsvir et.

  2. İlk üç bəla ilə qalan yeddi bəla arasında hansı fərq vardı?

  3. Dördüncü, beşinci və altıncı bəlaları təsvir et.

  4. Yeddinci, səkkizinci və doqquzuncu bəlalar haqqında danış.

  5. Yehova onuncu bəladan əvvəl israillilərə nə dedi?

  6. Onuncu bəla zamanı və ondan sonra nə baş verdi?

Əlavə suallar:

  1. Çıxış 7:19-8:23 ayələrini oxu.

    1. Misir sehrbazları Yehovanın ilk iki cəzasını eynilə təkrar edə bilsələr də, üçüncü cəzadan sonra nəyi etiraf etməli oldular? (Çıx. 8:18, 19; Mat. 12:24-28).

    2. Dördüncü cəza Yehovanın Öz xalqını müdafiə etməyə qadir olduğunu necə nümayiş etdirdi və bu, baş verəcək böyük məşəqqəti gözləyən məsihçilərdə hansı hissləri oyadır? (Çıx. 8:22, 23; Vəhy 7:13, 14; 2 Saln. 16:9).

  2. Çıxış 8:24; 9:3, 6, 10, 11, 14, 16, 23-25; 10:13-15, 21-23 ayələrini oxu.

    1. Firon və sehrbazlar hansı iki qrupu təmsil edir və bu iki qrup bu gün də nəyə qadir deyil? (Çıx. 8:10, 18, 19; 9:14).

    2. Çıxış 9:16 ayəsinə əsasən, Yehova Şeytanın indiyədək mövcud olmasına nəyə görə yol verir? (Rom. 9:21, 22).

  3. Çıxış 12:21-32 ayələrini oxu.

    Pasxa qurbanının sayəsində bir çoxları necə xilas ola bildilər və o nəyə işarə edirdi? (Çıx. 12:21-23; Yəh. 1:29; Rom. 5:18, 19, 21; 1 Kor. 5:7).

Hekayə 33

İsraillilər Qırmızı dənizi keçir

  1. Qadın və uşaqlardan savayı, Misiri neçə nəfər israilli kişi tərk etdi və onlarla bərabər ölkədən daha kimlər çıxdı?

  2. Firon İsrail xalqını buraxdıqdan sonra hansı hissləri keçirdi və nə etdi?

  3. Yehova Öz xalqını misirlilərin hücumundan necə xilas etdi?

  4. Musa əsanı Qırmızı dənizə uzatdıqda nə baş verdi və israillilər nə etdilər?

  5. Misirlilər israillilərin ardınca dənizə cumanda nə oldu?

  6. İsraillilər xilas olduqları üçün sevindiklərini və Yehovaya minnətdar olduqlarını necə göstərdilər?

Əlavə suallar:

  1. Çıxış 12:33-36 ayələrini oxu.

    Yehova, xalqının Misirdə keçirdiyi köləlik illərinin haqqını alması üçün necə qayğı göstərdi? (Çıx. 3:21, 22; 12:35, 36).

  2. Çıxış 14:1-31 ayələrini oxu.

    Musanın Çıxış 14:13, 14 ayələrindəki sözləri, Yehovanın xidmətçilərini qarşıda gözlənilən Har-Megidon döyüşünə necə hazırlayır? (2 Saln. 20:17; Məz. 91:8).

  3. Çıxış 15:1-8, 20, 21 ayələrini oxu.

    1. Nəyə görə Yehovanın xidmətçiləri Ona həmd mahnıları oxumalıdırlar? (Çıx. 15:1, 2; Məz. 105:2, 3; Vəhy 15:3, 4).

    2. Qırmızı dənizin yanında Yehovaya həmd mahnısı oxuyan Məryəm və başqa qadınlar məsihçi qadınlara hansı nümunəni verirlər? (Çıx. 15:20, 21; Məz. 68:11).

Hekayə 34

Allah xalqına göydən yemək verir

  1. Şəkildəki adamlar yerdən nə yığır və yığdıqları şey necə adlanır?

  2. Mannanın yığılması ilə bağlı Musa xalqa hansı göstərişi verdi?

  3. Xalq altıncı gün nə etməli idi və nəyə görə?

  4. Yeddinci günə qalan manna ilə bağlı Yehova hansı möcüzəni etdi?

  5. Yehova xalqını neçə il manna ilə təmin etdi?

Əlavə suallar:

  1. Çıxış 16:1-36 və Saylar 11:7-9 ayələrini oxu.

    1. Çıxış 16:8 ayəsi məsihçi yığıncağında teokratik təyinatlara hörmətlə yanaşmağın nə qədər vacib olduğunu necə göstərir? (İbr. 13:17).

    2. Yehova Ondan asılı olduqlarını səhradakı israillilərə hər gün necə xatırladırdı? (Çıx. 16:14-16, 35; Qanun. t. 8:2, 3).

    3. İsa mannaya hansı simvolik mənanı vermişdi və biz ‘göydən enən çörəkdən’ necə faydalana bilərik? (Yəh. 6:31-35, 40).

  2. Yeşua 5:10-12 ayələrini oxu.

    İsrail xalqı neçə il manna yedi, bu onları necə sınağa çəkdi və biz bu hadisədən hansı nəticəni çıxara bilərik? (Çıx. 16:35; Say. 11:4-6; 1 Kor. 10:10, 11).

Hekayə 35

Yehova xalqına qanunlar verir

  1. Misiri tərk etdikdən təxminən iki ay sonra israillilər harada düşərgə saldılar?

  2. Yehova israillilərdən nə gözləyirdi və onlar necə hay verdilər?

  3. Yehova nəyə görə Musaya iki daş lövhə verdi?

  4. On əmrdən başqa Yehova israillilərə daha hansı qanunları verdi?

  5. İsa Məsih hansı iki qanunun ən böyük olduğunu demişdi?

Əlavə suallar:

  1. Çıxış 19:1-25; 20:1-21; 24:12-18; 31:18 ayələrini oxu.

    Çıxış 19:8 ayəsi məsihçi kimi həsr olunmağın özünə nə daxil etdiyini necə göstərir? (Mat. 16:24; 1 Pet. 4:1-3).

  2. Qanunun təkrarı 6:4-6; Levililər 19:18 və Matta 22:36-40 ayələrini oxu.

    Məsihçilər Allahı və qonşularını sevdiklərini necə göstərirlər? (Mark 6:34; Həv. iş. 4:20; Rom. 15:2).

Hekayə 36

Qızıl dana

  1. Şəkildə gördüyün adamlar nə edirlər və nəyə görə?

  2. Yehova nəyə görə qəzəbləndi və Musa camaatın hərəkətini görəndə nə etdi?

  3. Musa bəzi kişilərə nəyi əmr etdi?

  4. Bu hadisədən hansı ibrət dərsini götürə bilərik?

Əlavə suallar:

  1. Çıxış 32:1-35 ayələrini oxu.

    1. Bu hadisə yalan dinlə həqiqi ibadəti qarışdırmaq cəhdinə Yehovanın münasibətini necə göstərir? (Çıx. 32:4-6, 10; 1 Kor. 10:7, 11).

    2. Məsihçilər mahnı və rəqs seçimində nəyə görə ehtiyatlı olmalıdırlar? (Çıx. 32:18, 19; Efes. 5:15, 16; 1 Yəh. 2:15-17).

    3. Levi qəbiləsi salehliyin tərəfində durmaqla bizə hansı gözəl nümunəni verdi? (Çıx. 32:25-28; Məz. 18:25).

Hekayə 37

İbadət çadırı

  1. Şəkildəki nədir və ondan nə məqsədlə istifadə edirdilər?

  2. Nə üçün Yehova Musaya asanlıqla sökülüb yığılan çadır düzəltməyi əmr etdi?

  3. Çadırın axırında yerləşən balaca otaqdakı sandıq nədir və onun içində nə vardı?

  4. Yehova kimi baş kahin seçdi və bu baş kahin nə etməli idi?

  5. Çadırın böyük otağındakı üç əşyanın adını çəkə bilərsən?

  6. Çadırın həyətində hansı iki əşya vardı və onlardan nə məqsədlə istifadə edirdilər?

Əlavə suallar:

  1. Çıxış 25:8-40; 26:1-37; 27:1-8; 28:1 ayələrini oxu.

    «Şəhadət sandığının» üstündəki keruvlar nəyi təmsil edirdi? (Çıx. 25:20, 22; Say. 7:89; 2 Pad. 19:15).

  2. Çıxış 30:1-10, 17-21; 34:1, 2 və İbranilərə 9:1-5 ayələrini oxu.

    1. Yehova nəyə görə çadırda xidmət edən kahinlərin fiziki cəhətdən təmiz olmalarına xüsusi əhəmiyyət verirdi və bundan hansı nəticəni çıxarmalıyıq? (Çıx. 30:18-21; 40:30, 31; İbr. 10:22).

    2. Həvari Pavel İbranilərə məktubunda ibadət çadırının və qanun əhdinin artıq qüvvədə olmadığını necə göstərdi? (İbr. 9:1, 9; 10:1).

Hekayə 38

On iki kəşfiyyatçı

  1. Şəkildəki üzüm salxımı haqda nə deyə bilərsən və onu haradan gətiriblər?

  2. Musa 12 kəşfiyyatçını Kənan torpağına nəyə görə göndərdi?

  3. Kəşfiyyatçılardan on nəfəri Musaya hansı xəbəri gətirdi?

  4. Kəşfiyyatçılardan ikisi Yehovaya etibar etdiklərini necə göstərdi və onların adı nə idi?

  5. Yehova nəyə görə qəzəbləndi və Musaya nə dedi?

Əlavə suallar:

  1. Saylar 13:1-33 ayələrini oxu.

    1. Torpağı nəzərdən keçirmək üçün kimlər seçilmişdi və onlar hansı gözəl imkanı itirdilər? (Say. 13:2, 3, 18-20).

    2. Yeşua ilə Kalevin əhval-ruhiyyəsi nəyə görə digər kəşfiyyatçılarınkından fərqlənirdi və biz bundan nə öyrənə bilərik? (Say. 13:28-30; Mat. 17:20; 2 Kor. 5:7).

  2. Saylar 14:1-38 ayələrini oxu.

    1. Biz nəyə görə Yehovanın yer üzündəki nümayəndələrinə qarşı deyinməməliyik? (Say. 14:2, 3, 27; Mat. 25:40, 45; 1 Kor. 10:10).

    2. Saylar 14:24 ayəsi Yehovanın hər bir xidmətçisi ilə şəxsən maraqlandığını necə göstərir? (1 Pad. 19:18; Sül. məs. 15:3).

Hekayə 39

Harunun əsası çiçək açır

  1. Kimlər Musa və Harunun başçılığına qarşı çıxdı və onlar Musaya nə dedilər?

  2. Musa Qoraha və onun 250 nəfər tərəfdarına nə dedi?

  3. Musa xalqa nə dedi və sözünü qurtarmamış nə baş verdi?

  4. Qorah və onun 250 tərəfdarı ilə nə baş verdi?

  5. Harunun oğlu Eleazar ölən adamların buxurdanlarından nə düzəltdi və nə üçün?

  6. Harunun əsası nəyə görə çiçək açdı? (Şəklə bax.)

Əlavə suallar:

  1. Saylar 16:1-49 ayələrini oxu.

    1. Qorah və tərəfdarları nə etdilər və nəyə görə onların bu hərəkətini Yehovaya qarşı üsyan adlandırmaq olar? (Say. 16:9, 10, 18; Lev. 10:1, 2; Sül. məs. 11:2).

    2. Qorah və 250 nəfər «icma rəhbərləri» hansı yanlış əhval-ruhiyyəni inkişaf etdirmişdilər? (Say. 16:1-3; Sül. məs. 15:33; Yeşaya 49:7).

  2. Saylar 17:1-11; 26:10 ayələrini oxu.

    1. Harunun əsasının çiçəklənməsi nəyə işarə idi və nəyə görə Yehova əsanın əhd sandığının önündə saxlanılmasına göstəriş verdi? (Say. 17:5, 8, 10; İbr. 9:4).

    2. Harunun əsasının çiçəklənməsindən hansı ibrət dərsini ala bilərik? (Say. 17:10; Həv. iş. 20:28; Filip. 2:14; İbr. 13:17).

Hekayə 40

Musa əsanı qayaya vurur

  1. Yehova səhrada israillilərin qeydinə necə qalırdı?

  2. İsraillilər Qadeşdə olanda nədən şikayətləndilər?

  3. Yehova camaatı və onların heyvanlarını su ilə necə təmin etdi?

  4. Şəkildə özünə işarə edən adam kimdir və nəyə görə elə edir?

  5. Yehova nə üçün Musa ilə Haruna qəzəbləndi və onları necə cəzalandırdı?

  6. Hor dağında nə baş verdi və İsrailin baş kahini kim oldu?

Əlavə suallar:

  1. Saylar 20:1-13, 22-29 və Qanunun təkrarı 29:5 ayələrini oxu.

    1. Yehovanın səhrada israillilərin qeydinə qalmasından biz nə öyrənirik? (Qanun. t. 29:5; Mat. 6:31; İbr. 13:5; Yaq. 1:17).

    2. Nədən görünür ki, Musa və Harun İsrail xalqı qarşısında Yehovanı izzətləndirmədi və Allah buna necə münasibət göstərdi? (Say. 20:12; 1 Kor. 10:12; Vəhy 4:11).

    3. Musa Yehovanın məzəmmətinə necə reaksiya göstərdi və biz bundan nə öyrənirik? (Say. 12:3; 20:12, 27, 28; Qanun. t. 32:4; İbr. 12:7-11).

Hekayə 41

Tunc ilan

  1. Dirəkdəki nədir və nə üçün Yehova Musaya onu dirəyə dolamağı əmr edib?

  2. Xalq Allahın etdiyi bütün yaxşılıqlara görə minnətdar olmadığını necə göstərdi?

  3. Yehova israilliləri cəzalandırmaq üçün zəhərli ilanlar göndərəndə xalq Musadan nə xahiş etdi?

  4. Yehova Musaya nə üçün tunc ilan düzəltməyi əmr etdi?

  5. Bu hekayədən biz nə öyrənirik?

Əlavə suallar:

  1. Saylar 21:4-9 ayələrini oxu.

    1. Yehovanın verdiyi şeylərdən israillilərin narazı qalmaları bizi nədən çəkindirməlidir? (Say. 21:5, 6; Rom. 2:4).

    2. Bir neçə əsr sonra israillilər tunc ilandan hansı məqsədlə istifadə etməyə başladılar və buna görə Xizqiya padşah nə etdi? (Say. 21:9; 2 Pad. 18:1-4).

  2. Yəhya 3:14, 15 ayələrini oxu.

    Dirəkdəki tunc ilan İsa Məsihin dirəyə mıxlanmasını necə təmsil edir? (Qalat. 3:13; 1 Pet. 2:24).

Hekayə 42

Danışan eşşək

  1. Balaq kim idi və nəyə görə Bilamın dalınca adam göndərmişdi?

  2. Nəyə görə Bilamın eşşəyi yerə uzandı?

  3. Eşşək Bilama nə dedi?

  4. Bəs mələk Bilama nə dedi?

  5. Bilam İsrail xalqını lənətləməyə çalışsa da, nə baş verdi?

Əlavə suallar:

  1. Saylar 21:21-35 ayələrini oxu.

    İsraillilər nəyin sayəsində emorluların padşahı Sixonun və Başan padşahı Oqun üzərində qələbə çaldılar? (Say. 21:21, 23, 33, 34).

  2. Saylar 22:1-40 ayələrini oxu.

    Bilam İsraili lənətləməkdə hansı məqsədi güdürdü və biz bundan nə öyrənə bilərik? (Say. 22:16, 17; Sül. məs. 6:16, 18; 2 Pet. 2:15; Yəhuda 11).

  3. Saylar 23:1-30 ayələrini oxu.

    Bilam Yehovanın xidmətçisi kimi danışsa da, sözü ilə əməlinin düz gəlmədiyini necə göstərdi? (Say. 23:3, 11-14; 1 Şam. 15:22).

  4. Saylar 24:1-25 ayələrini oxu.

    Bu hadisə Yehovanın vədlərinin mütləq yerinə yetəcəyinə imanımızı necə möhkəmləndirir? (Say. 24:10; Yeşaya 54:17).

Hekayə 43

Yeşua başçı olur

  1. Şəkildə Musanın yanında duran iki kişi kimdir?

  2. Yehova Yeşuaya nə dedi?

  3. Musa Nevo dağına nə üçün çıxdı və Yehova ona nə dedi?

  4. Musa neçə yaşında öldü?

  5. Xalq nəyə görə kədərli idi, amma sevinməyə hansı səbəbi vardı?

Əlavə suallar:

  1. Saylar 27:12-23 ayələrini oxu.

    Yehova Yeşuaya hansı məsul vəzifəni həvalə etdi və Yehovanın bu gün xalqına göstərdiyi qayğını necə görmək olar? (Say. 27:15-19; Həv. iş. 20:28; İbr. 13:7).

  2. Qanunun təkrarı 3:23-29 ayələrini oxu.

    Yehova nəyə görə Musa ilə Harunun vəd edilmiş torpağa girmələrinə icazə vermədi və biz bundan nə öyrənirik? (Qanun. t. 3:25-27; Say. 20:12, 13).

  3. Qanunun təkrarı 31:1-8, 14-23 ayələrini oxu.

    Musanın İsrail xalqına dediyi son sözləri, Yehovanın məzəmmətini həlimliklə qəbul etdiyini necə göstərir? (Qanun. t. 31:6-8, 23).

  4. Qanunun təkrarı 32:45-52 ayələrini oxu.

    Allahın Kəlamı həyatımıza necə təsir etməlidir? (Qanun. t. 32:47; Lev. 18:5; İbr. 4:12).

  5. Qanunun təkrarı 34:1-12 ayələrini oxu.

    Musa Yehovanı heç vaxt öz gözləri ilə görməsə də, Qanunun təkrarı 34:10 ayəsinə əsasən onun Yehova ilə münasibətləri haqqında nə demək olar? (Çıx. 33:11, 20; Say. 12:8).

Hekayə 44

Raxav kəşfiyyatçıları gizlədir

  1. Raxav harada yaşayırdı?

  2. Şəkildə gördüyün iki kişi kimdir və nəyə görə Yerixoya gəliblər?

  3. Yerixo padşahının adamları Raxava nə əmr etdilər və Raxav cavabında nə dedi?

  4. Raxav iki kəşfiyyatçıya necə kömək etdi və onlardan nəyi xahiş etdi?

  5. Kəşfiyyatçılar Raxava nə söz verdilər?

Əlavə suallar:

  1. Yeşua 2:1-24 ayələrini oxu.

    İsraillilər Yerixonu almağa çıxanda Yehovanın Çıxış 23:27 ayəsində yazılmış vədi necə yerinə yetdi? (Yeşua 2:9-11).

  2. İbranilərə 11:31 ayəsini oxu.

    Raxavın nümunəsi imanın vacibliyini necə vurğulayır? (Rom. 1:17; İbr. 10:39; Yaq. 2:25).

Hekayə 45

Xalq İordan çayından keçir

  1. İsraillilərin İordan çayını keçmələri üçün Yehova hansı möcüzəni göstərdi?

  2. İordan çayını keçmək üçün israillilərdən nə üçün iman tələb olunurdu?

  3. Nəyə görə Yehova Yeşuaya çayın dibindən 12 böyük daş götürməyi əmr etdi?

  4. Kahinlər İordan çayından çıxan kimi nə baş verdi?

Əlavə suallar:

  1. Yeşua 3:1-17 ayələrini oxu.

    1. Bu hadisədən göründüyü kimi, Yehovanın köməyini və xeyir-duasını almaq üçün biz nə etməliyik? (Yeşua 3:13, 15; Sül. məs. 3:5; Yaq. 2:22, 26).

    2. İsraillilər Vəd edilmiş torpağa daxil olmaq üçün İordan çayını keçdikləri fəsildə çay hansı vəziyyətdə olurdu və bu keçid Yehovanın adını necə izzətləndirdi? (Yeşua 3:15; 4:18; Məz. 66:5-7).

  2. Yeşua 4:1-18 ayələrini oxu.

    İordanın dibindən götürülüb Qilqalda qoyulmuş 12 daş hansı məqsədə xidmət edirdi? (Yeşua 4:4-7, 19-24).

Hekayə 46

Yerixo şəhərinin divarları

  1. Yehovanın əmrinə əsasən döyüşçülər və kahinlər altı gün ərzində nə etməli idilər?

  2. Döyüşçülər yeddinci gün nə etdilər?

  3. Şəkildə gördüyün kimi, Yerixonun divarlarına nə olur?

  4. Nəyə görə pəncərədən qırmızı ip asılıb?

  5. Yeşuanın döyüşçüləri şəhərə və onun sakinlərinə nə etməli idilər? Bəs qızıl, gümüş, tunc və dəmiri necə?

  6. İki kəşfiyyatçı nə etməli idi?

Əlavə suallar:

  1. Yeşua 6:1-25 ayələrini oxu.

    1. İsraillilərin yeddinci gün Yerixo şəhərinin ətrafında dolanmaları ilə, bu axır günlərdə Yehovanın Şahidlərinin təbliğ fəaliyyəti arasında hansı oxşarlıq var? (Yeşua 6:15, 16; Yeşaya 60:22; Mat. 24:14; 1 Kor. 9:16).

    2. Yeşua 6:26 ayəsindəki peyğəmbərlik təxminən 500 ildən sonra necə yerinə yetdi və bu, Yehovanın vədləri haqqında bizə nə öyrədir? (1 Pad. 16:34; Yeşaya 55:11).

Hekayə 47

İsraildə oğru var

  1. Yerixodan götürdüyü əşyaları basdıran adam və ona kömək edənlər kimdir? (Şəklə bax.)

  2. Nə üçün Akanın və onun ailəsinin hərəkəti bu qədər ciddi idi?

  3. Yeşua israillilərin Ay şəhərində məğlub olmalarının səbəbini soruşanda Yehova ona nə cavab verdi?

  4. Akanla ailəsini Yeşuanın yanına gətirəndən sonra onlara nə oldu?

  5. Akanın aldığı cəzadan biz hansı ibrət dərsini götürə bilərik?

Əlavə suallar:

  1. Yeşua 7:1-26 ayələrini oxu.

    1. Yeşuanın duasından onun Yaradanla hansı münasibətdə olduğunu necə görmək olar? (Yeşua 7:7-9; Məz. 119:145; 1 Yəh. 5:14).

    2. Akanın nümunəsindən nəyi görürük və bu, bizi nədən çəkindirməlidir? (Yeşua 7:11, 14, 15; Sül. məs. 15:3; 1 Tim. 5:24; İbr. 4:13).

  2. Yeşua 8:1-29 ayələrini oxu.

    Hər birimiz məsihçi yığıncağı qarşısında hansı məsuliyyəti daşıyırıq? (Yeşua 7:13; Lev. 5:1; Sül. məs. 28:13).

Hekayə 48

Ağıllı giveonlular

  1. Giveon əhalisi yaxınlıqdakı şəhərlərdə yaşayan kənanlılardan nə ilə fərqlənirdi?

  2. Şəkildə təsvir edildiyi kimi, giveonlular nə edir və nəyə görə?

  3. Yeşua və İsrailin digər rəhbərləri giveonlulara nə söz verdilər və üç gündən sonra onlara nə məlum oldu?

  4. Başqa şəhərlərin padşahları giveonluların İsrail ilə sülh bağladığını eşidəndə nə etdilər?

Əlavə suallar:

  1. Yeşua 9:1-27 ayələrini oxu.

    1. Yehova israillilərə ‘ölkənin bütün əhalisini həlak etməyi’ əmr etsə də, giveonluları sağ qoymaqla Özünün hansı xüsusiyyətlərini təzahür etdirdi? (Yeşua 9:22, 24; Mat. 9:13; Həv. iş. 10:34, 35; 2 Pet. 3:9).

    2. Yeşua giveonlulara verdiyi vədə əməl etməklə bugünkü məsihçilərə hansı gözəl nümunəni verir? (Yeşua 9:18, 19; Mat. 5:37; Efes. 4:25).

  2. Yeşua 10:1-5 ayələrini oxu.

    Böyük izdiham hansı mənada giveonlulara bənzəyir və buna görə də onlar nə hədəfinə çevrilirlər? (Yeşua 10:4; Zək. 8:23; Mat. 25:35-40; Vəhy 12:17).

Hekayə 49

Günəş dayanır

  1. Şəklə bax. Yeşua nə deyir və nəyə görə?

  2. Yehova Yeşuaya və onun döyüşçülərinə necə kömək etdi?

  3. Yeşua neçə padşaha qalib gəldi və bunun üçün nə qədər vaxt lazım idi?

  4. Yeşua nəyə görə Kənan torpağını bölüşdürdü?

  5. Yeşua neçə yaşında öldü və bundan sonra israillilərlə nə baş verdi?

Əlavə suallar:

  1. Yeşua 10:6-15 ayələrini oxu.

    Yehovanın israillilər üçün günəşi və ayı saxladığını bilmək bizi nəyə əmin edir? (Yeşua 10:8, 10, 12, 13; Məz. 18:3; Sül. məs. 18:10).

  2. Yeşua 12:7-24 ayələrini oxu.

    Kənan torpağının 31 padşahı üzərində kimin sayəsində qələbə çalınır və nəyə görə bu bizim üçün böyük əhəmiyyət kəsb edir? (Yeşua 12:7; 24:11-13; Qanun. t. 31:8; Luka 21:9, 25-28).

  3. Yeşua 14:1-5 ayələrini oxu.

    Torpaq İsrail qəbilələri arasında necə bölünmüşdü və bu, Cənnətdə miras alınacaq torpaqlarla bağlı nəyə işarə edir? (Yeşua 14:2; Yeşaya 65:21; Yez. 47:21-23; 1 Kor. 14:33).

  4. Hakimlər 2:8-13 ayələrini oxu.

    Yeşua kimi, bu gün dönüklüyə qarşı kimlər durur? (Hak. 2:8, 10, 11; Mat. 24:45-47; 2 Salon. 2:3-6; Tit. 1:7-9; Vəhy 1:1; 2:1, 2).

Hekayə 50

İki cəsur qadın

  1. Hakimlər kim idi? Onlardan bəzilərinin adını çəkə bilərsənmi?

  2. Devoraya hansı şərəfli iş tapşırılmışdı və o nə edirdi?

  3. Padşah Yavin və onun ordu başçısı Sisra İsraili hədələyərkən Devora Yehovadan aldığı hansı xəbəri hakim Baraqa çatdırdı? Onun sözlərinə əsasən Yehova Sisranı kimin əlinə verəcəkdi?

  4. Yael cəsur qadın olduğunu necə göstərdi?

  5. Padşah Yavinin ölümündən sonra israillilər necə yaşayırlar?

Əlavə suallar:

  1. Hakimlər 2:14-22 ayələrini oxu.

    İsraillilər Yehovanın qəzəbinə nəyə görə düçar oldular və biz bundan nə öyrənə bilərik? (Hak. 2:20; Sül. məs. 3:1, 2; Yez. 18:21-23).

  2. Hakimlər 4:1-24 ayələrini oxu.

    Məsihçi qadınlar Devora ilə Yaelin iman və cəsarət nümunəsindən nə öyrənə bilərlər? (Hak. 4:4, 8, 9, 14, 21, 22; Sül. məs. 31:30; 1 Kor. 16:13).

  3. Hakimlər 5:1-31 ayələrini oxu.

    Nəyə görə Baraqla Devoranın qələbə nəğməsini qarşıdan gələn Har-Megidon müharibəsinə aid dua kimi nəzərdən keçirmək olar? (Hak. 5:3, 31; 1 Saln. 16:8-10; Vəhy 7:9, 10; 16:16; 19:19-21).

Hekayə 51

Rut və Naomi

  1. Nəyə görə Naomi Moav torpağına köçür?

  2. Rut və Orpa kim idi?

  3. Naomi gəlinlərindən geri qayıtmağı xahiş edəndə onlar necə cavab verdilər?

  4. Boaz kim idi və Rut ilə Naomiyə necə kömək etdi?

  5. Boaz ilə Rut oğullarının adını nə qoydular və nəyə görə biz onun adını yadda saxlamalıyıq?

Əlavə suallar:

  1. Rut 1:1-17 ayələrini oxu.

    1. Rut sədaqətini və məhəbbətini hansı gözəl sözlərlə ifadə etdi? (Rut 1:16, 17).

    2. Rutun əhval-ruhiyyəsi ilə ‘başqa qoyunların’ bu gün yer üzündə yaşayan məsh edilmişlərə münasibəti arasında hansı oxşarlıq var? (Yəhya 10:16; Zək. 8:23).

  2. Rut 2:1-23 ayələrini oxu.

    Rut bugünkü gənc qadınlara hansı gözəl nümunəni verir? (Rut 2:17, 18; Sül. məs. 23:22; 31:15).

  3. Rut 3:5-13 ayələrini oxu.

    1. Boaz Rutun gənc kişi ilə deyil, məhz onunla ailə qurmasına hazır olduğunu necə qiymətləndirdi?

    2. Rutun nümunəsindən sədaqətli məhəbbət haqqında nə öyrənirik? (Rut 3:10; 1 Kor. 13:4, 5).

  4. Rut 4:7-17 ayələrini oxu.

    Məsihçi kişilər Boazın nümunəsindən nə öyrənə bilərlər? (Rut 4:9, 10; 1 Tim. 3:1, 12, 13; 5:8).

Hekayə 52

Gideon və 300 döyüşçüsü

  1. İsraillilər necə və nəyə görə çətinliyə düşürlər?

  2. Yehova nə üçün Gideona ordusunda çox adam olduğunu dedi?

  3. Gideon cəsarətsiz döyüşçüləri evə göndərdikdən sonra onunla neçə nəfər qaldı?

  4. Yehova Gideonun ordusunun sayını 300 nəfər döyüşçüyə qədər necə endirir? (Şəklə bax.)

  5. Gideon 300 nəfərlik kiçik ordunu neçə yerə böldü və İsrail bu döyüşdə necə qələbə qazandı?

Əlavə suallar:

  1. Hakimlər 6:36-40 ayələrini oxu.

    1. Gideon Yehovanın iradəsini öyrənmək üçün nə etmişdi?

    2. Biz Yehova Allahın iradəsini necə öyrənə bilərik? (Sül. məs. 2:3-6; Mat. 7:7-11; 2 Tim. 3:16, 17).

  2. Hakimlər 7:1-25 ayələrini oxu.

    1. Sayıqlığı əldən verməyən 300 nəfərdən və diqqətsizlik göstərən digər döyüşçülərdən nə öyrənə bilərik? (Hak. 7:3, 6; Rom. 13:11, 12; Efes. 5:15-17).

    2. 300 döyüşçünün Gideona baxıb onu təqlid etdikləri kimi, biz də Böyük Gideon olan İsa Məsihə baxıb onu necə təqlid edirik? (Hak. 7:17; Mat. 11:29, 30; 28:19, 20; 1 Pet. 2:21).

    3. Hakimlər 7:21 ayəsi Yehovanın təşkilatında aldığımız təyinatlardan razı qalmaqda bizə necə kömək ola bilər? (1 Kor. 4:2; 12:14-18; Yaq. 4:10).

  3. Hakimlər 8:1-3 ayələrini oxu.

    Həmimanlılar arasında fikir ayrılığı yaranan zaman Gideonun efrayimlilərlə mübahisəni həll etməsindən nə öyrənə bilərik? (Sül. məs. 15:1; Mat. 5:23, 24; Luka 9:48).

Hekayə 53

İftahın vədi

  1. İftah kim idi və hansı dövrdə yaşayırdı?

  2. İftah Yehovaya hansı vədi vermişdi?

  3. Ammonlular üzərində qələbə çalıb evə qayıdan İftah nə üçün çox kədərləndi?

  4. Atasının vədini öyrənəndə İftahın qızı nə dedi?

  5. Nəyə görə xalq İftahın qızını sevirdi?

Əlavə suallar:

  1. Hakimlər 10:6-18 ayələrini oxu.

    İsraillilərin Yehovaya sədaqətsizliyi bizi nədən çəkindirməlidir? (Hak. 10:6, 15, 16; Rom. 15:4; Vəhy 2:10).

  2. Hakimlər 11:1-11, 29-40 ayələrini oxu.

    1. Haradan bilirik ki, İftahın qızını «yandırma qurbanı» kimi təqdim etməsi onu qurban kimi odda yandırdığını bildirmir? (Hak. 11:31; Lev. 16:24; Qanun. t. 18:10, 12).

    2. İftah hansı mənada qızını qurban kimi təqdim etdi?

    3. İftahın Yehovaya verdiyi vədə münasibətindən biz nə öyrənə bilərik? (Hak. 11:35, 39; Vaiz 5:4, 5; Mat. 16:24).

    4. İftahın qızı tammüddətli xidmətə can atan gənc məsihçilərə hansı gözəl nümunəni verir? (Hak. 11:36; Mat. 6:33; Filip. 3:8).

Hekayə 54

Ən güclü adam

  1. Yer üzündə yaşamış ən güclü adamın adı nə idi və ona gücü kim verirdi?

  2. Şəkildə gördüyün kimi, bir dəfə Şimşon iri bir aslana nə etdi?

  3. Şəklə bax. Şimşon Delilaya hansı sirrini açır və filiştlilər onu necə tuturlar?

  4. Şimşon bir gündə həm özünü, həm də 3 000 düşmən filiştlini necə öldürdü?

Əlavə suallar:

  1. Hakimlər 13:1-14 ayələrini oxu.

    Manoahla arvadı uşaqların tərbiyəsində valideynlərə hansı gözəl nümunəni verir? (Hak. 13:8; Məz. 127:3; Efes. 6:4).

  2. Hakimlər 14:5-9; 15:9-16 ayələrini oxu.

    1. Şimşonun aslanı öldürməsi, qollarını bağladıqları yeni ipləri qırması, 1 000 nəfəri eşşəyin çənə sümüyü ilə öldürməsi Yehovanın müqəddəs ruhunun təsiri haqqında nəyi açıqlayır?

    2. Müqəddəs ruh bizə necə kömək edir? (Hak. 14:6; 15:14; Zək. 4:6; Həv. iş. 4:31).

  3. Hakimlər 16:18-31 ayələrini oxu.

    Pis dost Şimşona necə təsir etdi və biz bundan hansı nəticəni çıxara bilərik? (Hak. 16:18, 19; 1 Kor. 15:33).

Hekayə 55

Allaha xidmət edən balaca oğlan

  1. Şəkildəki balaca oğlanın adı nədir və yanındakılar kimdir?

  2. Bir gün Xanna ibadət çadırında nə haqda dua edirdi və Yehova onun duasına necə cavab verdi?

  3. Şamueli Yehovanın çadırında xidmət etməyə gətirəndə onun neçə yaşı vardı və hər il anası onun üçün nə edirdi?

  4. Elinin oğullarının adı nə idi və onlar necə adam idilər?

  5. Yehova Şamueli necə çağırdı və ona hansı xəbəri verdi?

  6. Şamuel böyüyəndə kim oldu və qocalanda nə baş verdi?

Əlavə suallar:

  1. 1 Şamuel 1:1-28 ayələrini oxu.

    1. Elqana həqiqi ibadətdə rəhbərliyi üzərinə götürməklə ailə başçılarına hansı gözəl nümunəni verir? (1 Şam. 1:3, 21; Mat. 6:33; Filip. 1:10).

    2. Mürəkkəb problemlərin öhdəsindən gəlməkdə Xannadan nə öyrənə bilərik? (1 Şam. 1:10, 11; Məz. 55:22; Rom. 12:12).

  2. 1 Şamuel 2:11-36 ayələrini oxu.

    Nədən görünür ki, Eli oğullarını Yehovadan ‘üstün tuturdu və bu hadisə bizi nədən çəkindirməlidir?’ (1 Şam. 2:22-24, 27, 29; Qanun. t. 21:18-21; Mat. 10:36, 37).

  3. 1 Şamuel 4:16-18 ayələrini oxu.

    Döyüş meydanından hansı dörd bəd xəbər gəlir və Eli ilə nə baş verir?

  4. 1 Şamuel 8:4-9 ayələrini oxu.

    İsraillilər Yehovanın hisslərinə necə toxundular və onlardan fərqli olaraq biz Onun Padşahlığını sədaqətlə necə dəstəkləyə bilərik? (1 Şam. 8:5, 7; Yəh. 17:16; Yaq. 4:4).

Hekayə 56

Şaul İsrailin birinci padşahı olur

  1. Şəklə bax. Şamuel nə edir və nəyə görə?

  2. Şaul necə adam idi və nə üçün Yehovanın xoşuna gəlirdi?

  3. Şaulun oğlunun adı nə idi və o nələr etmişdi?

  4. Şaul nəyə görə Şamueli gözləməyib qurbanı özü təqdim etdi?

  5. Biz Şaul haqqındakı hekayədən nə öyrəndik?

Əlavə suallar:

  1. 1 Şamuel 9:15-21; 10:17-27 ayələrini oxu.

    Bəzi adamlar Şaul haqqında hörmətsiz danışsalar da, Şaulun təvazökarlığı onu düşünülməmiş hərəkətlərdən necə qorudu? (1 Şam. 9:21; 10:21, 22, 27; Sül. məs. 17:27).

  2. 1 Şamuel 13:5-14 ayələrini oxu.

    Şaul Qilqalda hansı günahı etdi? (1 Şam. 10:8; 13:8, 9, 13).

  3. 1 Şamuel 15:1-35 ayələrini oxu.

    1. Şaul Amaleq padşahı Aqaqla bağlı hansı ciddi günaha yol verdi? (1 Şam. 15:2, 3, 8, 9, 22).

    2. Şaul öz hərəkətinə necə haqq qazandırmağa çalışdı və təqsiri necə başqalarının boynuna atdı? (1 Şam. 15:24).

    3. Bizə məsləhət verilərkən özümüzü nədən gözləməliyik? (1 Şam. 15:19-21; Məz. 141:5; Sül. məs. 9:8, 9; 11:2).

Hekayə 57

Allah Davudu seçir

  1. Şəkildə gördüyün oğlanın adı nədir və onun qorxmaz olduğunu haradan bilirik?

  2. Davud harada yaşayırdı və onun atası ilə babasının adı nə idi?

  3. Yehova nəyə görə Şamuelə Bet-Lexemə, Yesseyin evinə getməyi buyurdu?

  4. Yessey Şamuelə yeddi oğlunu göstərəndə nə olur?

  5. Şamuel Davudu görəndə Yehova ona nə dedi?

Əlavə suallar:

  1. 1 Şamuel 17:34, 35 ayələrini oxu.

    Bu hadisələr Davudun cəsarətli olduğunu və Yehovaya bel bağladığını necə göstərir? (1 Şam. 17:37).

  2. 1 Şamuel 16:1-14 ayələrini oxu.

    1. 1 Şamuel 16:7 ayəsi üzgörənlik etməməkdə və insanlar haqqında xarici görünüşlərinə əsaslanaraq tələsik nəticə çıxarmamaqda bizə necə kömək edir? (Həv. iş. 10:34, 35; 1 Tim. 2:4).

    2. Yehova insanın üzərindən Öz müqəddəs ruhunu götürəndə, yaranan boşluğun pis ruhla, yəni daxildən gələn pisliyə meyllə dolduğunu Şaulun nümunəsi necə göstərir? (1 Şam. 16:14; Mat. 12:43-45; Qalat. 5:16).

Hekayə 58

Davud və Qolyat

  1. Qolyat İsrail ordusuna necə meydan oxuyurdu?

  2. Qolyatın boyu nə qədər idi və Şaul onu öldürən adamı necə mükafatlandıracaqdı?

  3. Şaul Davuda gənc olduğu üçün Qolyatla vuruşa bilməyəcəyini deyəndə Davud necə cavab verdi?

  4. Qolyata verdiyi cavabında Davud Yehovaya güvəndiyini necə göstərdi?

  5. Şəkildə gördüyün kimi, Davud Qolyatı nə ilə öldürdü və bundan sonra filiştlilərlə nə baş verdi?

Əlavə suallar:

  1. 1 Şamuel 17:1-54 ayələrini oxu.

    1. Davudun qoçaqlığının sirri nədə idi və biz onun cəsarətini necə təqlid edə bilərik? (1 Şam. 17:37, 45; Efes. 6:10, 11).

    2. Məsihçilər oyun və əyləncə zamanı nə üçün özlərini Qolyata xas rəqabət ruhundan qorumalıdırlar? (1 Şam. 17:8; Qalat. 5:26; 1 Tim. 4:8).

    3. Davudun sözlərindən onun Allahın köməyinə güvəndiyini necə görmək olar? (1 Şam. 17:45-47; 2 Saln. 20:15).

    4. Bu hekayə döyüşün sadəcə iki ordunun arasında deyil, əslində yalançı allahlarla həqiqi Allah Yehova arasında aparıldığını necə göstərir? (1 Şam. 17:43, 46, 47).

    5. Məsh edilmiş qalıq Yehovaya güvənməkdə Davuddan necə nümunə götürür? (1 Şam. 17:37; Yer. 1:17-19; Vəhy 12:17).

Hekayə 59

Davud qaçmağa məcbur olur

  1. Şaulun Davuda nə üçün paxıllığı tutdu və Yonatan atasından nə ilə fərqlənirdi?

  2. Bir gün Davud lira çalarkən nə baş verdi?

  3. Qızı Mikalı Davuda ərə verməzdən əvvəl Şaul Davuda nə dedi və onun məqsədi nə idi?

  4. Davud lira çalarkən hansı hadisə üçüncü dəfə təkrarlanır? (Şəklə bax.)

  5. Mikal Davudu necə xilas etdi və Davud yeddi il nə etməyə məcbur oldu?

Əlavə suallar:

  1. 1 Şamuel 18:1-30 ayələrini oxu.

    1. Yonatanın Davuda olan möhkəm məhəbbəti ‘başqa qoyunlarla’ «kiçik sürü» arasındakı qarşılıqlı məhəbbəti necə təmsil edir? (1 Şam. 18:1; Yəh. 10:16; Luka 12:32; Zək. 8:23).

    2. Yonatan Şaulun vəliəhdi olsa da, 1 Şamuel 18:4 ayəsi onun Allahın seçilmiş padşahına olan tam itaətkarlığını necə göstərir?

    3. Şaulun nümunəsi paxıllığın ciddi günaha gətirib çıxaracağını necə göstərir və biz bundan hansı nəticəni çıxara bilərik? (1 Şam. 18:7-9, 25; Yaq. 3:14-16).

  2. 1 Şamuel 19:1-17 ayələrin oxu.

    Şaulla danışarkən Yonatan həyatını necə təhlükə altına qoydu? (1 Şam. 19:1, 4-6; Sül. məs. 16:14).

Hekayə 60

Aviqail və Davud

  1. Şəkildə Davudu qarşılamağa gələn qadın kimdir və o necə insandır?

  2. Naval kim idi?

  3. Davud adamlarını Navalın yanına nə üçün göndərdi?

  4. Naval Davudun adamlarına nə dedi və Davud buna cavab olaraq nə etmək istədi?

  5. Aviqail ağıllı qadın olduğunu necə göstərdi?

Əlavə suallar:

  1. 1 Şamuel 22:1-4 ayələrini oxu.

    Davudun ailəsi məsihçilərin bir-birlərinə dəstək olmasında hansı gözəl nümunəni verir? (Sül. məs. 17:17; 1 Salon. 5:14).

  2. 1 Şamuel 25:1-43 ayələrini oxu.

    1. Navalın pis adam olduğu nədən bilinir? (1 Şam. 25:2-5, 10, 14, 21, 25).

    2. Məsihçi qadınlar Aviqailin nümunəsindən nə öyrənə bilərlər? (1 Şam. 25:32, 33; Sül. məs. 31:26; Efes. 5:24).

    3. Aviqail Davudu hansı iki pis işdən saxladı? (1 Şam. 25:31, 33; Rom. 12:19; Efes. 4:26).

    4. Davudun Aviqailin sözlərinə olan münasibəti müasir kişilərin qadınlara Yehovanın gözü ilə baxmalarına necə kömək edir? (Həv. iş. 21:8, 9; Rom. 2:11; 1 Pet. 3:7).

Hekayə 61

Davud padşah olur

  1. Şaul düşərgədə yatarkən Davudla Avişay nə etdilər?

  2. Davud Şauldan nə soruşdu?

  3. Davud Şauldan ayrıldıqdan sonra hara yollandı?

  4. Davudun kədərinə və həzin bir mahnı yazmasına nə səbəb oldu?

  5. Xevronda padşah olanda Davudun neçə yaşı vardı və orada doğulan oğullarının adı nə idi?

  6. Davud sonralar harada padşahlıq etdi?

Əlavə suallar:

  1. 1 Şamuel 26:1-25 ayələrini oxu.

    1. Davudun 1 Şamuel 26:11 ayəsindəki sözləri onun teokratik qayda-qanunlara olan münasibətini necə göstərir? (Məz. 37:7; Rom. 13:2).

    2. Biz sevgi dolu xeyirxahlıq göstərib əvəzində nankorluqla qarşılaşarkən, Davudun 1 Şamuel 26:23 ayəsindəki sözləri bizə düzgün düşüncə tərzini qorumaqda necə kömək edir? (1 Pad. 8:32; Məz. 18:20).

  2. 2 Şamuel 1:26 ayələrini oxu.

    Davudla Yonatan kimi, məsihçilər bir-birlərinə ‘coşğun məhəbbəti’ necə inkişaf etdirə bilərlər? (1 Pet. 4:8; Kolos. 3:14; 1 Yəh. 4:12).

  3. 2 Şamuel 5:1-10 ayələrini oxu.

    1. Davud neçə il padşah oldu və onun padşahlıq illərini neçə dövrə bölmək olar? (2 Şam. 5:4, 5).

    2. Davudun yüksəlişini nə ilə izah etmək olar və biz nə üçün bunu yadda saxlamalıyıq? (2 Şam. 5:10; 1 Şam. 16:13; 1 Kor. 1:31; Filip. 4:13).

Hekayə 62

Davudun ailəsində bədbəxtlik baş verir

  1. Yehovanın köməyilə Kənan torpağına axırda kim sahib oldu?

  2. Davud bir axşam sarayının damında gəzişərkən nə baş verdi?

  3. Yehova nə üçün Davuda bərk qəzəbləndi?

  4. Davudun günahlarını aşkara çıxarmaq üçün Yehova onun yanına kimi göndərdi və həmin adamın sözlərinə görə Davudun başına nələr gəlməli idi? (Şəklə bax.)

  5. Davud hansı bədbəxtliklərə düçar oldu?

  6. Davuddan sonra İsrailin padşahı kim oldu?

Əlavə suallar:

  1. 2 Şamuel 11:1-27 ayələrinin oxu.

    1. Yehovaya xidmətlə daim məşğul olmaq bizi necə müdafiə edir?

    2. Davudun günah etməsinə nə səbəb olur və Yehovanın müasir xidmətçiləri bundan necə ibrət götürə bilərlər? (2 Şam. 11:2; Mat. 5:27-29; 1 Kor. 10:12; Yaq. 1:14, 15).

  2. 2 Şamuel 12:1-18 ayələrini oxu.

    1. Natanın Davuda məsləhət vermə tərzindən ağsaqqallar və valideynlər nə öyrənə bilərlər? (2 Şam. 12:1-4; Sül. məs. 12:18; Mat. 13:34).

    2. Yehova nə üçün Davuda mərhəmət göstərdi? (2 Şam. 12:13; Məz. 32:5; 2 Kor. 7:9, 10).

Hekayə 63

Müdrik padşah Süleyman

  1. Yehova Süleymandan nə soruşdu və Süleyman necə cavab verdi?

  2. Süleymanın istəyindən razı qaldığı üçün Yehova ona nə vəd etdi?

  3. İki qadın hansı çətin məsələ ilə Süleymanın yanına gəldilər?

  4. Şəkildən gördüyün kimi, Süleyman bu məsələni necə həll etdi?

  5. Süleymanın padşahlıq illəri necə keçirdi və buna səbəb nə idi?

Əlavə suallar:

  1. 1 Padşahlar 3:3-28 ayələrini oxu.

    1. Allahın təşkilatında məsuliyyət daşıyan kişilər Süleymanın 1 Padşahlar 3:7 ayəsində yazılmış səmimi sözlərindən nə öyrənə bilərlər? (Məz. 119:105; Sül. məs. 3:5, 6).

    2. Allaha məqbul şeylər haqqında dua etməkdə Süleymanın xahişi bizə hansı nümunəni verir? (1 Pad. 3:9, 11; Sül. məs. 30:8, 9; 1 Yəh. 5:14).

    3. Süleymanın iki qadının mübahisəsini həll etməsi, Böyük Süleyman olan İsa Məsihin gələcək rəhbərliyi haqqında bizi nəyə əmin edir? (1 Pad. 3:28; Yeşaya 9:6, 7; 11:2-4).

  2. 1 Padşahlar 4:29-34 ayələrini oxu.

    1. Yehova Süleymanın itaətkar ürək haqqındakı xahişini necə yerinə yetirdi? (1 Pad. 4:29).

    2. Süleymanın müdrikliyini eşitmək üçün insanların göstərdikləri səyi nəzərə alaraq, Allahın Kəlamını öyrənməyə münasibətimiz necə olmalıdır? (1 Pad. 4:29, 34; Yəh. 17:3; 2 Tim. 3:16).

Hekayə 64

Süleyman məbəd tikir

  1. Süleyman Yehovanın məbədini nə qədər vaxta tikdi və nəyə görə buna çoxlu pul xərclənmişdi?

  2. Məbədin neçə əsas otağı vardı və orada nə saxlanılırdı?

  3. Məbəd tikilib başa çatdıqda Süleyman duasında Yehovaya nə dedi?

  4. Yehova Süleymanın duasından razı qaldığını necə göstərdi?

  5. Arvadları Süleymanı nəyə təhrik etdilər və bu, Süleymana necə təsir etdi?

  6. Yehova Süleymana nə üçün qəzəbləndi və ona nə dedi?

Əlavə suallar:

  1. 1 Salnamələr 28:9, 10 ayələrini oxu.

    Davudun 1 Salnamələr 28:9, 10 ayələrindəki sözlərinə əsasən, gündəlik həyatımızda nəyə can atmalıyıq? (Məz. 19:14; Filip. 4:8, 9).

  2. 2 Salnamələr 6:12-21, 32-42 ayələrini oxu.

    1. Küll-İxtiyar Allahın insan əli ilə tikilən heç bir binaya sığmadığını Süleyman necə göstərdi? (2 Saln. 6:18; Həv. iş. 17:24, 25).

    2. Süleymanın 2 Salnamələr 6:32, 33 ayələrindəki sözləri bizə Yehova haqqında nəyi açıqlayır? (Həv. iş. 10:34, 35; 1 Şam. 16:7).

  3. 2 Salnamələr 7:1-5 ayələrini oxu.

    İsrail oğulları Yehovanın izzətini gördükdə Ona həmd etməyə təşviq olunduqları kimi, biz də Yehovanın Öz xalqına verdiyi xeyir-dualar üzərində düşünərkən nəyə təşviq olunmalıyıq? (2 Saln. 7:3; Məz. 22:22; 34:1; 96:2).

  4. 1 Padşahlar 11:9-13 ayələrini oxu.

    Süleymanın həyatı sonadək sadiq qalmağın vacibliyini necə vurğulayır? (1 Pad. 11:4, 9; Mat. 10:22; Vəhy 2:10).

Hekayə 65

Padşahlıq bölünür

  1. Şəkildə gördüyün kişilərin adı nədir və onlar kimdir?

  2. Axiya əynindəki paltarla nə etdi və bu nə demək idi?

  3. Süleyman Yarovama nə etmək istəyirdi?

  4. Xalq nə üçün Yarovamı on qəbilənin padşahı etdi?

  5. Yarovam nə üçün iki qızıl dana düzəltdi və bundan az sonra ölkədə nə baş verdi?

  6. İkiqəbiləli padşahlıqla və Yehovanın Yerusəlimdəki məbədi ilə nə baş verdi?

Əlavə suallar:

  1. 1 Padşahlar 11:26-43 ayələrini oxu.

    Yerovam necə adam idi və Allahın qanunlarına riayət etsəydi Yehova ona nə verəcəkdi? (1 Pad. 11:28, 38).

  2. 1 Padşahlar 12:1-33 ayələrini oxu.

    1. Raxovamın öz hakimiyyətindən sui–istifadə etməsi valideynlərə və ağsaqqallara nə öyrədir? (1 Pad. 12:13; Vaiz 7:7; 1 Pet. 5:2, 3).

    2. Müasir gənclər həyatlarında vacib qərarlar qəbul edərkən etibarlı rəhbərlik üçün kimlərə müraciət etməlidirlər? (1 Pad. 12:6, 7; Sül. məs. 1:8, 9; 2 Tim. 3:16, 17; İbr. 13:7).

    3. Yarovamı qızıl danaya sitayiş etmək üçün iki ibadət yeri tikməyə nə təhrik etmişdi və bu, onun Yehovaya tamamilə imanı olmadığını necə göstərir? (1 Pad. 11:37; 12:26-28).

    4. Onqəbiləli padşahlığı həqiqi ibadətə qarşı üsyana kim qaldırır? (1 Pad. 12:32, 33).

Hekayə 66

Padşah arvadı zalım İzevel

  1. İzevel kim idi?

  2. Padşah Axav nə üçün qəmgin idi?

  3. Navotun üzüm bağını əri Axava almaq üçün İzevel nə etdi?

  4. İzeveli cəzalandırmaq üçün Yehova kimi göndərdi?

  5. Şəkildən gördüyün kimi, Yehu İzevelin sarayına gəlib nə etdi?

Əlavə suallar:

  1. 1 Padşahlar 16:29-33; 18:3, 4 ayələrini oxu.

    Padşah Axavın rəhbərlik etdiyi illərdə İsrailin vəziyyəti necə idi? (1 Pad. 16:33).

  2. 1 Padşahlar 21:1-16 ayələrini oxu.

    1. Navot cəsarətli olduğunu və Yehovaya sədaqətini necə göstərdi? (1 Pad. 21:1-3; Lev. 25:23-28).

    2. Axavdan fərqli olaraq, məsihçi məyusluğun öhdəsindən necə gələ bilər? (1 Pad. 21:4; Rom. 5:3-5).

  3. 2 Padşahlar 9:30-37 ayələrini oxu.

    Yehovanın iradəsini yerinə yetirməkdə səy göstərən Yehudan nə öyrənmək olar? (2 Pad. 9:4-10; 2 Kor. 9:1, 2; 2 Tim. 4:2).

Hekayə 67

Yehoşafat Yehovaya güvənir

  1. Yehoşafat kim idi və hansı dövrdə yaşamışdı?

  2. İsraillilər nədən qorxdu və çoxları nə etdi?

  3. Yehova Yehoşafatın duasına necə cavab verdi?

  4. Döyüşdən əvvəl Yehova nə etdi?

  5. Biz Yehoşafatdan nə öyrənə bilərik?

Əlavə suallar:

  1. 2 Salnamələr 20:1-30 ayələrini oxu.

    1. Allahın sadiq xidmətçiləri təhlükəli vəziyyətə düşəndə Yehoşafatdan hansı nümunəni götürə bilərlər? (2 Saln. 20:12; Məz. 25:15; 62:1).

    2. Yehova Allah Öz xalqına həmişə sözlərini müəyyən vasitə ilə çatdırıb, bəs bu gün bunu hansı vasitə ilə edir? (2 Saln. 20:14, 15; Mat. 24:45-47; Yəh. 15:15).

    3. ‘Küll-İxtiyar Allahın böyük günü’ başlayanda, bizim vəziyyətimiz hansı mənada Yehoşafatın vəziyyətinə bənzəyəcək? (2 Saln. 20:15, 17; 32:8; Vəhy 16:14, 16).

    4. Levililəri təqlid edərək, pioner və missionerlər ümumdünya təbliğ işinin inkişafında hansı böyük işi görürlər? (2 Saln. 20:19, 21; Rom. 10:13-15; 2 Tim. 4:2).

Hekayə 68

Dirilmiş iki oğlan

  1. Şəkildə gördüyün adamlar kimdir və balaca oğlana nə olur?

  2. İlyas nə haqda dua etdi və sonra nə baş verdi?

  3. İlyasın köməkçisinin adı nə idi?

  4. Şunemdə yaşayan qadın Elişanı nəyə görə evinə çağırdı?

  5. Elişa nə etdi və ölmüş uşaqla nə oldu?

  6. Yehova İlyas və Elişanın vasitəsilə hansı gücə malik olduğunu göstərmişdir?

Əlavə suallar:

  1. 1 Padşahlar 17:8-24 ayələrini oxu.

    1. İlyasın itaətkarlığı və imanı necə sınandı? (1 Pad. 17:9; 19:1-4, 10).

    2. Sarfatlı dul qadının möhkəm iman sahibi olduğunu haradan bilirik? (1 Pad. 17:12-16; Luka 4:25, 26).

    3. Sarfatlı dul qadının nümunəsi İsanın Matta 10:41, 42 ayələrindəki sözlərinin doğruluğunu necə təsdiq edir? (1 Pad. 17:10-12, 17, 23, 24).

  2. 2 Padşahlar 4:8-37 ayələrini oxu.

    1. Şunemli qadından qonaqpərvərliyə dair nə öyrənirik? (2 Pad. 4:8; Luka 6:38; Rom. 12:13; 1 Yəh. 3:17).

    2. Allahın xidmətçilərinə necə xeyirxahlıq göstərə bilərik? (Həv. iş. 20:35; 28:1, 2; Qalat. 6:9, 10; İbr. 6:10).

Hekayə 69

Balaca qız ağasına kömək edir

  1. Şəkildəki balaca qız xanıma nə deyir?

  2. Şəkildəki xanım kimdir və bu qız xanımın evində nə edir?

  3. Elişa qulluqçusunun vasitəsilə Naamana nə etməyi tapşırdı və nə üçün Naamanın acığı tutdu?

  4. Naaman qulluqçularının sözünə qulaq asanda nə baş verdi?

  5. Nəyə görə Elişa Naamanın hədiyyəsini qəbul etmədi, amma Gehazi nə etdi?

  6. Gehazinin başına nə iş gəldi və biz bundan nə öyrənə bilərik?

Əlavə suallar:

  1. 2 Padşahlar 5:1-27 ayələrini oxu.

    1. Balaca israilli qızın nümunəsi müasir gəncləri nəyə təşviq etməlidir? (2 Pad. 5:3; Məz. 8:2; 148:12, 13).

    2. Bizə Müqəddəs Kitaba əsaslanan məsləhət verilərkən Naamanın nümunəsini yadda saxlamaq nəyə görə yaxşı olardı? (2 Pad. 5:15; İbr. 12:5, 6; Yaq. 4:6).

    3. Elişa ilə Gehazinin nümunəsini müqayisə etməklə nə öyrənmək olar? (2 Pad. 5:9, 10, 14-16, 20; Mat. 10:8; Həv. iş. 5:1-5; 2 Kor. 2:17).

Hekayə 70

Yunus və böyük balıq

  1. Yunus kim idi və Yehova ona hansı tapşırığı vermişdi?

  2. Yehovanın dediyi yerə getmək istəmədiyi üçün Yunus nə etdi?

  3. Yunusun sözünə görə fırtınanın sakitləşməsi üçün nə etmək lazım idi?

  4. Şəkildə gördüyün kimi, suyun altında Yunusla nə baş verir?

  5. Yunus böyük balığın qarnında neçə gün qaldı və orada nə edirdi?

  6. Balığın qarnından çıxandan sonra Yunus hara yollandı və bu hadisə bizə nə öyrədir?

Əlavə suallar:

  1. Yunus 1:1-17 ayələrini oxu.

    Yunus ninevalılara təbliğ etmək təyinatına necə yanaşırdı? (Yun. 1:2, 3; Sül. məs. 3:7; Vaiz 8:12).

  2. Yunus 2:1, 2, 10 ayələrini oxu.

    Yunusun hekayəsi Yehovanın dualarımızı cavabsız qoymayacağına bizi necə əmin edir? (Məz. 22:24; 34:6; 1 Yəh. 5:14).

  3. Yunus 3:1-10 ayələrini oxu.

    1. Yunusun birinci dəfə tapşırığı yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq, Yehovanın ondan istifadə etməsi bizi necə ruhlandıra bilər? (Məz. 103:14; 1 Pet. 5:10).

    2. Yunusun ninevalılara münasibəti necə göstərir ki, biz sahəmizdə yaşayan insanlar haqqında qabaqcadan pis düşünməməliyik? (Yun. 3:6-9; Vaiz 11:6; Həv. iş. 13:48).

Hekayə 71

Allah Cənnət vəd edir

  1. Yeşaya kim idi, nə vaxt yaşamışdı və Yehova ona nə göstərmişdi?

  2. «Cənnət» sözünün mənası nədir və bu sənə nəyi xatırladır?

  3. Yehova Yeşayaya yeni Cənnətə aid nələri yazmağı buyurmuşdu?

  4. Adəmlə Həvva nəyə görə gözəl evlərini itirdilər?

  5. Yehova Onu sevənlərə nə vəd edir?

Əlavə suallar:

  1. Yeşaya 11:6-9 ayələrini oxu.

    1. Allahın Kəlamı yeni dünyada insanlarla heyvanlar arasındakı sülhü necə təsvir edir? (Məz. 148:10, 13; Yeşaya 65:25; Yez. 34:25).

    2. Yeşayanın sözləri Yehovanın xalqı arasında bu gün ruhani mənada necə yerinə yetir? (Rom. 12:2; Efes. 4:23, 24).

    3. İndi və gələcəkdə insanların şəxsiyyətində baş verən dəyişikliklərə görə şərəfə kim layiqdir? (Yeşaya 48:17, 18; Qalat. 5:22, 23; Filip. 4:7).

  2. Vəhy 21:3, 4 ayələrini oxu.

    1. Müqəddəs Yazılar Allahın məskəninin insanlarla olmasının məcazi məna daşımasını necə göstərir? (Lev. 26:11, 12; 2 Saln. 6:18; Yeşaya 66:1; Vəhy 21:2, 3, 22-24).

    2. Hansı göz yaşları və ağrılar keçib gedəcək? (Luka 8:49-52; Rom. 8:21, 22; Vəhy 21:4).

Hekayə 72

Allah Xizqiya padşaha kömək edir

  1. Şəkildə gördüyün kişi kimdir və o, nə üçün böyük çətinliyə düşüb?

  2. Xizqiya Allahın qarşısına hansı məktubları qoyub və nə haqda dua edir?

  3. Xizqiya necə padşah idi və Yehova Yeşaya peyğəmbər vasitəsilə ona hansı xəbəri çatdırdı?

  4. Yehovanın mələyi Aşşur əsgərlərinə nə etdi? (Şəklə bax.)

  5. İkiqəbiləli padşahlıq bir müddət sülh içində yaşasa da, Xizqiya öləndən sonra nə baş verdi?

Əlavə suallar:

  1. 2 Padşahlar 18:1-36 ayələrini oxu.

    1. Aşşurun baş vəziri israillilərin imanını zəiflətməyə necə çalışırdı? (2 Pad. 18:19, 21; Çıx. 5:2; Məz. 64:3).

    2. Yehovanın Şahidləri Xizqiyadan nümunə götürərək onları təqib edənlərlə necə davranırlar? (2 Pad. 18:36; Məz. 39:1; Sül. məs. 26:4; 2 Tim. 2:24).

  2. 2 Padşahlar 19:1-37 ayələrini oxu.

    1. Yehovanın xalqı çətinliklərlə qarşılaşanda Xizqiyadan nə öyrənə bilər? (2 Pad. 19:1, 2; Sül. məs. 3:5, 6; İbr. 10:24, 25; Yaq. 5:14, 15).

    2. Sanxeriv padşah hansı üçqat məğlubiyyətə uğrayır və peyğəmbərliyə əsasən o kimi təmsil edir? (2 Pad. 19:32, 35, 37; Vəhy 20:2, 3).

  3. 2 Padşahlar 21:1-6, 16 ayələrini oxu.

    Nəyə görə demək olar ki, Menaşşe Yerusəlimdə padşahlıq edənlərdən ən betəri idi? (2 Saln. 33:4-6, 9).

Hekayə 73

İsrailin sonuncu yaxşı padşahı

  1. Padşah olanda Yoşiyanın neçə yaşı vardı və yeddi ildən sonra o nə etdi?

  2. Birinci şəkildə Yoşiya nə edir?

  3. Məbəddə təmir işi gedərkən baş kahin oradan nə tapdı?

  4. Yoşiya nəyə görə paltarını cırdı?

  5. Peyğəmbər Xulda Yehovanın hansı xəbərini Yoşiyaya çatdırdı?

Əlavə suallar:

  1. 2 Salnamələr 34:1-28 ayələrini oxu.

    1. Yoşiya uşaqlığı çətin olanlara necə nümunə ola bilər? (2 Saln. 33:21-25; 34:1, 2; Məz. 27:10).

    2. Həqiqi ibadəti möhkəmləndirmək üçün Yoşiya padşahlığının 8-ci, 12-ci və 18-ci illərində hansı vacib addımları atmışdı? (2 Saln. 34:3, 8).

    3. İbadət yerlərini lazımi qaydada saxlamağa dair padşah Yoşiya və baş kahin Xilqiyadan nə öyrənə bilərik? (2 Saln. 34:9-13; Sül. məs. 11:14; 1 Kor. 10:31).

Hekayə 74

Mərd adam

  1. Şəkildə gördüyün cavan oğlan kimdir?

  2. Yeremya peyğəmbər olması barədə nə düşünürdü, bəs Yehova Allah ona nə dedi?

  3. Yeremya xalqa dönə-dönə hansı xəbərdarlığı edirdi?

  4. Kahinlər Yeremyanı susdurmağa necə çalışırdılar, amma o, qorxmadığını necə göstərirdi?

  5. İsraillilər tutduqları pis yoldan dönmədikdə nə baş verdi?

Əlavə suallar:

  1. Yeremya 1:1-8 ayələrini oxu.

    1. Yeremyanın nümunəsindən göründüyü kimi, insanı Yehovanın xidmətçisi olmağa yararlı edən nədir? (2 Kor. 3:5, 6).

    2. Yeremyanın nümunəsi gənc məsihçiləri nəyə təşviq edir? (Vaiz 12:1; 1 Tim. 4:12).

  2. Yeremya 10:1-5 ayələrini oxu.

    Bütlərə bel bağlamağın mənasız olduğunu Yeremya əyani surətdə necə göstərdi? (Yer. 10:5; Yeşaya 46:7; Hab. 2:19).

  3. Yeremya 26:1-16 ayələrini oxu.

    1. Bu gün məsh edilmiş qalıq, xəbərdarlıq müjdəsini yayarkən Yehovanın Yeremyaya «bir söz də əskiltmə» göstərişinə necə riayət edir? (Yer. 26:2; Qanun. t. 4:2; Həv. iş. 20:27).

    2. Yehovanın xəbərdarlığını xalqlara bəyan etməkdə nəyə görə Yeremya məsihçilər üçün gözəl nümunədir? (Yer. 26:8, 12, 14, 15; 2 Tim. 4:1-5).

  4. 2 Padşahlar 24:1-17 ayələrini oxu.

    Yəhudanın Yehovaya sədaqətsizliyi hansı kədərli nəticələrə səbəb oldu? (2 Pad. 24:2-4, 14).

Hekayə 75

Dörd gənc Babildə

  1. Şəkildə gördüyün dörd gənc kimdir və onlar nəyə görə Babildədirlər?

  2. Navuxodonosorun bu gənclərlə bağlı məqsədi nə idi və o, qulluqçularına hansı tapşırığı vermişdi?

  3. Daniel özü ilə dostları üçün yeməyə və içməyə nə istədi?

  4. On gün tərəvəz yedikdən sonra Daniel və üç dostu başqa gənclərlə müqayisədə necə görünürdülər?

  5. Daniel üç dostu ilə padşah sarayına necə düşdülər və onlar hansı mənada kahin və müdrik adamların hamısından yaxşı idilər?

Əlavə suallar:

  1. Daniel 1:1-21 ayələrini oxu.

    1. Nəfsimizə hakim olmaq və zəifliklərin öhdəsindən gəlmək üçün nə cür səy tələb olunur? (Dan. 1:8; Yar. 39:7, 10; Qalat. 6:9).

    2. Müasir gənclər bir çoxlarının ‘gözəl yemək’ adlandırdıqları şeylərdən dadmaq təzyiqinə necə məruz qala bilərlər? (Dan. 1:8, KM; Sül. məs. 20:1; 2 Kor. 6:17–7:1).

    3. Müqəddəs Kitabda yazılmış bu dörd ibrani gənc haqqındakı hekayə bizə dünyəvi təhsillə bağlı nəyi anlamağa kömək edir? (Dan. 1:20; Yeşaya 54:13; 1 Kor. 3:18-20).

Hekayə 76

Yerusəlim viran edilir

  1. Yerusəlim və israillilərlə nə baş verir? (Şəklə bax.)

  2. Yezekel kim idi və Yehova ona hansı dəhşətli şeyləri göstərdi?

  3. İsraillilər Yehovaya hörmət bəsləmədikləri üçün O nə edəcəyinə söz verdi?

  4. İsraillilər Navuxodonosor padşaha qarşı üsyan qaldırdıqdan sonra nə baş verdi?

  5. Yehova nə üçün israillilərin belə bir bəlaya düçar olmasına yol verdi?

  6. İsrail torpağında nə üçün bir insan belə qalmadı və bu nə qədər davam etmişdi?

Əlavə suallar:

  1. 2 Padşahlar 25:1-26 ayələrini oxu.

    1. Sidqiya kim idi, başına hansı hadisə gəldi və bununla Müqəddəs Kitab peyğəmbərliyi necə yerinə yetdi? (2 Pad. 25:5-7; Yez. 12:13-15).

    2. İsrailin sədaqətsizliyinə görə Yehova kimi günahkar sayırdı? (2 Pad. 25:9, 11, 12, 18, 19; 2 Saln. 36:14, 17).

  2. Yezekel 8:1-18 ayələrini oxu.

    Xristian dünyası günəşə sitayiş edən dönük israilliləri necə təqlid edir? (Yez. 8:16; Yeşaya 5:20, 21; Yəh. 3:19-21; 2 Tim. 4:3).

Hekayə 77

Onlar heykələ baş əymirlər

  1. Babilin padşahı Navuxodonosor xalqa hansı əmri verdi?

  2. Danielin üç dostu nəyə görə qızıl heykələ baş əymədilər?

  3. Navuxodonosor heykələ baş əymək üçün üç ibraniyə daha bir imkan verəndə, onlar Yehovaya güvəndiklərini necə göstərdilər?

  4. Navuxodonosor öz adamlarına Şadrak, Meşak və Aved-Neqo ilə nə etməyi əmr etdi?

  5. Navuxodonosor sobaya baxdıqda nə gördü?

  6. Padşah nə üçün Şadrakın, Meşakın və Aved-Neqonun Allahını izzətləndirdi və biz onlardan nə öyrənə bilərik?

Əlavə suallar:

  1. Daniel 3:1-30 ayələrini oxu.

    1. Nöqsansızlığımız sınağa çəkilərkən üç ibrani gəncin əhval-ruhiyyəsini necə təqlid edə bilərik? (Dan. 3:17, 18; Mat. 10:28; Rom. 14:7, 8).

    2. Yehova Allah Navuxodonosora hansı dərsi verdi? (Dan. 3:28, 29; 4:34, 35).

Hekayə 78

Divarda yazı

  1. Böyük ziyafətdə qonaqlar Yehovanın Yerusəlimdəki məbədindən gətirilən qablardan içərkən nə baş verdi?

  2. Belşassar müdriklərinə nə dedi və onlar nəyi edə bilmədilər?

  3. Padşahın anası ona nə məsləhət gördü?

  4. Danielin padşaha söylədiklərinə əsasən, divarda yazan əli Allah nə məqsədlə göndərmişdi?

  5. Divarda yazılmış sözlərin mənasını Daniel necə izah etdi?

  6. Daniel danışarkən nə baş verdi?

Əlavə suallar:

  1. Daniel 5:1-31 ayələrini oxu.

    1. Allah qorxusu ilə divardakı yazını görən zaman Belşassarın keçirdiyi qorxu hissini müqayisə et. (Dan. 5:6, 7; Məz. 19:9; Rom. 8:35-39).

    2. Belşassar və onun qonaqları qarşısında danışarkən, Daniel cəsarətli olduğunu necə göstərdi? (Dan. 5:17, 18, 22, 26-28; Həv. iş. 4:29).

    3. «Daniel» kitabının beşinci fəslində Yehovanın Ali Hökmran olduğu necə vurğulanır? (Dan. 4:17, 25; 5:21).

Hekayə 79

Daniel şirlər quyusunda

  1. Dara kim idi və Danielə necə münasibət göstərirdi?

  2. Paxıl adamlar Daranı nəyə təhrik etdilər?

  3. Daniel yeni fərman haqqında xəbər tutduqda nə etdi?

  4. Daranın narahatçılığına və yuxusuzluğuna səbəb nə idi və səhər açılmamış o nə etdi?

  5. Daniel Daraya necə cavab verdi?

  6. Danieli öldürməyə çalışan adamlara nə oldu və Dara padşahlığında yaşayan xalqların hamısına nə yazdı?

Əlavə suallar:

  1. Daniel 6:1-28 ayələrini oxu.

    1. Nəyə görə Danielə qarşı qurulan sui-qəsd, Yehovanın Şahidlərinin fəaliyyətini dayandırmaq istəyənlərin cəhdlərini xatırladır? (Dan. 6:7; Məz. 94:20; Yeşaya 10:1, 2; Rom. 8:31).

    2. Üzərlərində olan hakimlərə tabe olmaqda Allahın müasir xidmətçiləri Danieldən nə öyrənə bilərlər? (Dan. 6:5, 10; Rom. 13:1; Həv. iş. 5:29).

    3. Yehovaya «daim» qulluq etməkdə Danieli necə təqlid edə bilərik? (Dan. 6:16, 20; Filip. 3:16; Vəhy 7:15).

Hekayə 80

Allahın xalqı Babili tərk edir

  1. Şəkildə gördüyün kimi, israillilər nə edirlər?

  2. Yehovanın Yeşaya vasitəsilə söylədiyi peyğəmbərliyi Kir necə yerinə yetirdi?

  3. Kir Yerusəlimə qayıda bilməyən israillilərə nə dedi?

  4. Yerusəlimə qayıdan xalqa Kir nə verdi?

  5. İsraillilər Yerusəlimə nə qədər vaxta çatdılar?

  6. Ölkə nə qədər vaxt ərzində tamamilə sakinsiz qalmışdı?

Əlavə suallar:

  1. Yeşaya 44:28; 45:1-4 ayələrini oxu.

    1. Kir haqqında deyilən peyğəmbərliyin mütləq yerinə yetəcəyini Yehova necə vurğuladı? (Yeşaya 55:10, 11; Rom. 4:17).

    2. Yeşayanın Kir haqqındakı peyğəmbərliyi Yehova Allahın gələcəyi qabaqcadan xəbər verməyə qadir olduğuna dair nəyi göstərir? (Yeşaya 42:9; 45:21; 46:10, 11; 2 Pet. 1:20).

  2. Ezra 1:1-11 ayələrini oxu.

    Yerusəlimə qayıda bilməyənlərdən nümunə götürərək, biz tammüddətli xidmətə başlayanlara necə kömək edə bilərik? (Ezra 1:4, 6; Rom. 12:13; Kolos. 4:12).

Hekayə 81

Xalq Allahın köməyinə güvənir

  1. Babildən Yerusəlimə neçə nəfər adam gəlmişdi və onlar şəhəri nə vəziyyətdə gördülər?

  2. İsraillilər şəhərə qayıdandan sonra nəyi tikməyə başladılar və onların düşmənləri nə etdilər?

  3. Haqqay ilə Zəkəriyyə kim idi və onlar xalqa nə deyirdilər?

  4. Tattenay nə üçün Babilə məktub göndərdi və hansı cavabı aldı?

  5. Ezra Allahın məbədinin təmirə ehtiyacı olduğunu biləndə nə etdi?

  6. Şəklə bax. Ezra nə haqda dua edir, onun duasına Allah necə cavab verdi və biz bundan nə öyrənirik?

Əlavə suallar:

  1. Ezra 3:1-13 ayələrini oxu.

    Allahın xalqının yığıncağı olmayan ərazidə yaşamalı olsaq, hansı işi davam etdirməliyik? (Ezra 3:3, 6; Həv. iş. 17:16, 17; İbr. 13:15).

  2. Ezra 4:1-7 ayələrini oxu.

    Zerubbabil başqa dinlərlə ortaq olmamaqla bağlı Yehovanın xalqına hansı nümunəni verir? (Çıx. 34:12; 1 Kor. 15:33; 2 Kor. 6:14-17).

  3. Ezra 5:1-5, 17 və 6:1-22 ayələrini oxu.

    1. Düşmənlər məbədin tikintisini nə üçün dayandıra bilmədilər? (Ezra 5:5; Yeşaya 54:17).

    2. Əleyhdarlarla üz-üzə gələrkən yəhudi ağsaqqalların nümunəsi məsihçi ağsaqqalları Yehovanın rəhbərliyini axtarmağa necə təşviq edir? (Ezra 6:14; Məz. 32:8; Rom. 8:31; Yaq. 1:5).

  4. Ezra 8:21-23, 28-36 ayələrini oxu.

    Hər hansı işə başlamazdan əvvəl Ezranın hansı cəhətini təqlid edə bilərik? (Ezra 8:23; Məz. 127:1; Sül. məs. 10:22; Yaq.4:13-15).

Hekayə 82

Mordokay və Ester

  1. Mordokay və Ester kim idi?

  2. Axaşveroş padşah nə üçün yeni arvad seçdi və kimi bəyəndi?

  3. Haman kim idi və o nəyə görə hirslənirdi?

  4. Padşah bir gün hansı fərmanı çıxardı və Ester Mordokaydan xəbər aldıqdan sonra nə etdi?

  5. Hamanın aqibəti necə oldu? Mordokayla nə baş verdi?

  6. İsraillilər düşmənlərinin əlindən necə qurtuldular?

Əlavə suallar:

  1. Ester 2:12-18 ayələrini oxu.

    Ester həlim və sakit ruhun dəyərini necə göstərdi? (Est. 2:15; 1 Pet. 3:1-5).

  2. Ester 4:1-17 ayələrini oxu.

    Esterə həqiqi ibadəti müdafiə etmək imkanı verildiyi kimi, bu gün bizim də Yehovaya sadiqlik və sədaqətimizi təzahür etdirmək üçün hansı imkanlarımız var? (Est. 4:13, 14; Mat. 5:14-16; 24:14).

  3. Ester 7:1-6 ayələrini oxu.

    Ester kimi, Allahın xalqından bir çoxları da təqiblər zamanı həyatlarını təhlükə altına necə qoymuşlar? (Est. 7:4; Mat. 10:16-22; 1 Pet. 2:12).

Hekayə 83

Yerusəlimin divarları

  1. Yerusəlim şəhəri divarsız olanda israillilər özlərini necə hiss edirdilər?

  2. Nehemya kim idi?

  3. Nehemya sarayda nə işlə məşğul idi və bu iş nə üçün məsuliyyətli idi?

  4. Hansı xəbər Nehemyanı kədərləndirdi və o nə etdi?

  5. Artaxşasta padşah Nehemyaya necə xeyirxahlıq göstərdi?

  6. Düşmənlər tikinti işini dayandıra biməsinlər deyə, Nehemya nə etdi?

Əlavə suallar:

  1. Nehemya 1:4-6; 2:1-20 ayələrini oxu.

    Nehemya Yehovanın rəhbərliyini necə axtarırdı? (Neh. 2:4, 5; Rom. 12:12; 1 Pet. 4:7).

  2. Nehemya 3:3-5 ayələrini oxu.

    Ağsaqqallarla xidməti köməkçilər Teqoanın sakinləri ilə ‘əsilzadələrinin’ arasındakı fərqli davranışdan nə öyrənə bilərlər? (Neh. 3:5, 27; 2 Salon. 3:7-10; 1 Pet. 5:5).

  3. Nehemya 4:1-23 ayələrini oxu.

    1. Şiddətli müqavimətə baxmayaraq, israilliləri tikintini davam etdirməyə təşviq edən nə idi? (Neh. 4:6, 8, 9; Məz. 50:15; Yeşaya 65:13, 14).

    2. İsraillilərin nümunəsi bizi hansı sahələrdə ruhlandırır?

  4. Nehemya 6:15 ayəsini oxu.

    Yerusəlim divarlarının təxminən iki aya tikilməsi imanın gücü haqqında nəyi göstərir? (Məz. 56:3, 4; Mat. 17:20; 19:26).

Hekayə 84

Mələk Məryəmin yanına gəlir

  1. Şəkildəki qız kimdir?

  2. Cəbrayıl Məryəmə nə dedi?

  3. Cəbrayıl Məryəmə ərdə olmadığına baxmayaraq, uşağı olacağını necə başa saldı?

  4. Məryəm qohumu Elizaveti görməyə gələndə nə oldu?

  5. Yusif Məryəmin uşağının olacağı barədə xəbər tutanda nə düşündü, amma fikrindən nəyə görə döndü?

Əlavə suallar:

  1. Luka 1:26-56 ayələrini oxu.

    1. Allahın Oğlunun həyatı ruhani aləmdən Məryəmin bətninə köçürüləndə, Luka 1:35 ayəsinə əsasən, Məryəmin qeyri-kamil yumurtahüceyrəsinin təsiri haqqında nə demək olar? (Haq. 2:11-13; Yəh. 6:69; İbr. 7:26; 10:5).

    2. İsa hələ doğulmazdan əvvəl ona necə şərəf göstərilmişdi? (Luka 1:41-43).

    3. Xidmətdə xüsusi təyinat alanlara Məryəm nə üçün gözəl örnəkdir? (Luka 1:38, 46-49; 17:10; Sül. məs. 11:2).

  2. Matta 1:18-25 ayələrini oxu.

    İsaya İmmanuel adı verilmədiyinə baxmayaraq, onun yer üzündə oynadığı rol nə üçün bu adın mənasına tam uyğun gəlirdi? (Mat. 1:22, 23; Yəh. 14:8-10; İbr. 1:1-3).

Hekayə 85

İsa tövlədə doğulur

  1. Şəkildəki körpə kimdir və Məryəm onu hara qoyur?

  2. İsa nə üçün heyvanların saxlanıldığı tövlədə doğulmuşdu?

  3. Tövləyə gələn kişilər kim idi və mələk onlara nə demişdi? (Şəklə bax.)

  4. İsa nə üçün qeyri-adi uşaq idi?

  5. İsanı nəyə görə Allahın Oğlu adlandırırlar?

Əlavə suallar:

  1. Luka 2:1-20 ayələrini oxu.

    1. Qeysər Avqust İsanın doğulması ilə əlaqədar peyğəmbərliyi necə icra etdi? (Luka 2:1-4; Mik. 5:2).

    2. Hər bir insan ‘Allahın razı olduğu adamlar’ siyahısına necə düşə bilər? (Luka 2:14, İ–93; Mat. 16:24; Yəh. 17:3; Həv. iş. 3:19; İbr. 11:6).

    3. Yəhudalı təvazökar çobanlar Xilaskarın doğulmasına bu qədər sevinirdilərsə, onda Allahın xidmətçilərinin bu gün sevinməyə hansı daha böyük səbəbi var? (Luka 2:10, 11; Efes. 3:8, 9; Vəhy 11:15; 14:6).

Hekayə 86

Ulduz yol göstərir

  1. Şəkildə gördüyün adamlar kimdir və nə üçün onlardan biri parlaq ulduza işarə edir?

  2. Hirod padşahın qanı nəyə görə qaraldı və o nə etdi?

  3. Parlaq ulduz adamları hara apardı və nəyə görə onlar ölkələrinə başqa yolla qayıtmalı oldular?

  4. Hirod hansı əmri verdi? Onun məqsədi nə idi?

  5. Yehova Yusifə nə buyurdu?

  6. Ulduzu parladan kim idi və onun məqsədi nə idi?

Əlavə sual:

  1. Matta 2:1-23 ayələrini oxu.

    Münəccimlər İsanı görməyə gələndə onun neçə yaşı vardı və o harada yaşayırdı? (Mat. 2:1, 11, 16).

Hekayə 87

Balaca İsa məbəddə

  1. Şəkildə İsanın neçə yaşı var və o haradadır?

  2. Yusif hər il ailəsi ilə birlikdə nə edirdi?

  3. Bütün günü yol gedən Yusiflə Məryəm nəyə görə Yerusəlimə qayıtmalı oldular?

  4. Yusiflə Məryəm İsanı harada tapdılar və oradakı adamlar nəyə görə heyrət içində idilər?

  5. İsa anası Məryəmə nə dedi?

  6. Allah haqqında bilik əldə etməkdə İsaya necə bənzəyə bilərik?

Əlavə suallar:

  1. Luka 2:41-52 ayələrini oxu.

    1. Qanuna görə hər il keçirilən bayramlara ancaq kişilərin gəlməyi tələb olunsa da, Yusiflə Məryəm valideynlərə hansı gözəl nümunəni verirlər? (Luka 2:41; Qanun. t. 16:16; 31:12; Sül. məs. 22:6).

    2. İsa valideynlərinə itaətkar olmaqda uşaqlara hansı gözəl nümunəni verir? (Luka 2:51; Qanun. t. 5:16; Sül. məs. 23:22; Kolos. 3:20).

  2. Matta 13:53-56 ayələrini oxu.

    Müqəddəs Kitabda İsanın hansı dörd doğma qardaşının adı çəkilir və onlardan ikisi sonradan məsihçi yığıncağında hansı rolu oynamışlar? (Mat. 13:55; Həv. iş. 12:17; 15:6, 13; 21:18; Qalat. 1:19; Yaq. 1:1; Yəhuda 1).

Hekayə 88

Yəhya İsanı vəftiz edir

  1. Şəkildə gördüyün iki kişi kimdir?

  2. Vəftizi necə edirlər?

  3. Yəhya necə adamları vəftiz edirdi?

  4. İsa nəyə görə Yəhyanın onu vəftiz etməsini istədi?

  5. Allah İsanın vəftiz olunmasından razı qaldığını necə göstərdi?

  6. İsa tənha bir yerdə 40 gün qalandan sonra nə baş verdi?

  7. İsanın ilk davamçılarından, yəni şagirdlərindən kimin adını çəkə bilərsən və İsanın göstərdiyi birinci möcüzə nə olmuşdu?

Əlavə suallar:

  1. Matta 3:13-17 ayələrini oxu.

    İsa vəftiz olunması ilə şagirdlərinə hansı nümunəni qoydu? (Məz. 40:7, 8; Mat. 28:19, 20; Luka 3:21, 22).

  2. Matta 4:1-11 ayələrini oxu.

    İsanın Müqəddəs Yazılardan məharətlə istifadə etməsi bizi Müqəddəs Kitabı müntəzəm öyrənməyə necə təşviq edir? (Mat. 4:5-7; 2 Pet. 3:17, 18; 1 Yəh. 4:1).

  3. Yəhya 1:29-51 ayələrini oxu.

    Vəftizçi Yəhya şagirdlərinin diqqətini kimə yönəldirdi və biz onu necə təqlid edə bilərik? (Yəh. 1:29, 35, 36; 3:30; Mat. 23:10).

  4. Yəhya 2:1-12 ayələrini oxu.

    İsanın birinci möcüzəsi Yehovanın Öz xidmətçilərindən yaxşı şeyləri əsirgəmədiyini necə göstərir? (Yəh. 2:9, 10; Məz. 84:11; Yaq. 1:17).

Hekayə 89

İsa məbədi təmizləyir

  1. Məbəddə nəyə görə heyvan satırdılar?

  2. İsa nə üçün hirslənmişdi?

  3. Şəkildə gördüyün kimi, İsa nə edir və göyərçin satan kişilərə nə əmr edir?

  4. İsanın bu hərəkətini görəndə şagirdlərin yadına nə düşdü?

  5. Qalileyaya qayıdan başı, İsa hansı vilayətdən keçdi?

Əlavə sual:

  1. Yəhya 2:13-25 ayələrini oxu.

    İsanın məbəddəki pul dəyişənlərə qarşı qəzəbləndiyini nəzərə alaraq, Padşahlıq Zalında kommersiya işlərinin aparılmasına biz necə münasibət bəsləməliyik? (Yəh. 2:15, 16; 1 Kor. 10:24, 31-33).

Hekayə 90

Quyu başında qadınla söhbət

  1. İsa Samariyadakı quyunun yanında nəyə görə dayanmışdı və oradakı qadına nə deyirdi?

  2. Qadın nəyə təəccübləndi, İsa ona nə dedi və nə üçün?

  3. Qadın İsanın hansı su haqqında danışdığını düşünürdü, amma İsa əslində nəyi nəzərdə tuturdu?

  4. Qadın İsanın onun barəsində bildiyinə nə üçün məəttəl qaldı və İsaya bunlar haradan məlum idi?

  5. Oxuduğumuz hekayədən biz nə öyrənirik?

Əlavə suallar:

  1. Yəhya 4:5-43 ayələrini oxu.

    1. İsadan nümunə götürərək, bizdən milli və ya sosial baxımdan fərqlənən insanlara hansı münasibəti bəsləməliyik? (Yəh. 4:9; 1 Kor. 9:22; 1 Tim. 2:3, 4; Tit. 2:11).

    2. İsanın davamçısı olan insan hansı ruhani faydanı alır? (Yəh. 4:14; Yeşaya 58:11; 2 Kor. 4:16).

    3. Öyrəndiklərini hamıyla böyük həvəslə bölüşən samariyalı qadın kimi, biz də öyrəndiyimiz həqiqətləri qiymətləndirdiyimizi necə göstərə bilərik? (Yəh. 4:7, 28; Mat. 6:33; Luka 10:40-42).

Hekayə 91

İsa dağda öyrədir

  1. Şəkildən göründüyü kimi, İsa harada öyrədir və ona yaxın oturanlar kimlərdir?

  2. On iki həvarinin adını sadalaya bilərsən?

  3. İsa hansı Padşahlıq haqqında təbliğ edirdi?

  4. İsa nə haqda dua etməyi öyrədirdi?

  5. İsa düzgün rəftar barəsində nə deyirdi?

Əlavə suallar:

  1. Matta 5:1-12 ayələrini oxu.

    Ruhani tələbatlarımızı dərk etdiyimizi necə göstərə bilərik? (Mat. 5:3 «Ruhani tələbatlarını dərk edənlər xoşbəxtdirlər», (YD); Rom. 10:13-15; 1 Tim. 4:13, 15, 16).

  2. Matta 5:21-26 ayələrini oxu.

    Matta 5:23, 24 ayələri qardaşlarımıza olan münasibətin Yehova Allahla münasibətimizə təsir etdiyini necə vurğulayır? (Mat. 6:14, 15; Məz. 133:1; Kolos. 3:13; 1 Yəh. 4:20).

  3. Matta 6:1-8 ayələrini oxu.

    Məsihçi özündən razılığın hansı formalarından uzaq durmalıdır? (Luka 18:11, 12; 1 Kor. 4:6, 7; 2 Kor. 9:7).

  4. Matta 6:25-34 ayələrini oxu.

    Maddi tələbatlarımızı Yehovanın öhdəsinə buraxmağa dair İsa nə öyrədirdi? (Çıx. 16:4; Məz. 37:25; Filip. 4:6).

  5. Matta 7:1-11 ayələrini oxu.

    Matta 7:5 ayəsindəki aydın nümunədən biz nə öyrənirik? (Sül. məs. 26:12; Rom. 2:1; 14:10; Yaq. 4:11, 12).

Hekayə 92

İsa ölüləri dirildir

  1. Şəkildəki qızın atası kimdir və nəyə görə o, arvadı ilə çox narahat olmuşdu?

  2. Yair İsanı tapanda nə etdi?

  3. İsa Yairin evinə gedərkən nə baş verdi və Yair yolda ikən hansı xəbəri aldı?

  4. Yairin evindəki adamlar nəyə görə İsaya güldülər?

  5. İsa uşağın ata-anasını və üç həvarini qız olan otağa apardıqdan sonra nə etdi?

  6. İsa başqa kimləri dirildib və bu nəyi göstərir?

Əlavə suallar:

  1. Luka 8:40-56 ayələrini oxu.

    İsa, qanaxması olan qadının vəziyyətini başa düşdüyünü və ona şəfqətlə yanaşdığını necə göstərdi və məsihçi ağsaqqalları bundan nə öyrənə bilərlər? (Luka 8:43, 44, 47, 48; Lev. 15:25-27; Mat. 9:12, 13; Kolos. 3:12-14).

  2. Luka 7:11-17 ayələrini oxu.

    Əzizləri vəfat etmiş adamlar İsanın nainli dul qadına dediyi sözlərdən necə təsəlli tapa bilərlər? (Luka 7:13; 2 Kor. 1:3, 4; İbr. 4:15).

  3. Yəhya 11:17-44 ayələrini oxu.

    İsa əziz insanın ölümünə görə dərin kədər hissi keçirməyin normal olduğunu necə göstərdi? (Yəh. 11:33-36, 38; 2 Şam. 18:33; 19:1-4).

Hekayə 93

İsa camaatı doyurur

  1. Vəftizçi Yəhya ilə hansı dəhşətli hadisə baş verdi və bu, İsaya necə təsir etdi?

  2. Ardınca gələn camaatı İsa necə doydurdu və nə qədər yemək artıq qaldı?

  3. Gecə şagirdlər niyə qorxuya düşdülər və Peterlə nə baş verdi?

  4. İsa ikinci dəfə minlərlə adamı necə doyurdu?

  5. Allah İsanı yer üzünün Padşahı edəndə həyat nə üçün gözəl olacaq?

Əlavə suallar:

  1. Matta 14:1-32 ayələrini oxu.

    1. Matta 14:23-32 ayələri Peterin xasiyyəti barəsində nəyi açıqlayır?

    2. Müqəddəs Yazılar Peterin yetkinləşərək qeyri-iradi hərəkətlərinin öhdəsindən gəldiyini necə göstərir? (Mat. 14:27-30; Yəh. 18:10; 21:7; Həv. iş. 2:14, 37-40; 1 Pet. 5:6, 10).

  2. Matta 15:29-38 ayələrini oxu.

    İsa Atasının göndərdiyi ruzinin qədrini bildiyini necə göstərdi? (Mat. 15:37; Yəh. 6:12; Kolos. 3:15).

  3. Yəhya 6:1-21 ayələrini oxu.

    Məsihçilər İsanın hökumətlə bağlı verdiyi nümunədən nə öyrənə bilərlər? (Yəh. 6:15; Mat. 22:21; Rom. 12:2; 13:1-4).

Hekayə 94

İsa uşaqları sevir

  1. Həvarilər yolda nə haqda mübahisə edirdilər?

  2. İsa uşağı nə üçün həvarilərin arasına çağırdı?

  3. Həvarilər hansı mənada uşaq kimi olmağa çalışmalı idilər?

  4. İsa uşaqları sevdiyini başqa vaxt necə göstərmişdi?

Əlavə suallar:

  1. Matta 18:1-4 ayələrini oxu.

    İsa öyrədərkən nə üçün əyani misallardan istifadə edirdi? (Mat. 13:34, 36; Mark 4:33, 34).

  2. Matta 19:13-15 ayələrini oxu.

    Padşahlığın xeyir-dualarını dadmaq istəyiriksə, uşaqların hansı keyfiyyətlərini təqlid etməliyik? (Məz. 25:9; 138:6; 1 Kor. 14:20).

  3. Mark 9:33-37 ayələrini oxu.

    Yüksək mövqeyə can atmaq barəsində İsa şagirdlərinə hansı dərsi verdi? (Mark 9:35; Mat. 20:25, 26; Qalat. 6:3; Filip. 2:5-8).

  4. Mark 10:13-16 ayələrini oxu.

    İsa insanlara nə dərəcədə yaxın idi və məsihçi ağsaqqalları onun nümunəsindən nə öyrənə bilərlər? (Mark 6:30-34; Filip. 2:1-4; 1 Tim. 4:12).

Hekayə 95

İsa hekayələrlə öyrədir

  1. Bir adam İsadan nə soruşdu və nə üçün?

  2. İsa öyrətmək üçün hərdən nədən istifadə edirdi və biz yəhudilərlə samariyalılar haqqında nə bilirik?

  3. İsanın danışdığı hekayədə Yerixoya gedən yəhudinin başına nə gəlir?

  4. Yəhudi kahini və levili, yaralının yanından keçəndə nə edirlər?

  5. Döyülmüş yəhudiyə kim kömək edir?

  6. İsa hekayəni danışıb qurtarandan sonra nə soruşdu və həmin adam ona necə cavab verdi?

Əlavə suallar:

  1. Luka 10:25-37 ayələrini oxu.

    1. İsa suala birbaşa cavab vermək əvəzinə, Qanunu yaxşı bilən adamı düşünməyə necə vadar etdi? (Luka 10:26; Mat. 16:13-16).

    2. İsa dinləyicilərində əvvəlcədən yaranmış yanlış fikirləri aradan götürmək üçün əyani misallardan necə istifadə edirdi? (Luka 10:36, 37; 18:9-14; Tit. 1:9).

Hekayə 96

İsa xəstələri sağaldır

  1. İsa şəhər və kəndləri gəzərkən nə edirdi?

  2. Vəftizindən üç il keçəndən sonra İsa həvarilərinə nə söylədi?

  3. Şəkildəki adamlar kimdir və İsa qadına nə edir?

  4. İsanın din başçılarına dediyi sözlər onları nə üçün utandırdı?

  5. İsa həvariləri ilə Yerixo şəhərinin yaxınlığında olanda iki kor dilənçiyə nə etdi?

  6. İsa nə üçün möcüzələr göstərirdi?

Əlavə suallar:

  1. Matta 15:30, 31 ayələrini oxu.

    İsa Yehovanın möhtəşəm gücünü necə əks etdirirdi və bu, vəd edilmiş yeni dünyada olacaq hadisələri anlamağa necə kömək edir? (Məz. 37:29; Yeşaya 33:24).

  2. Luka 13:10-17 ayələrini oxu.

    İsanın möhtəşəm möcüzələrindən bəzilərini şənbə günü etməsi Minillik Hakimiyyəti dövründə bəşəriyyətə rahatlıq gətirəcəyini necə göstərir? (Luka 13:10-13; Məz. 46:9; Mat. 12:8; Kolos. 2:16, 17; Vəhy 21:1-4).

  3. Matta 20:29-34 ayələrini oxu.

    Bu parça İsanın insanlara kömək etmək üçün vaxtına heyfi gəlmədiyini necə göstərir və biz bundan nə öyrənirik? (Qanun. t. 15:7; Yaq. 2:15, 16; 1 Yəh. 3:17).

Hekayə 97

İsa Yerusəlimə padşah kimi girir

  1. İsa Yerusəlimin yaxınlığında yerləşən balaca kəndə gələndə şagirdlərinə nə dedi?

  2. Şəkildən göründüyü kimi, İsa Yerusəlimə yaxınlaşanda adamlar nə edir?

  3. İsanın korları və şikəstləri sağaltdığını görən uşaqlar nə etdilər?

  4. İsa acıqlı kahinlərə nə dedi?

  5. Biz İsanı tərif edən uşaqlara necə oxşaya bilərik?

  6. Şagirdləri hansı sual maraqlandırırdı?

Əlavə suallar:

  1. Matta 21:1-17 ayələrini oxu.

    1. İsanın Yerusəlimə padşah kimi girməsi ilə zəfər çalmış romalı sərkərdələri müqayisə edin (Mat. 21:4, 5; Zək. 9:9; Filip. 2:5-8; Kolos. 2:15).

    2. Uşaqlar, İsa məbədə daxil olanda 118-ci məzmurun sözlərini oxuyan israilli oğlanlardan nə öyrənə bilərlər? (Mat. 21:9, 15; Məz. 118:25, 26; 2 Tim. 3:15; 2 Pet. 3:18).

  2. Yəhya 12:12-16 ayələrini oxu.

    İsanı salamlamağa çıxan xalqın əlində tutduğu palma budaqları nəyin simvoludur? (Yəh. 12:13; Filip. 2:10; Vəhy 7:9, 10).

Hekayə 98

Zeytun dağında

  1. Şəkildəki adamlardan hansı İsadır və onun yanındakılar kimdir?

  2. İsa məbəddə olarkən kahinlər ona nə etmək istədilər və İsa onlara nə dedi?

  3. Həvarilər İsadan nə soruşdular?

  4. İsa göydə Padşah olanda yerdə baş verəcək bəzi hadisələri həvarilərə nəyə görə danışdı?

  5. İsanın sözlərinə görə, pis şeylərə son qoyulmazdan əvvəl yer üzündə nələr baş verəcək?

Əlavə suallar:

  1. Matta 23:1-39 ayələrini oxu.

    1. Müqəddəs Kitab yüksək vəzifə tutan insanlara titulları ilə müraciət etməyi qadağan etməsə də, Matta 23:8-11 ayələri yığıncaqda məsihçini ucaltmaq məqsədilə titullardan istifadə edilməsi haqqında nə deyir? (Həv. iş. 26:25; Rom. 13:7; 1 Pet. 2:13, 14).

    2. Adamların məsihçi olmasına maneçilik törətmək üçün fəriseylər nə edirdilər və bu gün dini rəhbərlər hansı oxşar üsullara əl atırlar? (Mat. 23:13; Luka 11:52; Yəh. 9:22; 12:42; 1 Salon. 2:16).

  2. Matta 24:1-14 ayələrini oxu.

    1. Matta 24:13 ayəsində dözümlülüyün vacibliyi necə vurğulanır?

    2. Matta 24:13 ayəsindəki axır sözü hansı mənanı daşıyır? (Mat. 16:27; Rom. 14:10-12; 2 Kor. 5:10).

  3. Mark 13:3-10 ayələrini oxu.

    Mark 13:10 ayəsindəki hansı söz xoş xəbərin təbliğinin son dərəcə mühüm olduğunu göstərir və bu sözlər bizə necə təsir etməlidir? (Rom. 13:11, 12; 1 Kor. 7:29-31; 2 Tim. 4:2).

Hekayə 99

Üst mərtəbədəki otaqda

  1. İsa 12 həvarisi ilə böyük otaqda nə üçün yığışmışdı?

  2. Otaqdan çıxan adam kimdir və o hara gedir?

  3. Pasxa yeməyi qurtarandan sonra İsa hansı xüsusi mərasimə başladı?

  4. Pasxa israillilərə hansı hadisəni xatırladırdı və bu xüsusi mərasim İsanın davamçılarına nəyi xatırladır?

  5. Rəbbin axşam yeməyi qurtarandan sonra, İsa davamçılarına nə dedi və onlar nə etdilər?

Əlavə suallar:

  1. Matta 26:14-30 ayələrini oxu.

    1. Yəhudanın İsanı qəsdən ələ verməyi Matta 26:15 ayəsindən necə görünür?

    2. İsanın axıdılmış qanı hansı iki məqsədə xidmət edir? (Mat. 26:27, 28; Yer. 31:31-33; Efes. 1:7, 8; İbr. 9:19, 20).

  2. Luka 22:1-39 ayələrini oxu.

    Şeytan hansı mənada Yəhudaya ‘girmişdi’? (Luka 22:3; Yəh. 13:2; Həv. iş. 1:24, 25).

  3. Yəhya 13:1-20 ayələrini oxu.

    1. Yəhya 13:2 ayəsinə əsasən Yəhudanı tutduğu işə görə günahlandırmaq olarmı və Allahın xidmətçiləri bundan özlərinə hansı dərsi götürə bilərlər? (Yar. 4:7; 2 Kor. 2:11; Qalat. 6:1; Yaq. 1:13, 14).

    2. İsa şagirdlərinə hansı unudulmaz nümunəni verdi? (Yəh. 13:15; Mat. 23:11; 1 Pet. 2:21).

  4. Yəhya 17:1-26 ayələrini oxu.

    İsa şagirdlərinin hansı mənada «bir» olması haqqında dua edirdi? (Yəh. 17:11, 21-23; Rom. 13:8; 14:19; Kolos. 3:14).

Hekayə 100

İsa Getsamani bağında

  1. İsa həvariləri ilə üst mərtəbədəki otaqdan çıxıb hara getdi və onlara nə tapşırdı?

  2. Həvarilərin yanına qayıdanda İsa nə gördü və bu neçə dəfə təkrarlandı?

  3. Bağa kimlər gəlir və Yəhuda İskaryot nə edir? (Şəklə bax.)

  4. Yəhuda nəyə görə İsanı öpdü və Peter nə etdi?

  5. İsa Peterə nə dedi və nə üçün Allahdan bir mələk belə göndərməsini xahiş etmədi?

Əlavə suallar:

  1. Matta 26:36-56 ayələrini oxu.

    1. İsanın şagirdlərinə məsləhət vermə tərzi məsihçi ağsaqqallar üçün necə gözəl nümunədir? (Mat. 20:25-28; 26:40, 41; Qalat. 5:17; Efes. 4:29, 31, 32).

    2. İsa insanlara qarşı silah qaldırmağa necə yanaşırdı? (Mat. 26:52; Luka 6:27, 28; Yəh. 18:36).

  2. Luka 22:39-53 ayələrini oxu.

    Getsamani bağında mələyin İsanı möhkəmləndirməsi onun imanının zəiflədiyinimi göstərir? İzah edin (Luka 22:41-43; Yeşaya 49:8; Mat. 4:10, 11; İbr. 5:7).

  3. Yəhya 18:1-12 ayələrini oxu.

    İsa öz şagirdlərini düşmənlərindən necə müdafiə etdi və biz onun nümunəsindən nə öyrənə bilərik? (Yəh. 10:11, 12; 18:1, 6-9; İbr. 13:6; Yaq. 2:25).

Hekayə 101

İsanı öldürürlər

  1. İsanın öldürülməsinə görə ilk növbədə kim günahkardır?

  2. Din başçıları İsanı aparanda həvarilər nə etdilər?

  3. Baş kahin Qayafanın evində nə baş verdi?

  4. Peter nəyə görə bir tərəfə çəkilib hönkür-hönkür ağladı?

  5. İsanı Pilatın yanına yenidən gətirəndə başçı kahinlər qışqıraraq nə dedilər?

  6. Beşinci gün günorta çağı İsa ilə nə baş verdi və o, yanında dirəkdə asılmış cinayətkara nə vəd etdi?

  7. İsanın danışdığı Cənnət harada olacaq?

Əlavə suallar:

  1. Matta 26:57-75 ayələrini oxu.

    Yəhudi ali məhkəməsinin üzvləri ürəklərinin pis olduğunu necə büruzə verdilər? (Mat. 26:59, 67, 68).

  2. Matta 27:1-50 ayələrini oxu.

    Yəhudanın vicdan əzabı çəkmədiyini nədən bilmək olar? (Mat. 27:3, 4; Mark 3:29; 14:21; 2 Kor. 7:10, 11).

  3. Luka 22:54-71 ayələrini oxu.

    İsa tutulan gecə Peterin onu inkar etməsindən biz nə öyrənirik? (Luka 22:60-62; Mat. 26:31-35; 1 Kor. 10:12).

  4. Luka 23:1-49 ayələrini oxu.

    İsa ona qarşı edilən haqsızlıqlara necə reaksiya verirdi və biz bundan nə öyrənə bilərik? (Luka 23:33, 34; Rom. 12:17-19; 1 Pet. 2:23).

  5. Yəhya 18:12-40 ayələrini oxu.

    Peterin bir anlığa insan qarşısında qorxuya düşüb, sonradan isə görkəmli bir həvari olması nəyi sübut edir? (Yəh. 18:25-27; 1 Kor. 4:2; 1 Pet. 3:14, 15; 5:8, 9).

  6. Yəhya 19:1-30 ayələrini oxu.

    1. İsa maddi şeylərə tarazlı şəkildə necə yanaşırdı? (Yəh. 2:1, 2, 9, 10; 19:23, 24; Mat. 6:31, 32; 8:20).

    2. İsanın ölümqabağı sözləri onun Yehovanın Ali Hökmranlığını sonadək dəstəklədiyinə möhtəşəm şəkildə necə şəhadətlik edir? (Yəh. 16:33; 19:30; 2 Pet. 3:14; 1 Yəh. 5:4).

Hekayə 102

İsa sağdır

  1. Şəkilədəki qadın və iki kişi kimdir, onlar haradadırlar?

  2. Pilat kahinlərə sərdabəni qorumaq üçün əsgər göndərmələrini nəyə görə tapşırdı?

  3. İsanın ölümünün üçüncü günü səhər tezdən mələk nə etdi və kahinlər hansı işi gördülər?

  4. Bəzi qadınlar İsanın qoyulduğu sərdabəyə gələndə nəyə görə yaman təəccübləndilər?

  5. Peterlə Yəhya nəyə görə sərdabəyə qaçdılar və orada nə gördülər?

  6. İsanın bədəni ilə nə baş vermişdi, ancaq dirildiyini şagirdlərinə göstərmək üçün İsa nə etdi?

Əlavə suallar:

  1. Matta 27:62-66; 28:1-15 ayələrini oxu.

    İsa dirildikdən sonra başçı kahinlər, fəriseylər və ağsaqqallar müqəddəs ruha qarşı necə günah işlətdilər? (Mat. 12:24, 31, 32; 28:11-15).

  2. Luka 24:1-12 ayələrini oxu.

    İsanın dirilməsi hadisəsindən Yehovanın qadınlara etibarlı şahid kimi baxması necə görünür? (Luka 24:4, 9, 10; Mat. 28:1-7).

  3. Yəhya 20:1-12 ayələrini oxu.

    Müqəddəs Kitab peyğəmbərliklərinin necə həyata keçəcəyini tam anlamayanda Yəhya 20:8, 9 ayələri səbirli olmağın vacibliyini necə göstərir? (Sül. məs. 4:18; Mat. 17:22, 23; Luka 24:5-8; Yəh. 16:12).

Hekayə 103

İsa bağlı otağa girir

  1. Məryəm bağbana oxşatdığı adama nə dedi və onun İsa olduğunu nədən bildi?

  2. Ammaus kəndinə gedən şagirdlərlə yolda nə baş verdi?

  3. İki şagird həvarilərə İsanı gördüklərini danışanda hansı qəribə hadisə baş verdi?

  4. İsa davamçılarına neçə dəfə göründü?

  5. Toma şagirdlərin İsanı gördüklərini eşidəndə nə dedi, səkkiz gün sonra nə baş verdi?

Əlavə suallar:

  1. Yəhya 20:11-29 ayələrini oxu.

    Yəhya 20:23 ayəsində insana günahları bağışlamaq səlahiyyətinin verildiyimi nəzərdə tutulur? İzah edin (Məz. 49:2, 7; Yeşaya 55:7; 1 Tim. 2:5, 6; 1 Yəh. 2:1, 2).

  2. Luka 24:13-43 ayələrini oxu.

    Müqəddəs Kitab həqiqətlərini qəbul etməsi üçün ürəyimizi necə hazırlaya bilərik? (Luka 24:32, 33; Ezra 7:10, KM; Mat. 5:3, YD; Həv. iş. 16:14; İbr. 5:11-14).

Hekayə 104

İsa göyə qayıdır

  1. Dirilmiş İsanı bir dəfə neçə nəfər gördü və İsa onlarla nə haqda danışdı?

  2. Allahın Padşahlığı nədir və İsa min il ərzində Padşahlıq edəndə yer üzündə şərait necə olacaq?

  3. İsa şagirdlərinə neçə gün ərzində göründü və sonra nə oldu?

  4. Şagirdlərilə vidalaşmazdan əvvəl İsa onlara nə tapşırdı?

  5. Şəkildə nə görürsən və İsa gözdən necə itir?

Əlavə suallar:

  1. 1 Korinflilərə 15:3-8 ayələrini oxu.

    Həvari Pavel nəyə görə İsanın dirilməsi barəsində əminliklə danışırdı və bu gün məsihçilər də nə haqda əminliklə danışa bilərlər? (1 Kor. 15:4, 7, 8; Yeşaya 2:2, 3; Mat. 24:14; 2 Tim. 3:1-5).

  2. Həvarilərin işləri 1:1-11 ayələrini oxu.

    Həvarilərin işləri 1:8 ayəsində peyğəmbərlik edildiyi kimi, təbliğ işi hansı vüsəti alıb? (Həv. iş. 6:7; 9:31; 11:19-21; Kolos. 1:23).

Hekayə 105

Yerusəlimdə gözləyərkən

  1. Şəkildən göründüyü kimi, Yerusəlimdə qalan şagirdlərlə nə baş verir?

  2. Yerusəlimə gələn qonaqlar nəyə təəccübləndilər?

  3. Peter camaata nəyi başa saldı?

  4. Camaat Peterə qulaq asandan sonra hansı hissləri keçirdi və Peter onlara nə etmələrini söylədi?

  5. Eramızın 33-cü ilinin Pentikost günündə neçə nəfər vəftiz edildi?

Əlavə suallar:

  1. Həvarilərin işləri 2:1-47 ayələrini oxu.

    1. Peterin Həvarilərin işləri 2:23, 36 ayələrindəki sözlərindən İsanın ölümünə görə bütün yəhudi xalqının məsuliyyət daşıdığını necə görmək olar? (1 Salon. 2:14, 15).

    2. Peter Müqəddəs Yazılar əsasında mülahizə yürütməklə bağlı bizə hansı dəyərli nümunəni qoymuşdur? (Həv. iş. 2:16, 17, 29, 31, 36, 39; Kolos. 4:6).

    3. Peter İsanın ona vəd etdiyi ‘göylər Padşahlığının açarlarından’ birincisini necə istifadə etdi? (Həv. iş. 2:14, 22-24, 37, 38; Mat. 16:19, İ–93).

Hekayə 106

Həbsxanadan azad edilirlər

  1. Bir gün günorta çağı Peterlə Yəhya məbəddə olarkən nə baş verdi?

  2. Peter şikəstə nə dedi və ona puldan da qiymətli olan nəyi verdi?

  3. Din başçıları nə üçün qəzəblənmişdilər və Peterlə Yəhyaya nə etdilər?

  4. Peter din başçılarına nə dedi və onlar həvarilərə nəyi qadağan etdilər?

  5. Din başçıları nəyə görə həvarilərə paxıllıq edirdilər və həvariləri ikinci dəfə həbsxanaya salanda nə baş verdi?

  6. Həvariləri Sinedrion zalına gətirəndə onlar hansı cavabı verdilər?

Əlavə suallar:

  1. Həvarilərin işləri 3:1-10 ayələrini oxu.

    Bu gün bizə möcüzə etmək qüvvəsi verilməsə də, Peterin Həvarilərin işləri 3:6 ayəsindəki sözləri Padşahlıq xəbərinin dəyərini qiymətləndirməyə bizə necə kömək edir? (Yəh. 17:3; 2 Kor. 5:18-20; Filip. 3:8).

  2. Həvarilərin işləri 4:1-31 ayələrini oxu.

    Xidmətdə müqavimətlərlə üzləşərkən birinci əsrdə yaşamış məsihçi bacı-qardaşlarımıza necə bənzəyə bilərik? (Həv. iş. 4:29, 31; Efes. 6:18-20; 1 Salon. 2:2).

  3. Həvarilərin işləri 5:17-42 ayələrini oxu.

    Keçmişdə və bu gün Yehovanın Şahidi olmayanlardan bəziləri təbliğ işinə qərəzsiz tərzdə yanaşdıqlarını necə göstəriblər? (Həv. iş. 5:34-39).

Hekayə 107

Stefanı daşa basırlar

  1. Stefan kim idi və Allahın köməyi ilə nələr edirdi?

  2. Stefanın hansı sözləri din başçılarını hirsləndirdi?

  3. Kişilər Stefanı şəhərin kənarına çıxarandan sonra ona nə etdilər?

  4. Şəkildə paltarları qoruyan cavan adam kimdir?

  5. Ölməzdən əvvəl Stefan Yehovadan duada nə xahiş etdi?

  6. Bizə kimsə pislik edəndə, Stefan kimi, biz də nə etməməliyik?

Əlavə suallar:

  1. Həvarilərin işləri 6:8-15 ayələrini oxu.

    Yehovanın Şahidlərinin təbliğ xidmətini dayandırmaq üçün din rəhbərləri hansı hiylələrə əl atıblar? (Həv. iş. 6:9, 11, 13).

  2. Həvarilərin işləri 7:1-60 ayələrini oxu.

    1. Stefana Sinedrionun qarşısında xoş xəbəri məharətlə müdafiə etməyə nə kömək etmişdi və biz onun nümunəsindən nə öyrənə bilərik? (Həv. iş. 7:51-53; Rom. 15:4; 2 Tim. 3:14-17; 1 Pet. 3:15).

    2. Təbliğ işimizə müqavimət göstərən insanlara qarşı hansı münasibəti inkişaf etdirməliyik? (Həv. iş. 7:58-60; Mat. 5:44; Luka 23:33, 34).

Hekayə 108

Dəməşqə gedən yolda

  1. Stefanın ölümündən sonra Şaul nə etdi?

  2. Şaul Dəməşqə gedərkən yolda hansı qəribə hadisə baş verdi?

  3. İsa Şaula nə dedi?

  4. İsa Hananyaya nə tapşırdı və Şaulun gözləri necə açıldı?

  5. Şaul sonradan hansı adla tanındı və Allah onu hansı iş üçün istifadə etmişdi?

Əlavə suallar:

  1. Həvarilərin işləri 8:1-4 ayələrini oxu.

    Yenicə formalaşmış məsihçi yığıncağının qarşılaşdığı güclü təqiblər məsihçi imanının yayılmasına necə kömək etdi və bizim zəmanəmizdə buna bənzər hansı hadisələr baş verib? (Həv. iş. 8:4; Yeşaya 54:17).

  2. Həvarilərin işləri 9:1-20 ayələrini oxu.

    İsanın Şaula verəcəyi tapşırıq hansı üç hissədən ibarət idi? (Həv. iş. 9:15; 13:5; 26:1; 27:24; Rom. 11:13).

  3. Həvarilərin işləri 22:6-16 ayələrini oxu.

    Biz Hananyaya necə bənzəyə bilərik və bu nə üçün vacibdir? (Həv. iş. 22:12; 1 Tim. 3:7; 1 Pet. 1:14-16; 2:12).

  4. Həvarilərin işləri 26:8-20 ayələrini oxu.

    Şaulun məsihçi həqiqətini qəbul etməsi həyat yoldaşları imanda olmayan bacı-qardaşları necə ruhlandıra bilər? (Həv. iş. 26:11; 1 Tim. 1:14-16; 2 Tim. 4:2; 1 Pet. 3:1-3).

Hekayə 109

Peter Korneliusun yanına gəlir

  1. Şəkildəki diz çökən adam kimdir?

  2. Mələk Korneliusa nə dedi?

  3. Peter Yaffada Şimonun evinin damında olanda, Allah ona nə göstərdi?

  4. Peter nəyə görə Korneliusu özünə səcdə etməyə qoymadı?

  5. Peterin yanında olan yəhudi şagirdlər nəyə görə təəccübləndilər?

  6. Peterin Korneliusa baş çəkməsindən hansı vacib dərsi öyrənirik?

Əlavə suallar:

  1. Həvarilərin işləri 10:1-48 ayələrini oxu.

    Peterin Həvarilərin işləri 10:42 ayəsindəki sözləri Padşahlıq haqqında xoş xəbərin təbliği ilə bağlı nəyi göstərir? (Mat. 28:19; Mark 13:10; Həv. iş. 1:8).

  2. Həvarilərin işləri 11:1-18 ayələrini oxu.

    Peter Yehovanın digər xalqlara qarşı niyyətini anlayanda necə münasibət göstərdi və biz onu necə təqlid edə bilərik? (Həv. iş. 11:17, 18; 2 Kor. 10:5; Efes. 5:17).

Hekayə 110

Pavelin yeni köməkçisi Timotey

  1. Şəkildəki gənc oğlan kimdir, o harada yaşayırdı və onun anası ilə nənəsinin adı nə idi?

  2. Pavel Timoteydən, uzaqlarda yaşayan adamlara onunla və Sila ilə birlikdə təbliğ etmək istəməsini soruşanda o nə cavab verdi?

  3. İsanın şagirdlərini ilk dəfə harada məsihçi adlandırmışdılar?

  4. Pavel, Sila və Timotey Listradan sonra hansı şəhərlərə getdilər?

  5. Timotey Pavelə necə kömək edirdi və uşaqlar özlərinə hansı sualı verməlidirlər?

Əlavə suallar:

  1. Həvarilərin işləri 9:19-30 ayələrini oxu.

    Xoş xəbəri yayarkən təqiblərlə qarşılaşan həvari Pavel ehtiyatla necə hərəkət etdi? (Həv. iş. 9:22-25, 29, 30; Mat. 10:16).

  2. Həvarilərin işləri 11:19-26 ayələrini oxu.

    Həvarilərin işləri 11:19-21, 26 ayələrindəki hadisə Yehovanın ruhunun təbliğ işinə rəhbərlik etməsini necə göstərir?

  3. Həvarilərin işləri 13:13-16, 42-52 ayələrini oxu.

    Həvarilərin işləri 13:51, 52 ayələrindən necə görünür ki, şagirdlər təqiblərin onları ruhdan salmasına yol vermədilər? (Mat. 10:14; Həv. iş. 18:6; 1 Pet. 4:14).

  4. Həvarilərin işləri 14:1-6, 19-28 ayələrini oxu.

    Onları Rəbbə tapşırdılar ifadəsi yenilərə kömək edərkən həddindən artıq narahat olmamağımıza necə kömək edə bilər? (Həv. iş. 14:21-23; 20:32; Yəh. 6:44).

  5. Həvarilərin işləri 16:1-5 ayələrini oxu.

    Timoteyin sünnət edilməyə razılıq verməsi ‘hər şeyi Müjdə üçün etməyin’ vacibliyini necə göstərir? (Həv. iş. 16:3; 1 Kor. 9:23, İ–93; 1 Salon. 2:8).

  6. Həvarilərin işləri 18:1-11, 18-22 ayələrini oxu.

    Həvarilərin işləri 18:9, 10 ayələri İsanın təbliğ işinə şəxsən rəhbərlik etməsilə bağlı bizə nəyi öyrədir və bu gün biz nəyə əmin ola bilərik? (Mat. 28:20).

Hekayə 111

Yuxulayan oğlan

  1. Yerdə uzanmış oğlan kimdir və onunla nə baş verib?

  2. Pavel oğlanın öldüyünü görəndə nə etdi?

  3. Pavel, Timotey və onlarla səyahət edənlər hara yollandılar və gəmi Milet şəhərində dayananda Pavel nə etdi?

  4. Aqab peyğəmbər Paveli nə haqda xəbərdar etdi və onun sözləri necə yerinə yetdi?

Əlavə suallar:

  1. Həvarilərin işləri 20:7-38 ayələrini oxu.

    1. Pavelin Həvarilərin işləri 20:26, 27 ayələrindəki sözlərinə əsasən biz də ‘bütün insanların qanından’ necə ‘təmiz’ ola bilərik? (Yez. 33:8; Həv. iş. 18:6, 7).

    2. Təlim verərkən ağsaqqallar nə üçün ‘etimada layiq kəlama ciddi riayət etməlidirlər?’ (Həv. iş. 20:17, 29, 30; Tit. 1:7-9; 2 Tim. 1:13).

  2. Həvarilərin işləri 26:24-32 ayələrini oxu.

    İsadan aldığı təbliğ tapşırığını yerinə yetirmək üçün Pavel Roma vətəndaşı olmasından necə istifadə etdi? (Həv. iş. 9:15; 16:37, 38; 25:11, 12; 26:32; Luka 21:12, 13).

Hekayə 112

Gəmi qəzaya uğrayır

  1. Pavelin olduğu gəmi Krit adasının yanından keçəndə nə baş verdi?

  2. Pavel gəmidəkilərə nə dedi?

  3. Gəmi necə parçalandı?

  4. Dustaqlara nəzarət edən zabit gəmidəkilərə nə dedi və neçə nəfər adam sahilə sağ-salamat çatdı?

  5. Onların çıxdıqları adanın adı nə idi və hava yaxşılaşanda Pavel nə etdi?

Əlavə suallar:

  1. Həvarilərin işləri 27:1-44 ayələrini oxu.

    Pavelin Romaya dəniz səyahəti hadisəsi Müqəddəs Kitabın dəqiqliyinə əminliyimizi necə möhkələndirir? (Həv. iş. 27:16-19, 27-32; Luka 1:3; 2 Tim. 3:16, 17).

  2. Həvarilərin işləri 28:1-14 ayələrini oxu.

    Maltanın bütpərəst sakinləri həvari Pavelə və yanındakılara ‘qeyri-adi insanpərvərlik’ göstərdilərsə, məsihçilər nə etməlidirlər və necə? (Həv. iş. 28:1, 2; İbr. 13:1, 2; 1 Pet. 4:9).

Hekayə 113

Pavel Romada

  1. Pavel Romada dustaq olduğu müddətdə kimlərə təbliğ edirdi?

  2. Şəkildə stolun arxasında oturan adam kimdir və o Pavel üçün nə edir?

  3. Epafrodit kim idi və Filipiyə qayıdanda o özü ilə nə apardı?

  4. Pavel yaxın dostu Filimona nə üçün məktub yazdı?

  5. Pavel azadlığa buraxılanda nə etdi, amma bir qədər vaxtdan sonra onunla nə baş verdi?

  6. Müqəddəs Yazıların axırıncı kitablarını kim yazıb və «Vəhy» kitabında söhbət nədən gedir?

Əlavə suallar:

  1. Həvarilərin işləri 28:16-31 və Filipililərə 1:13 ayələrini oxu.

    Romada həbs edildiyi müddətdə Pavel vaxtından necə istifadə edirdi və onun sarsılmaz imanı məsihçi yığıncaqlarına hansı təsiri göstərmişdi? (Həv. iş. 28:23, 30; Filip. 1:14).

  2. Filipililərə 2:19-30 ayələrini oxu.

    Pavelin hansı sözlərindən Timoteyi və Epafroditi yüksək qiymətləndirdiyi görünür və biz də onun nümunəsini necə təqlid edə bilərik? (Filip. 2:20, 22, 25, 29, 30; 1 Kor. 16:18; 1 Salon. 5:12, 13).

  3. Filimona 1-25 ayələrini oxu.

    1. Pavel nəyin əsasında Filimonu ‘münasib’ rəftara təşviq edirdi və bu nümunə müasir ağsaqqallar üçün necə rəhbərlik ola bilər? (Filim. 9; 2 Kor. 8:8; Qalat. 5:13).

    2. Filimona 13, 14 ayələrindəki sözlər Pavelin yığıncaqda olanların vicdanına hörmət etdiyini necə göstərir? (1 Kor. 8:7, 13; 10:31-33).

  4. 2 Timoteyə 4:7-9 ayələrini oxu.

    Həvari Pavel kimi, biz də sonadək sadiq qalacağımız təqdirdə Yehovanın bizi mükafatlandıracağına necə əmin ola bilərik? (Mat. 24:13; İbr. 6:10).

Hekayə 114

Nəhayət pisliyə son qoyulacaq

  1. Nəyə görə Müqəddəs Kitabda göydə atların olduğundan danışılır?

  2. Allahın yerdəki pis adamlarla aparacağı müharibə necə adlanır və bu müharibənin məqsədi nədir?

  3. Şəkildə təsvir olunduğu kimi, müharibəni aparan kimdir, onun başında nə üçün tac var və o, əlində nəyə görə qılınc tutub?

  4. 10, 15 və 33-cü hekayələrə baxanda, Allahın pis adamları məhv edəcəyinə nə üçün təəccüblənməməliyik?

  5. Allaha ibadət etdiklərini demələrinə baxmayaraq, pis adamların məhv ediləcəyi 36 və 76-cı hekayələrdən necə görünür?

Əlavə suallar:

  1. Vəhy 19:11-16 ayələrini oxu.

    1. Müqəddəs Yazılardan ağ atlının Məsih İsa olduğu necə görünür? (Vəhy 1:5; 3:14; 19:11; Yeşaya 11:4).

    2. İsanın üst paltarının qana batması onun qələbəsinin tam və qəti olmasını necə göstərir? (Vəhy 14:18-20; 19:13; Yeşaya 63:1-6).

    3. İsanın ardınca gedən ağ atlı ordu, güman ki, kimlərdən ibarətdir? (Vəhy 12:7; 19:14; Mat. 25:31, 32).

Hekayə 115

Yer üzündə yeni Cənnət

  1. Müqəddəs Kitabda deyildiyi kimi, yer üzündəki Cənnətdə şərait necə olacaq?

  2. Cənnətdə yaşayacaq insanlara Müqəddəs Kitab hansı vədi verir?

  3. İsa yerdə gözəl şəraiti nə vaxt yaradacaq?

  4. İsa yerdə yaşayanda, gələcəkdə Padşah kimi nələr edəcəyini necə göstərmişdi?

  5. İsa və onunla göydən idarə edənlər nə edəcəklər?

Əlavə suallar:

  1. Vəhy 5:9, 10 ayələrini oxu.

    Minillik Padşahlıq ərzində göydə idarə edənlərin canıyanan və mərhəmətli padşah və kahin olacağına biz nə üçün əmin ola bilərik? (Efes. 4:20-24; 1 Pet. 1:7; 3:8; 5:6-10).

  2. Vəhy 14:1-3 ayələrini oxu.

    144,000 məsh edilmişlərin alınlarında Allahın və Quzunun adının yazılması nə deməkdir? (1 Kor. 3:23; 2 Tim. 2:19; Vəhy 3:12).

Hekayə 116

Əbədi yaşamaq üçün nə etməliyik?

  1. Əbədi yaşamaq üçün kimlər haqqında öyrənməliyik?

  2. Şəkildəki uşaqlar kimi, biz də Yehova Allah və İsa Məsih haqqında necə öyrənə bilərik?

  3. Şəkildə sən başqa hansı kitabı görürsən və nəyə görə onu müntəzəm oxumaq lazımdır?

  4. Yehova ilə İsa haqqında öyrənməkdən başqa, əbədi yaşamaq üçün daha nə lazımdır?

  5. 69-cu hekayədən nə öyrənirik?

  6. 55-ci hekayədə oxuduğumuz balaca Şamuelin yaxşı nümunəsi nəyi göstərir?

  7. Biz İsa Məsihə hansı mənada oxşaya bilərik və bunu edənləri gələcəkdə nə gözləyir?

Əlavə suallar:

  1. Yəhya 17:3 ayəsini oxu.

    Müqəddəs Kitabdan necə görünür ki, Yehova Allah və İsa Məsih haqqında bilik almaq, yalnız quru faktları əzbərləmək demək deyil? (Mat. 7:21; Yaq. 2:18-20; 1 Yəh. 2:17).

  2. Məzmur 145:1-21 ayələrini oxu.

    1. Yehovaya həmd etməyə hansı çoxlu səbəbimiz var? (Məz. 145:8-11; Vəhy 4:11).

    2. Yehova hansı mənada ‘hamıya xeyirxahlıq edir’ və bu nəyə görə bizi Allaha daha da yaxınlaşdırmalıdır? (Məz. 145:9; Mat. 5:43-45).

    3. Yehovanı ürəkdən seviriksə, biz nə edəcəyik? (Məz. 119:171, 172, 175; 145:11, 12, 21).