Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitabı nəyə görə araşdırmaq lazımdır?

Müqəddəs Kitabı nəyə görə araşdırmaq lazımdır?

Siz Müqəddəs Kitabla tanışsınızmı? Bu nadir əsər bəşər tarixində ən çox yayılmış kitabdır. Bütün millətlərdən olan insanlar onun çatdırdığı xəbərə təsəlli və ümid mənbəyi kimi baxır və oradakı məsləhətləri gündəlik həyatları üçün faydalı sayırlar. Buna rəğmən, bu gün əksər insanların Müqəddəs Kitab haqda məlumatı çox azdır. Dindar olub-olmamağınızdan asılı olmayaraq, yəqin Müqəddəs Kitab sizi də maraqlandırır. Bu broşür Müqəddəs Kitabla ümumi tanışlıq üçün nəzərdə tutulub.

MÜQƏDDƏS KİTABI əlinizə götürüb oxumağa başlamazdan əvvəl, yaxşı olar ki, onun tərtibatı haqqında bəzi şeyləri biləsiniz. Müqəddəs Yazılar «Yaradılış»dan «Vəhy»ə qədər olan 66 kitab və ya bölmədən ibarət topludur.

Müqəddəs Kitabın müəllifi kimdir? Maraqlı sualdır. Düzdür, Müqəddəs Kitab təxminən 1600 il ərzində təqribən 40 nəfər kişi tərəfindən yazılmışdır. Diqqətəlayiqdir ki, bu insanlardan heç biri Müqəddəs Kitabın müəllifi olduğunu iddia etməmişdir. Onun yazıçılarından biri bu sözləri qeyd etmişdi: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır» (2 Timutiyə 3:16). Digər yazıçısı isə belə demişdi: «Yehovanın ruhu məni dilləndirdi, Onun kəlamı dilimdə idi» (2 İşmuil 23:2). Bununla yazıçılar kainatın Ali Rəhbəri Yehova Allahın Müqəddəs Kitabın Müəllifi olduğunu təsdiq etmişlər. Müqəddəs Kitabı yazanlar bildirirlər ki Allah insanların Ona yaxınlaşmasını istəyir.

Müqəddəs Kitabı başa düşmək üçün vacib olan daha bir amil var. Müqəddəs Kitab ümumi bir mövzudan, Allahın Öz səmavi Padşahlığı vasitəsilə bəşəriyyəti idarə etmək hüququna bəraət qazandırılmasından bəhs edir. Növbəti səhifələrdə görəcəksiniz ki, bu mövzu «Yaradılış»dan «Vəhy»ə kimi bütün kitab boyu öz əksini tapır.

Bunu yadda saxlayaraq indi gəlin dünyada ən çox tanınmış kitab olan Müqəddəs Kitabın çatdırdığı xəbəri nəzərdən keçirək.

^ abz. 9 Tarixlər müxtəlif üsullarla göstərilir. Bu broşürdə b. e. «bizim era»nı b. e. ə. isə «bizim eradan əvvəl»i göstərir. Hər səhifənin aşağı hissəsində düz xətt boyunca hadisələrin tarixi xronoloji ardıcıllıqla göstərilir.