Kontentə keç

Mündəricatı göstər

Müqəddəs Kitabın çatdırdığı xəbər. Qısa icmal

Müqəddəs Kitabın çatdırdığı xəbər. Qısa icmal
  1. Yehova Adəmlə Həvvanı Cənnətdə əbədi yaşamaq ümidi ilə yaradır. Şeytan Allahın adına böhtan atır və Onun hökmranlıq etmək hüququnu sual altına alır. Adəmlə Həvva Şeytanın üsyanına qoşularaq, həm özləri, həm də gələcək nəsilləri üçün günahı və ölümü qazanır

  2. Yehova üsyankarlara hökm çıxarır, günahın və üsyanın bütün nəticələrini aradan qaldıraraq Şeytanı məhv edəcək, Xilaskarın və ya Övladın gələcəyini vəd edir

  3. Yehova İbrahimə və Davuda Padşah kimi əbədi idarə edəcək Övladın, yaxud Məsihin ulu babaları olacaqlarını vəd edir

  4. Yehova peyğəmbərləri ilhamlandırır ki, Məsihin günahı və ölümü aradan qaldıracağını peyğəmbərlik etsinlər. Hakimiyyət şərikləri ilə birgə o, Allahın Padşahlığının Padşahı kimi idarə edəcək və müharibələrə, xəstəliklərə, hətta ölümə son qoyacaq

  5. Yehova Öz Oğlunu yer üzünə göndərir və İsanın Məsih olduğunu təsdiq edir. İsa Allahın Padşahlığı haqda təbliğ edir və həyatını qurban verir. Sonra Yehova onu ruhani şəxsiyyət kimi dirildir

  6. Yehova göydə Öz Oğlunu Padşah kimi taxta çıxarır. Həmin hadisə bu sistemin son günlərinin başlandığına işarə edir. İsa yer üzündəki davamçılarının bütün yer kürəsində Allahın Padşahlığını təbliğ etməsinə rəhbərlik edir

  7. Yehova Oğluna Padşahlıq vasitəsilə yer üzünü idarə etməyi tapşırır. Padşahlıq Allaha qarşı çıxan bütün hökumətləri darmadağın edir, Cənnəti bərpa edir və sadiq insanları kamilliyə qovuşdurur. Yehovanın hökmranlıq etmək hüququna bəraət qazandırılır və Onun adı əbədilik təqdis olunur