Kontentə keç

Mündəricatı göstər

Siz nəyə inanırsınız?

Siz nəyə inanırsınız?

Bir çox dini fundamentalistlər inanırlar ki, Yer və orada olan hər şey bir neçə min il bundan əvvəl, hər biri 24 saatdan ibarət olan altı gün ərzində yaranıb. Bəzi ateistlər iddia edirlər ki, Allah yoxdur, Müqəddəs Kitabda yazılanlar əfsanədir və həyat təsadüf nəticəsində öz-özünə yaranıb.

Əksər insanlar isə bir-birinə zidd gedən bu iki fikrin arasında olan müəyyən şeylərə inanırlar. Bu broşürü oxumağınız göstərir ki, çox güman, siz də bu cür düşünürsünüz. Ola bilsin, siz Allaha inanan və Müqəddəs Kitaba hörmətlə yanaşan insansınız, amma eyni zamanda yaradılışa inanmayan, böyük təcrübə və nüfuz sahibi olan alimlərin nöqteyi-nəzərlərini də qiymətləndirirsiniz. Əgər valideynsinizsə, çox yəqin ki, uşaqlarınızın təkamül və yaradılışa dair suallarına necə cavab verəcəyiniz haqda düşünürsünüz.

Bu broşürün məqsədi nədir?

Məqsəd nə fundamentalistlərin, nə də Allaha inanmayanların nöqteyi-nəzərlərini məsxərəyə qoymaq deyil. Əksinə, ümid edirik ki, bu broşür sizi etiqadınızın təməlini bir daha yoxlamağa təşviq edəcək. Bu broşürdə Müqəddəs Kitabda yaradılış haqqında yazılan məlumata dair, bəlkə də, əvvəllər üzərində düşünmədiyiniz izahat gətirilir. Həmçinin həyatın başlanğıcı barədə nəyə inandığınızın nə üçün vacib olduğu da vurğulanır.

Siz şüurlu Yaradanın mövcud olmadığını və Müqəddəs Kitabın etibara layiq olmadığını iddia edən insanların sözlərinə inanacaqsınız? Yoxsa Müqəddəs Kitabda bu haqda nə deyildiyini araşdıracaqsınız? Hansı təlimlərə inanmaq olar: Müqəddəs Kitabda yazılanlara, yoxsa təkamülçülərin dediklərinə? (İbranilərə 11:1). Nəyə görə faktları araşdırmayasınız?