Kontentə keç

Mündəricatı göstər

Hissə 6

Ümumdünya daşqınından nə öyrənirik?

Ümumdünya daşqınından nə öyrənirik?

Allah pisləri məhv etdi, Nuh isə ailəsi ilə birgə sağ qaldı (Yaradılış 7:11, 12, 23).

Qırx gün-qırx gecə yağış yağdı və bütün dünya suyun altında qaldı. Pis insanların hamısı öldü.

Üsyankar mələklər insan bədənlərini tərk etdilər və cin oldular.

Gəmidə olanların hamısı sağ qaldı. Düzdür, Nuh və onun doğmaları sonradan öldülər, lakin Allah onları dirildib əbədi yaşamaq imkanı verəcək.

Allah yenə də pisləri məhv edib yaxşıları xilas edəcək (Mətta 24:37—39).

Şeytan və onun cinləri bu gün də insanları aldadırlar.

Nuhun günlərində olduğu kimi, bu gün də insanların əksəriyyəti Yehovanın məhəbbətlə verdiyi rəhbərliyi rədd edir. Tezliklə Yehova bütün pis insanları məhv edəcək (2 Butrus 2:5, 6).

Bəzi insanlar Nuh kimi davranırlar. Onlar Allahın sözünə qulaq asır və Onun əmrlərinə əməl edirlər. Həmin insanlar Yehovanın Şahidləridir.