Kontentə keç

Mündəricatı göstər

Hissə 8

İsanın ölümü sənin üçün nə deməkdir?

İsanın ölümü sənin üçün nə deməkdir?

İsa öldü ki, biz əbədi yaşaya bilək (Yəhya 3:16).

İsanın ölümündən üç gün sonra bir neçə qadın onun qəbrinə baş çəkəndə oranın boş olduğunu gördü. Yehova onu diriltmişdi.

Sonra İsa davamçılarına göründü.

Yehova onu qüdrətli və ölməz bir mələk kimi diriltdi. Sonra İsanın davamçıları onun göyə qalxdığını gördülər.

Allah İsanı dirildib səmavi hökumətində Padşah təyin etdi (Dənyal 7:13, 14).

İsa bəşəriyyəti günah və ölümdən azad etmək üçün öz həyatını qurban verdi (Mətta 20:28). Bunun sayəsində Allah əbədi yaşamağımız üçün şərait yaratdı.

Yehova İsanı Padşah təyin etdi ki, o, Yeri idarə etsin. Onun 144 000 köməkçisi olacaq. Onlar vaxtilə yer üzündə yaşayan, sonra isə göylərdə yaşamaq üçün dirildilən sadiq insanlardır. İsa və onun 144 000 hakimiyyət şəriki saleh səmavi hökuməti, yəni Allahın Padşahlığını təşkil edəcəklər (Vəhy 14:1—3).

Allahın Padşahlığı yer üzünü Cənnətə çevirəcək. Müharibələr, cinayətkarlıq, yoxsulluq və aclıq daha olmayacaq. İnsanlar əsil xoşbəxtliyə qovuşacaqlar (Zəbur 145:16).