Kontentə keç

Mündəricatı göstər

DƏRS 1

Yehovanın Şahidləri ilə tanışlıq

Yehovanın Şahidləri ilə tanışlıq

Danimarka

Tayvan

Venesuela

Hindistan

Yehovanın Şahidləri. Yəqin ki, bu adı eşitmisiniz. Ola bilsin, onlarla Müqəddəs Kitab haqqında söhbət etmisiniz. Bəlkə də, qonşularınızdan, iş, yaxud məktəb yoldaşlarınızdan kimsə Yehovanın Şahididir. Gəlin bizimlə, Yehovanın Şahidləri ilə tanış olaq və görək biz nəyə görə hər kəslə öz etiqadlarımız haqda danışırıq.

Adi insanlarıq. «Yehovanın Şahidləri» təşkilatı müxtəlif mənşədən, cəmiyyətin ayrı-ayrı təbəqəsindən olan insanlardan ibarətdir. Onların çoxu əvvəllər başqa dinə mənsub olub, bəziləri isə Allaha ümumiyyətlə inanmayıb. Lakin hamımız Yehovanın Şahidi olmazdan öncə Müqəddəs Kitabdakı təlimləri araşdırmışıq (Həvarilərin işləri 17:11). Öyrəndiyimiz şeylərə inandıqdan sonra Yehova Allaha qulluq etmək qərarına gəlmişik.

Müqəddəs Kitaba hörmətlə yanaşırıq. Hamı kimi, bizim də öz qayğılarımız, öz çətinliklərimiz var. Ancaq Allahın qanunlarına əməl etməyə çalışdığımız üçün həyatımız yaxşılığa doğru xeyli dəyişib (Zəbur 128:1, 2). Buna görə biz Müqəddəs Kitabda oxuduğumuz hikmətli kəlamları başqalarına da söyləyirik.

Allaha məqbul həyat sürürük. Müqəddəs Kitabdakı qanunlar hər kəsin xeyrinədir, insana başqalarına hörmət etməyi, xeyirxah və vicdanlı olmağı öyrədir. Bu qanunlar sayəsində insan cəmiyyətin nümunəvi üzvü, ailələr isə möhkəm və əxlaqlı olur. Biz, Yehovanın Şahidləri məhz bu qanunlarla yaşayırıq. Üstəlik, Allahın ayrı-seçkilik etmədiyini bilərək bütün dünyadakı dindaşlarımıza məhəbbət bəsləyirik. Bu məhəbbətin qarşısında heç bir irqi və siyasi sədd dura bilməz. Düzdür, Yehovanın Şahidləri ayrı-ayrılıqda adi insanlardır, bir xalq kimi isə xüsusi xalqdır (Həvarilərin işləri 4:13; 10:34, 35).

  • Nəyə görə demək olar ki, Yehovanın Şahidləri adi insanlardır?

  • Müqəddəs Kitab Yehovanın Şahidlərinə hansı dəyərləri aşılayır?