Kontentə keç

Mündəricatı göstər

DƏRS 22

Beytellərdə görülən iş

Beytellərdə görülən iş

Solomon Adaları

Kanada

Cənubi Afrika

Hər Beytel bir, yaxud bir neçə ölkədə görülən təbliğ işinə cavabdehdir. Orada müxtəlif şöbələr fəaliyyət göstərir. Beyteldə xidmət edən bacı-qardaşlar tərcümə işində, jurnalların çap edilməsində, kitabların cildlənməsində, onların anbarlara yığılmasında və audio-video məhsulların hazırlanmasında iştirak edirlər. Bundan başqa, Beytellər nəzarət etdikləri bölgəylə bağlı məsələlərə də baxırlar.

Filial komitəsinin işi. Rəhbərlik Şurası Beytellərin işinə nəzarəti filial komitələrinə həvalə edib. Filial komitəsi ən azı üç təcrübəli ağsaqqaldan ibarət olur. Komitə öz nəzarəti altında olan ölkələrdə fəaliyyətimizin gedişatilə, yaranan problemlərlə bağlı Rəhbərlik Şurasına məlumat verir. Bu məlumatın əsasında Şura gələcək nəşrlər, yığıncaqlar və böyük toplantılar üçün mövzular hazırlayır. Rəhbərlik Şurası filial komitəsinə tövsiyə və göstərişlər vermək üçün mütəmadi olaraq öz nümayəndəsini filiallara göndərir (Məsəllər 11:14). Onun gəlişi ilə əlaqədar filialın cavabdeh olduğu ərazidə yaşayan bacı-qardaşlar üçün xüsusi görüş təşkil olunur, görüş zamanı baş idarənin nümayəndəsi çıxış edir.

Yığıncaqlara dayaq. Beyteldəki məsul qardaşlar yeni yığıncaqların təsis olunmasını təsdiq edirlər. Qardaşlar həmçinin filial ərazisində xidmət edən öncüllərin, xüsusi təyinatlı müjdəçilərin, rayon nəzarətçilərin fəaliyyətinə rəhbərlik edirlər. Bundan savayı, onlar böyük toplantılar təşkil edir, yeni ibadət evlərinin inşasına və ədəbiyyatların yığıncaqlara çatdırılmasına nəzarət edir. Filialda görülən bütün işlər təbliğ fəaliyyətinin mütəşəkkil surətdə icra olunmasına xidmət edir (1 Korinflilərə 14:33, 40).

  • Filial komitəsi Rəhbərlik Şurası ilə necə əməkdaşlıq edir?

  • Beyteldə hansı işlər görülür?