Kontentə keç

Mündəricatı göstər

DƏRS 23

Nəşrlərimizin hazırlanması

Nəşrlərimizin hazırlanması

ABŞ, Yazı şöbəsi

Cənubi Koreya

Filippin

Burundi

Şri-Lanka

Allahın Kəlamındakı müjdə «hər xalqa, tayfaya, dilə və ümmətə» bəyan edilməlidir. Elə bu məqsədlə biz 750-dən çox dildə nəşrlər dərc edirik (Vəhy 14:6). Sözsüz ki, bu iş asan başa gəlmir. Bu işə müxtəlif ölkələrdən olan yazıçılar və tərcüməçilər əmək qoyur. Onların hamısı Yehovanın Şahididir.

Mətn ingilis dilində yazılır. Rəhbərlik Şurası baş idarədə yerləşən Yazı şöbəsinin fəaliyyətinə nəzarət edir. Bu şöbə isə baş idarədə və bəzi filiallarda xidmət edən yazıçıların işini idarə edir. Yazıçıların başqa-başqa mənşələrdən olması sayəsində nəşrlərimizdə müxtəlif xalqların mədəniyyətinə aid mövzular dərc edilir. Bununla da nəşrlərimiz hamı üçün maraqlı olur.

Mətn tərcüməçilərə göndərilir. Hazır mətn redaktə edildikdən və Rəhbərlik Şurası tərəfindən təsdiq olunduqdan sonra elektron formatda bütün tərcümə qruplarına göndərilir. Tərcüməçilər mətni tərcümə edirlər. Bu mərhələdə tərcümə olunmuş mətnin dəqiqliyi və təbiiliyi də yoxlanılır. Tərcüməçilər ingilis mətnindəki fikirləri tam dolğunluğu ilə ana dillərində verməkdən ötrü «həqiqət sözlərini düzgün» yazmağa çalışırlar (Vaiz 12:10).

Kompüterlərin faydası. Düzdür, kompüter yazıçıları və tərcüməçiləri əvəz edə bilməz, amma onun faydasını da danmaq olmaz. Elektron lüğətlər, axtarış proqramları və başqa vəsaitlər işin sürətini xeyli artırır. Yehovanın Şahidləri tərəfindən yaradılan çoxdilli elektron nəşriyyat sistemi (MEPS) sayəsində mətn yüzlərlə dil qrafikasında yazılır, şəkillərlə bərabər yığılır və çapa hazırlanır.

Bəli, biz bu işdən ötrü güc-qüvvəmizi əsirgəmirik. Çalışırıq ki, nəşrlərimiz hətta bir neçə min adamın danışdığı dildə də dərc olunsun. Çünki Yehova Allah istəyir ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Timutiyə 2:3, 4).

  • Nəşrlərimizin yazılması barədə nə demək olar?

  • Nəyə görə nəşrlərimiz çoxlu dillərə tərcümə olunur?