Kontentə keç

Mündəricatı göstər

DƏRS 6

Davud qorxaq deyildi

Davud qorxaq deyildi

Qorxanda nə edirsən? ~ Yəqin, tez atanla ananın yanına qaçırsan. Ancaq sənə kömək edə biləcək daha birisi də var. O, istənilən insandan daha güclüdür. Bilirsən, O kimdir? ~ Bəli, bu, Allahımız Yehovadır. İndi isə gəl Müqəddəs Kitabda adı çəkilən gənc bir oğlan haqda danışaq. Onun adı Davud idi. O bilirdi ki, Yehova həmişə ona kömək edəcək, buna görə də heç nədən qorxmurdu.

Valideynləri Davudu lap uşaqlıqdan Yehovanı sevməyi öyrədirdi. Bunun sayəsində Davud bir çox təhlükəli vəziyyətlərlə üzləşəndə belə qorxmurdu. O bilirdi ki, Yehova onun Dostudur və həmişə ona kömək etməyə hazırdır. Bir dəfə Davud qoyunları otaranda böyük bir şir sürüdən bir qoyuna hücum etmişdi. Bilirsən, Davud nə etdi? O, şirin dalınca qaçdı və onu əlləri ilə öldürdü! Başqa bir vaxt sürüyə ayı hücum edəndə Davud onu da öldürdü! Səncə, ona kim yardım etdi? ~ Düz tapdın, Yehova.

Başqa bir vəziyyətdə Davud xüsusi cəsarət göstərmişdi. İsraillilər filiştlilərə qarşı döyüşürdülər. Bir Filişt əsgəri çox böyük və yekəpər idi! Onun adı Calut idi. Bu cəngavər İsrail döyüşçülərini və Yehova Allahı ələ salırdı. O, İsrail əsgərlərini onunla döyüşməyə çağırırdı. Ancaq bu çağırışa hay verən yox idi. Hamı ondan qorxurdu. Davud bundan xəbər tutanda Caluta dedi: «Mən səninlə döyüşəcəm! Yehova mənə kömək edəcək və sən məğlub olacaqsan!» Səncə, Davud cəsarətli insan idi? ~ Sözsüz. Bilmək istəyirsən sonra nə baş verdi?

Davud sapandını və beş hamar daş götürüb həmin nəhənglə döyüşməyə getdi. Calut bu balaca oğlanı görəndə onu ələ salmağa başladı. Ancaq Davud ona dedi: «Sən mənim üstümə [qılıncla]... gəlirsən, mən isə sənin üstünə... Yehovanın adı ilə gəlirəm». Sonra o, daşı götürüb ona doğru irəliləyərək düz Calutun alnının ortasına atdı. Nəhəng Calut bir göz qırpımında yerə yıxılıb öldü! Filiştlilərin canlarına elə qorxu düşdü ki, dabanlarına tüpürüb qaçdılar. Belə bir gənc oğlan o boyda nəhəngə necə qalib gələ bildi? ~ Yehova ona kömək etdi. Yehovanın gücü istənilən nəhəngdən qat-qat üstündür!

Davud heç vaxt qorxmurdu, çünki bilirdi ki, Yehova həmişə ona kömək edəcək

Davudun hekayəsindən sən nə öyrəndin? ~ Yehova hamıdan güclüdür və O sənin dostundur. Nə vaxtsa qorxsan, unutma ki, Yehova sənə güc verə bilər.

MÜQƏDDƏS KİTABDAN OXU