Kontentə keç

Mündəricatı göstər

DƏRS 9

Ərəmya Yehova haqda danışmaqdan vaz keçmədi

Ərəmya Yehova haqda danışmaqdan vaz keçmədi

Nəyə görə insanlar Ərəmyaya qəzəbləniblər?

Yehova Ərəmyanı xilas etdi

Biz insanlara Yehova haqqında danışanda bəzən onlar bizə lağ edir və ya qəzəblənirlər. Və buna görə də hərdən Allah haqqında danışmaqdan çəkinə bilərik. Sən heç özünü belə hiss etmisən? ~ Müqəddəs Kitabda Yehovanı sevən, ancaq bir müddət Onun haqqında danışmaq istəməyən gənc oğlan barədə məlumat var. Onun adı Ərəmya idi. Gəl onun barəsində bir az öyrənək.

Ərəmya gənc olanda bir dəfə Yehova ona tapşırmışdı ki, o, gedib insanları pis əməllərindən çəkinmələri barədə xəbərdar etsin. Bu, Ərəmya üçün çox çətin idi, çünki o qorxurdu. O, Yehovaya dedi: «Mən gəncəm, danışmağı bacarmıram». Ancaq Yehova ona dedi: «[Onlardan]... qorxma. Mən səninləyəm».

Yehovanın bu sözlərindən sonra Ərəmya insanları xəbərdar edirdi ki, əgər əməllərindən dönməsələr, Allah onları cəzalandıracaq. Səncə, insanlar peyğəmbərin sözünə məhəl qoydular? ~ Yox. Bəziləri onu ələ salır, bəziləri də özlərindən çıxırdılar. Onu hətta öldürmək istəyənlər də olub! Belə vəziyyətdə Ərəmya özünü necə hiss edirdi? ~ O qorxdu və belə dedi: «Bir də [Yehovanın] adını çəkməyəcəyəm». Bəs, o, qorxularına təslim oldu? ~ Əlbəttə ki, yox. O, Yehovanı elə çox sevirdi ki, susa bilməzdi. Bu gənc qorxuya təslim olmadığı üçün Yehova onu qorudu.

Məsələn, bir dəfə Ərəmyaya nifrət edən adamlar onu palçıqla dolu dərin bir quyuya atmışdılar. Ona nə yemək, nə də ki su verirdilər. Onlar Ərəmyanın ölümünü istəyirdilər. Ancaq Yehova onu xilas etdi!

Ərəmyanın nümunəsindən nə öyrəndin? ~ Hətta qorxu içində olsa belə, o, Yehova haqqında danışmaqdan çəkinmədi. Sən Yehova Allah haqqında danışarkən, ola bilsin, kimsə sənə gülsün, acıqlansın. Belə vəziyyətdə sən çəkinə və ya qorxa bilərsən. Ancaq qoy heç nə səni Yehova haqqında danışmaqdan çəkindirməsin. Səmavi Atan Yehova Ərəmya peyğəmbərə kömək etdiyi kimi sənə də həmişə kömək edəcək.