Kontentə keç

Mündəricatı göstər

DƏRS 14

Dünyanı idarə edəcək hökumət

Dünyanı idarə edəcək hökumət

Bilirsən, söhbət hansı hökumətdən gedir? ~ Bəli, yer üzünü yenidən cənnətə çevirəcək Allahın Padşahlığından. Sən bu Padşahlıq barədə daha çox öyrənmək istəyirsən? ~

Hər bir hökumətin padşahı var. Hər bir padşah öz ölkəsində yaşayan insanlara rəhbərlik edir. Bəs, Allahın Padşahlığının Padşahı kimdir? ~ Bu, İsa Məsihdir. O, göydə yaşayır və tezliklə bütün insanların Padşahı olacaq! Necə fikirləşirsən, İsa bütün dünyanı idarə edəndə insanlar xoşbəxt olacaq? ~

Nəyə görə Cənnəti səbirsizliklə gözləyirsən?

Biz çox xoşbəxt olacağıq! Cənnətdə insanlar dalaşmayacaq və bir daha müharibələr olmayacaq. Hamı bir-birini sevəcək. Heç kim xəstələnməyəcək və ölməyəcək. Korlar görəcək, karlar eşidəcək, axsaqlar qaçacaq və hoppanacaqlar. Aclıq olmayacaq. Heyvanlar bir-biri ilə və bizimlə dost olacaqlar. Ölənlər diriləcəklər. Bu broşürada adları çəkilən Rəbiqə, Rahab, İlyas və Davud kimi kişi və qadınlar da dirildiləcəklər! Sən bu insanlarla tanış olmaq istəyərdin? ~

Yehova səni sevir və istəyir ki, sən xoşbəxt olasan. Əgər sən Yehova haqda öyrənməyə davam etsən və Ona tabe olsan, onda gözəl cənnətdə əbədiyyən yaşayacaqsan! Sən bunu istəyirsən? ~