Kontentə keç

Mündəricatı göstər

Solda: Eyndhovendə təbliğ etdiyi üçün həbs olunan qardaş, Niderland, 1945-ci il; Sağda: Təbliğ etmək hüququ yaşadığınız ölkənin qanunu ilə təmin olunubmu?

IV BÖLMƏ

Padşahlığın zəfəri. Müjdənin qanuni tanınması

Padşahlığın zəfəri. Müjdənin qanuni tanınması

EV-EV təbliğ edərkən polis maşının yaxınlaşdığını görürsünüz. Polis əməkdaşı maşından düşüb sizə yaxınlaşır və soruşur: «Qapı-qapı düşüb Müqəddəs Kitab haqda danışan sizsiniz? Sizdən şikayət var». Siz nəzakətlə cavab verir və Yehovanın Şahidi olduğunuzu deyirsiniz. Bəs sonra nə baş verəcək?

Bu, daha çox yaşadığınız ölkənin tarixindən asılıdır. Yaşadığınız ölkədə əvvəllər dövlətin Yehovanın Şahidlərinə münasibəti necə olub? Hal-hazırda ölkədə müəyyən qədər din azadlığı varmı? Əgər varsa, deməli, bu, sizin ruhani bacı-qardaşlarınızın onilliklər ərzində «müjdənin müdafiəsində və qanuni tanınmasında» səylə əllərindən gələni etmələri sayəsindədir (Filip. 1:7). Harada yaşamağınızdan asılı olmayaraq, Yehovanın Şahidlərinin qazandıqları hüquqi qələbələr barədə bilmək imanınızı möhkəmləndirə bilər. Bu bölmədə biz həmin möhtəşəm qələbələrdən bəzilərini nəzərdən keçirəcəyik. Qazandığımız qələbələr Padşahlığın real olduğuna güclü sübutdur, çünki bizim bu qələbələri öz gücümüzə qazanmağımız qeyri-mümkündür!

BU BÖLMƏDƏ

FƏSİL 13

Padşahlığın müjdəçiləri hakimlər qarşısında

Müasir dövrdəki ali məhkəmələrdəki bəzi hakimlər keçmiş Qanun müəllimi Qəmlail kimi düşünürlər.

FƏSİL 14

Yalnız və yalnız Allahın hakimiyyətini sədaqətlə dəstəkləyənlər

Bitərəf mövqelərinə görə Yehovanın Şahidlərinə təsir edən təqiblər «seli» gözlənilməz mənbə tərəfindən aradan qaldırılır.

FƏSİL 15

Azad ibadət uğrunda mübarizə

Allahın xalqı Allahın Padşahlığının qanununa tabe olmaq üçün mübarizə aparırlar.