Kontentə keç

Mündəricatı göstər

Solda: Almaniyadakı bacı-qardaşlarımıza İsveçrədən göndərilən yardım, 1946-cı il; Sağda: Yaponiyada sunamidən sonra ibadət evinin bərpası, 2011-ci il

VI BÖLMƏ

Padşahlığın dəstəklənməsi. İbadət yerlərinin tikilməsi və yardım işləri

Padşahlığın dəstəklənməsi. İbadət yerlərinin tikilməsi və yardım işləri

İBADƏT evinə daxil olanda oranı tanıya bilmirsiniz. Həmişə bu binaya baxanda qürur duymusunuz. Hətta, ola bilsin, bir neçə il bundan əvvəl onun tikintisində iştirak etmisiniz və çoxlu xoş xatirələriniz var. Ancaq indi ürəyiniz qürur hissindən dağa dönür: toplaşdığınız ibadət evi müvəqqəti olaraq yardım mərkəzinə çevrilib. Bu yaxınlarda yaşadığınız ərazidə daşqına və dağıntılara səbəb olan qasırğadan sonra filial komitəsi fəlakətdən əziyyət çəkənlərə dərhal qida, paltar, təmiz su və sairə göndərib. İanə edilən hər şey səliqə-sahmanla yığılıb. İbadət evi ehtiyac duyduqları şeyləri götürmək üçün gələn bacı-qardaşlarla dolur. Çoxlarının gözündən sevinc göz yaşları axır.

İsa Məsih demişdi ki, onun şagirdləri bir-birlərinə olan məhəbbətdən tanınacaqlar (Yəh. 13:34, 35). Bu bölmədə biz Yehovanın Şahidlərinin həyata keçirdikləri tikinti və yardım işlərində bu cür məhəbbətin əks olunduğunu görəcəyik. Bu məhəbbət bizim İsanın Padşahlığının rəhbərliyi altında yaşadığımıza danılmaz bir sübutdur.

BU BÖLMƏDƏ

FƏSİL 18

Padşahlıq işinin maliyyələşdirilməsi

Pul necə əldə olunur? Bəs hara xərclənir?

FƏSİL 19

Yehovaya şərəf gətirən tikinti

İbadət yerləri Allaha şərəf gətirir, ancaq Onun qiymətləndirdiyi yalnız bu deyil.

FƏSİL 20

Yehovanı şərəfləndirən yardım işi

Yardım işimizin Yehovaya müqəddəs xidmətimizin bir hissəsi olduğunu haradan bilirik?