Kontentə keç

Mündəricatı göstər

IV BÖLMƏ

İsa peyğəmbərin Yəhudiyyədəki növbəti təbliğ fəaliyyəti

«Biçin Sahibinə yalvarın ki,.. biçinçi göndərsin» (Luka 10:2).

İsa peyğəmbərin Yəhudiyyədəki növbəti təbliğ fəaliyyəti

BU BÖLMƏDƏ

FƏSİL 66

Yerusəlimdə Çardaqlar bayramında

Nəyə görə İsa peyğəmbəri dinləyənlər onda cin olduğunu düşünürlər?

FƏSİL 67

«Ömrümüzdə bu cür danışan adam görməmişik»

Demək olar ki, bütün yəhudi Ali məhkəməsi İsa Məsihə qarşıdır, lakin onlardan biri cürət edib onun tərəfini tutur.

FƏSİL 68

İsa Məsih dünyanın nurudur

İsa peyğəmbər demişdi ki, «həqiqət sizi azadlığa çıxaracaq». Bu, nə deməkdir?

FƏSİL 69

Ataları İbrahim peyğəmbərdir, yoxsa İblis?

İsa Məsih İbrahim peyğəmbərin övladlarını, həmçinin onun Atasının kim olduğunu müəyyən etməyin yolunu öyrədir.

FƏSİL 70

İsa peyğəmbər kor adamı sağaldır

Şagirdlər bu adamın nəyə görə kor olduğunu soruşurlar. Bu, onun, yoxsa valideynlərinin günahına görədir? İsa Məsih həmin kişini sağaldanda insanlar müxtəlif cür münasibət göstərirlər.

FƏSİL 71

Fərisilər kor olmuş adamla mübahisə edirlər

Kor olmuş adamın məntiqli söhbəti fərisiləri özlərindən çıxarır. Valideynlərinin qorxduqları başlarına gəlir: fərisilər kor olmuş adamı sinaqoqdan qovurlar.

FƏSİL 72

İsa Məsih yetmiş şagirdini təbliğə göndərir

İsa Məsih Yəhudiyyədə yetmiş şagirdini iki-iki göndərərək Allahın Padşahlığını bəyan etməyi tapşırır. Şagirdlər insanlara sinaqoqlarda, yoxsa evlərində təbliğ etməlidirlər?

FƏSİL 73

Xeyirxah səməriyyəli

İsa peyğəmbər xeyirxah səməriyyəli məsəlini danışaraq necə təsirli nəsihət verir?

FƏSİL 74

Qonaqpərvərlik və dua haqda öyüdlər

İsa peyğəmbər Məryəmlə Martagilə gedir. O, orada onlara qonaqpərvərlik barədə nə öyrədir? Bundan sonra o, şagirdlərinə nə haqda dua etməli olduqları barədə nə öyrədir?

FƏSİL 75

Əsil xoşbəxtliyin mənbəyi

İsa peyğəmbər əleyhdarlarına Allahın gücü və Allahın Padşahlığın gəlməsi barədə danışır. O həmçinin insanlara əsil xoşbəxtliyin tapmağın üsulunu göstərir.

FƏSİL 76

İsa peyğəmbər bir fərisinin evində

İsa peyğəmbər fərisilərin və mirzələrini ikiüzlüyünü ifşa edir. Onlar insanların üzərinə hansı yükü qoyurlar?

FƏSİL 77

Məsihin var-dövlət barədə məsləhəti

İsa peyğəmbər özünə böyük anbarlar tikən varlı insan barədə məsəl çəkir. O, var-dövlət dalınca qaçmağın hansı təhlükələrini təkrarlayır?

FƏSİL 78

Ey sadiq nökərbaşı, həmişə hazır ol!

İsa peyğəmbəri şagirdlərinin rifahı maraqlandırır. Nökərbaşının rolu nədən ibarətdir? Nəyə görə «hazır olun» göstərişi bu qədər vacibdir?

FƏSİL 79

Tövbə etməyənləri nə gözləyir?

İsa Məsih deyir ki, onun kömək əlini uzatdığı insanlar tövbə etməsələr, ölümə məhkum olunacaqlar. Onlar İsa Məsihin Allahla möhkəm münasibət qurmalarına dair öyrətdiklərindən özləri üçün vacib dərs götürəcəklərmi?

FƏSİL 80

Yaxşı çoban və qoyun ağılları

Çobanın qoyunlara olan münasibəti İsa Məsihin şagirdlərinə necə yanaşdığını gözəl təsvir edir. Bəs görəsən onlar onun təlimlərini tanıyıb onun ardınca gedəcəklər?

FƏSİL 81

İsa Məsih Allah deyil

Bəziləri İsanı özünü Allaha tay tutmaqda ittiham edirlər. Bəs Məsih onların ittihamlarının yalan olduğunu necə üzə çıxarır?