Kontentə keç

Mündəricatı göstər

5-Cİ SUAL

Məktəbdə uşaqlar mənə sataşanda nə edim?

Məktəbdə uşaqlar mənə sataşanda nə edim?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Sənin münasibətin vəziyyəti yaxşılaşdıra da bilər, pisləşdirə də.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Tural məktəbə getmək istəmir. Çünki üç ay bundan əvvəl sinif yoldaşı onun haqqında şayiə yayıb və bundan sonra uşaqlar ona ləqəb qoyublar. Uşaqlar gah vurub onun kitab-dəftərini əlindən yerə salır, sonra da təsadüfən olduğunu deyirlər, gah da bir dəstə uşağın içindən kimsə arxadan onu itələyir. Dünən isə vəziyyət daha da gərginləşib, ona mesaj yazıb hədə-qorxu gəliblər.

Turalın yerində olsaydın, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Sən zəif deyilsən! Əl-qol atmadan xuliqanın cavabını verə bilərsən. Bilirsən necə?

  • FİKİR VERMƏ. Müqəddəs Kitabda deyilir: «Axmaq adam hirsini ortaya tökər, hikmətli isə təmkinini pozmayıb sakit qalar» (Məsəllər 29:11). Ən azından üzdə, mümkün qədər təmkinini qorumağa çalışsan, sənə sataşmaq onlar üçün maraqlı olmayacaq.

  • HEYİF ÇIXMA. Müqəddəs Kitabda deyilir: «Heç kimə pislik əvəzinə pislik etməyin» (Romalılara 12:17). Heyif çıxmaqla vəziyyəti daha da çətinləşdirəcəksən.

  • UZAQGÖRƏN OL. Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3). Əlindən gəldiyi qədər problem yaradan insanlardan və xuliqanların olduğu yerlərdən uzaq gəz.

  • GÖZLƏMƏDİYİ CAVABI VER. Müqəddəs Kitabda deyilir: «Mülayim cavab hirsi yatırar» (Məsəllər 15:1). Zarafata salmaq olar. Məsələn, əgər kimsə sənə kök olduğunu deyirsə, belə cavab verə bilərsən: «Özüm də hiss edirəm ki, bir neçə kiloqram arıqlamalıyam».

  • ÇIX GET. 19 yaşlı Nuranə deyir: «Özünü ələ almaq bacarığı yetkinlikdən xəbər verir və göstərir ki, insan ona sataşandan qat-qat güclüdür, həmçinin ondan fərqli olaraq, özünə hakim olmağı bacarır» (2 Timutiyə 2:24).

  • ÖZÜNƏİNAM HİSSİNİ ARTIR. Xuliqanlar, adətən, özü haqda mənfi fikirdə olan və buna görə də özünü müdafiə etməyən insanları hədəf seçirlər. Xuliqanların çoxu görəndə ki, ondan qorxmursan, səndən əl çəkirlər.

  • KİMƏSƏ DE. Keçmiş müəllim deyir: «Mən hər zaman uşaqlara bu barədə başqalarına danışmağı məsləhət görürəm. Bu cür davranmaqda pis bir şey yoxdur, üstəlik, bununla başqalarının da bu münasibətə məruz qalmasının qarşısını almaq olar».

Özünəinam hissi səni xuliqandan güclü edə bilər.