Kontentə keç

Mündəricatı göstər

DƏRS 12

Yaqub ilk oğulluq haqqını əldə edir

Yaqub ilk oğulluq haqqını əldə edir

İshaqın 40 yaşı olanda Rəfəqə ilə evlənir. O, Rəfəqəni çox sevir. Onların əkiz oğulları olur.

Böyüyünün adı Eys, kiçiyinin isə adı Yaqubdur. Eys çöl adamıdır, o, yaxşı ovçudur. Yaqub isə vaxtının çoxunu evdə keçirməyi xoşlayır.

Həmin dövrdə ata öləndən sonra mirasın çox hissəsi böyük oğula qalırdı. Bu, ilk oğulluq haqqı adlanırdı. Bu ənənə İshaqın ailəsində də var idi. İlk oğulluq haqqı Yehovanın İbrahimə verdiyi vədin bir hissəsi idi. Bu vəd Eys üçün önəm daşımırdı. Amma Yaqub üçünsə bu, çox önəmli idi.

Bir dəfə Eys bütün günü ovda olur, evə çox yorğun qayıdır. Yaqubun bişirdiyi dadlı yeməyin qoxusu Eysin burnuna gəlir. O, Yaquba deyir: «Acından ölürəm! Mənə bir az o qırmızı şorbadan ver!» Yaqub cavab verir: «Verəcəyəm, ancaq əvvəlcə sən ilk oğulluq haqqını mənə ver». Eys cavab verir: «İlk oğulluq haqqı mənim nəyimə lazımdır? Götür, sənin olsun. Təki mənə yemək ver». Səncə, Eys düzgün hərəkət edir?

İshaq artıq yaşa dolub. Böyük oğula xeyir-dua verməyin vaxtı gəlib çatıb. Amma Rəfəqə elə edir ki, bu xeyir-duanı kiçik oğlu Yaqub alsın. Bundan xəbər tutan Eys çox qəzəblənir və əkiz qardaşını öldürmək istəyir. İshaq və Rəfəqə oğulları Yaqubu qorumaq istəyirlər, ona görə ona deyirlər: «Eysin əsəbi soyuyana kimi, get dayın Labanın evində qal». Yaqub valideynlərinin sözünə qulaq asır və canını qurtarmaq üçün qaçır.

«İnsan bütün dünyaya sahib olarsa, amma həyatını itirərsə, bunun ona nə faydası? İnsan öz həyatının əvəzində nə verə bilər?» (Mark 8:36, 37)