Kontentə keç

Mündəricatı göstər

DƏRS 44

Yehovanın məbədi

Yehovanın məbədi

Süleyman İsrail padşahı olandan sonra Yehova ondan soruşur: «Nə istəyirsən? De, sənə verim». Süleyman cavab verir: «Mən cavanam, nə edəcəyimi bilmirəm. Mənə hikmət ver ki, xalqı idarə edə bilim». Yehova da ona deyir: «Məndən hikmət istədiyin üçün səni həm dünyanın ən hikmətli insanı, həm də var-dövlət sahibi edəcəyəm. Əgər Mənə itaət etsən, ömrün uzun olacaq».

Süleyman məbəd tikməyə başlayır. O, əla növ qızıl, gümüş, ağac və daşlardan istifadə edir. Yüzlərlə kişi, qadın məbəddə işləyir. Yeddi ildən sonra məbəd Yehovaya həsr edilmək üçün hazır olur. Orada qurbangah düzəldilir, qurbangahda qurban gətirirlər. Süleyman qurbangahın qarşısında diz çöküb dua edir: «Ey Yehova, bu məbədin böyüklüyü və gözəlliyi Sənin ehtişamın qarşısında sönük qalar. Bununla belə, yalvarırıq ibadətimizi qəbul et, dualarımızı dinlə». Yehova məbəd və Süleymanın duası haqda nə düşünür? Süleyman duasını bitirən kimi, göydən alov gəlib qurbangahdakı qurbanı yandırır. Yehova məbədi qəbul edir. İsraillilər bunu görəndə sevinirlər.

Süleyman padşah İsraildə və uzaq diyarlarda hikməti ilə tanınır. İnsanlar dərdlərinə çarə tapması üçün Süleymanın yanına gəlirlər. Hətta Səba məlikəsi onu çətin suallarla sınamağa gəlir. Məlikə Süleymanın cavablarını eşidəndə deyir: «Camaat mənə sənin haqqında danışanda inanmırdım, ancaq indi görürəm ki, sən onların dediklərindən də hikmətlisən. Allahın Yehova səni xeyir-bərəkətli etsin». Həmin dövrdə İsrail xalqı əmin-amanlıqda yaşayır. Ancaq bir müddətdən sonra hər şey dəyişir.

«Burada Süleymandan daha hikmətlisi durub» (Mətta 12:42)