Kontentə keç

Mündəricatı göstər

II hissə

II hissə

Nəyə görə Yehova qədim dövrdə dünyanı daşqınla məhv etdi? Bəşər tarixinin başlanğıcından xeyirlə şər arasında mübarizə olub. Adəm, Həvva və onların oğulları Qabil də daxil olmaqla, bəzi insanlar şərin tərəfini tutdu. Habil və Nuh kimi, digər insanlarsa xeyrin tərəfini tutdu. İnsanların əksəriyyəti o qədər korlanmışdı ki, Yehova bu pis dünyanı məhv etmək qərarına gəldi. Bu hissədən görəcəyik ki, Yehova bizim hansı tərəfdə olduğumuzu bilir və O, heç vaxt şərin xeyir üzərində qələbə çalmasına yol verməyəcək!

BU BÖLMƏDƏ

DƏRS 3

Adəmlə Həvva Allahın sözünə qulaq asmır

Ədən bağındakı həmin ağacı xüsusi edən nədir? Nəyə görə Həvva həmin ağacın meyvəsindən yeyir?

DƏRS 4

Qardaş qatili

Allah Habilin qurbanını qəbul edir, Qabilin qurbanını isə yox. Qabil bunu görəndə çox qəzəblənir və günah iş görür.

DƏRS 5

Nuhun gəmisi

Pis mələklər yerdəki qadınlarla evləndi və onların nəhəng, zorakı oğulları oldu.

DƏRS 6

Səkkiz nəfər sağ qalır

40 gün, 40 gecə yağış yağır. Nuh və ailəsi bir ildən çox gəmidə qalır. Axırda Allah onlara gəmidən çıxmağı tapşırır.