Kontentə keç

Mündəricatı göstər

III hissə

III hissə

Müqəddəs Kitabda Daşqından sonra Yehovaya ibadət edən bir neçə insanın adı çəkilir. Onların arasında Yehovanın dostu kimi tanınan İbrahim peyğəmbər olmuşdur. O nəyə görə Yehovanın dostu adlanırdı? Valideynlər, övladlarınıza Yehovanın İbrahimin qayğısına qaldığını və ona kömək etmək istədiyini anlamağa kömək edin. İbrahim peyğəmbər, Lut, Yaqub və digər saleh insanlar kimi, biz də Yehovadan kömək istəyə bilərik. Biz əmin ola bilərik ki, Yehova verdiyi hər sözü yerinə yetirir.

BU BÖLMƏDƏ

DƏRS 7

Babil qülləsi

İnsanların bir çoxu bir şəhər və başı göylərə çatan bir qüllə tikirlər. Nəyə görə Allah dərhal onların dilini dəyişir?

DƏRS 8

İbrahim peyğəmbər və arvadı Sara Allahın sözünə itaət edir

Nəyə görə İbrahimlə Sara şəhərdəki həyatlarını qoyub Kənan torpağına yola düşür?

DƏRS 9

Həsrətlə gözlənilən oğul!

Allah İbrahimlə bağlı vədini necə həyata keçirəcək? Bu vədə İbrahimin hansı oğlu daxildir: İshaq, yoxsa İsmayıl?

DƏRS 10

Lutun arvadını yadına sal

Allah Sədum və Həmurənin üstünə od yağdırır. Nəyə görə bu şəhərlər məhv edildi? Nəyə görə Lutun arvadını yadımıza salmalıyıq?

DƏRS 11

İman sınağı

Allah İbrahimə deyir: «Yeganə oğlunu götür və Muriyyə diyarındakı dağda mənə qurban gətir». İbrahim bu iman sınağından necə çıxır?

DƏRS 12

Yaqub ilk oğulluq haqqını əldə edir

İshaqla Rəfəqənin Eys və Yaqub adlı əkiz oğulları olur. Eys birinci doğulduğu üçün mirasın çoxu onun olur. Niyə o, bu mirası bir kasa şorbaya dəyişir?

DƏRS 13

Yaqubla Eys barışır

Yaqub mələkdən necə xeyir-dua alır? Yaqub Eyslə necə barışır?