V hissə
Qırmızı dənizi keçəndən iki ay sonra israillilər Sina dağına gəlib çatdılar. Orada Yehova Allah israillilərlə əhd bağlayıb, onları Özünə xalq seçdi. Yehova onları qoruyur, hər ehtiyaclarını qarşılayırdı. Allah onlara yemək üçün manna verirdi, onların paltarları cırılmırdı və onlar təhlükəsiz yerlərdə yaşayırdılar. Əziz valideynlər, uşaqlarınıza Yehovanın israillilərə qanunlar verməsinin, Hüzur çadırı düzəltdirməsinin və kahinlər seçməsinin səbəbini başa salın. Onlara sözümüzün üstündə durmağın, Yehovaya həmişə sadiq qalmağın və təvazökar olmağın vacibliyini izah edin.
BU BÖLMƏDƏ
DƏRS 23
İsraillilər Yehovaya söz verir
İsraillilər Sina dağında düşərgə salanda Allaha xüsusi söz verirlər.
DƏRS 26
On iki kəşfiyyatçı
Yuşə və Kalib Kənan diyarını gözdən keçirməyə gedən digər on kəşfiyyatçıdan fərqlənir.
DƏRS 27
İsraillilər Yehovaya üsyan edir
Qarun, Datan, Abiram və 250 nəfər Yehova haqda vacib bir faktı anlamırlar.