Kontentə keç

Mündəricatı göstər

VI hissə

VI hissə

Nəhayət israillilər Vəd olunmuş diyara yerləşdilər. Hüzur çadırı orada həqiqi ibadətin mərkəzi idi. Kahinlər xalqa Qanunu öyrədir, hakimlər isə başçılıq edirdi. Bu hissədə insanın verdiyi qərarların və etdiyi hərəkətlərin başqalarına güclü təsir bağışladığını göstərən nümunələr gətirilir. Hər bir israillinin Yehova və Onun seçdiyi adam qarşısında məsuliyyəti var idi. Dəburənin, Naimənin, Yuşənin, Hənnənin, İftahın qızının və İşmuilin başqalarına necə təsir göstərdiklərini nəzərdən keçir. Həmçinin bu hissədə Allahın israillilərdən yana olduğunu bildikləri üçün onların tərəfində olan Rahab, Rut, Yail və gibyonlular kimi başqa xalqlardan olan insanlardan danışılır.

BU BÖLMƏDƏ

DƏRS 29

Yehova Yuşəni seçir

Allah Yuşəyə təlimat verdiyi kimi, bizə də kömək edəcək

DƏRS 30

Rahab kəşfiyyatçıları gizlədir

Əriha şəhərinin divarları uçur. Ancaq Rahabın evi divara bitişik olsa da, onun evinə xətər dəymir.

DƏRS 31

Yuşə və gibyonlular

Yuşə Allaha dua edir: «Dayan, ey günəş!» Bəs Allah bu duaya cavab verir?

DƏRS 32

Yeni başçı və cəsarətli iki qadın

Yuşənin ölümündən sonra israillilər bütlərə sitayiş etməyə başlayırlar. Bununla da ölkədə vəziyyət çətinləşir. Ancaq Bərəq, Dəburə peyğəmbər və Yail xalqa kömək edir.

DƏRS 33

Rut və Naimə

Ərləri ölən iki qadın İsrailə geri qayıdır. Onlardan biri olan Rut işləmək üçün zəmiyə gedir. Buəz adlı kişi orada onu müşahidə edir.

DƏRS 34

Cədun mədyəniləri məğlub edir

Mədyənilər israillilərin gününü qara edir. Buna görə də xalq yalvarıb Yehovadan kömək istəyir. Cədun kiçik qoşunla 135 000 nəfərlik düşmən qoşununu necə məğlub edir?

DƏRS 35

Hənnənin oğul həsrəti

Əlqəna Hənnəni, Fəninəni və uşaqlarını götürüb Şilodakı Hüzur çadırında ibadət etməyə gedir. Orada Hənnə oğul istəyini Yehovaya bildirir. Bir il sonra İşmuil doğulur!

DƏRS 36

İftah nəzir deyir

İftah nə nəzir deyir və niyə? İftahın qızı atasının nəzirinə necə münasibət göstərir

DƏRS 37

Yehova İşmuillə danışır

Baş kahin Əlinin iki oğlu Hüzur çadırında kahin kimi xidmət edirlər, ancaq onlar Yehovanın qanunlarına əməl etmirlər. Kiçik İşmuil isə onlardan fərqlənir. Bir gecə Yehova İşmuillə danışır.

DƏRS 38

Yehova Şimşona güc verir

Allah Şimşonu güclü edir ki, filiştlilərlə döyüşsün, ancaq Şimşon səhv edir və filiştlilər onu tuturlar.