Kontentə keç

Mündəricatı göstər

VII hissə

VII hissə

Bu hissədə Talut və Davud padşahın 80 illik bir dövrü əhatə edən həyat hekayələri yazılıb. Əvvəl-əvvəl Talut təvazökar və Allahdan qorxan bir adam idi, amma sonradan o, Yehovanın sözünə qulaq asmadı. Yehova onu rədd etdi və İşmuilə göstəriş verdi ki, İsrailin növbəti padşahı kimi Davudu seçsin. Talut paxıllığından dəfələrlə Davudu öldürmək istədi, ancaq Davud heç vaxt ondan intiqam almadı. Talutun oğlu Yonatan bilirdi ki, Yehova Davudu seçib, buna görə də o, Davuda sadiq qaldı. Davud bir neçə dəfə ciddi günah işlətsə də, heç vaxt Yehovanın tərbiyəsini rədd etmədi. Valideynlər, uşaqlarınıza başa salın ki, Allahın dediklərinə qulaq asmaq vacibdir.

BU BÖLMƏDƏ

DƏRS 39

İsrailin ilk padşahı

Allah israillilərə onları idarə etmək üçün hakimlər vermişdi, ancaq israillilər padşah istəyirlər. İşmuil Talutu ilk padşah elan edir, amma sonralar Yehova padşahlığı Talutun əlindən alır. Niyə?

DƏRS 40

Davud və Calut

Yehova Davudu İsrailin növbəti padşahı seçir. Davud bu seçimin doğru olduğunu göstərir.

DƏRS 41

Davud və Talut

Talut Davuda niyə nifrət edir və bu nifrət özünü necə büruzə verir?

DƏRS 42

Cəsur və vəfalı Yonatan

Padşahın oğlu Davudun yaxın dostu idi.

DƏRS 43

Davudun günahı

Səhv seçim bəlalara qapı açır.