Kontentə keç

Mündəricatı göstər

X hissə

X hissə

Yehova Allah yerdəki və göydəki hər bir şeyin hökmdarıdır. O, indiyə qədər hər şeyə nəzarət edib və bundan sonra da nəzarət edəcək. Misal üçün, Yehova quyuya atılan Ərəmyanı ölümdən qurtarıb. O, Sədrah, Misah və Abidnağunu odlu sobadan, Dənyalı isə şirlərin ağzından xilas edib. Yehova xalqını xilas etsin deyə Əstəri qoruyub. O, pisliklərin əbədiyyən davam etməsinə yol verməyəcək. Nəhəng heykəl və böyük ağacla bağlı peyğəmbərliklər zəmanət verir ki, Yehovanın Padşahlığı tezliklə bütün pislikləri aradan götürəcək və yer üzünü idarə edəcək.

BU BÖLMƏDƏ

DƏRS 57

Yehova Ərəmya peyğəmbəri təbliğ etməyə göndərir

Ərəmyanın dedikləri ağsaqqalları qəzəbləndirir.

DƏRS 58

Yerusəlim darmadağın olur

Yəhudalılar və Yerusəlimlilər saxta allahlara ibadət etməkdən əl çəkmədikləri üçün Yehova onları tərk edir.

DƏRS 59

Yehovaya itaət edən dörd oğlan

Gənc yəhudilər Babildə saray məmuru olsalar da Yehovaya sadiq qalmaqda qəti qərarlı idilər.

DƏRS 60

Əbədiyyən hökm sürəcək Padşahlıq

Dənyal Navuxodonosorun qəribə yuxusunun mənasını izah edir.

DƏRS 61

Onlar heykələ baş əymirlər

Sədrah, Misah və Abidnağu Babildəki qızıl heykələ baş əymirlər.

DƏRS 62

Padşahlığı təmsil edən böyük ağac

Navuxodonosorun gördüyü yuxu onun gələcəyindən xəbər verirdi.

DƏRS 63

Divardakı yazı

Sirli yazı nə vaxt peyda olur və onun mənası nədir?

DƏRS 64

Dənyal şirlər quyusunda

Dənyal kimi, sən də hər gün Yehovaya dua et!

DƏRS 65

Əstər xalqını xilas edir

Əstər yad millətdən olsa da, yetimlikdən məlikəliyə ucalır.

DƏRS 66

Üzeyir peyğəmbər Allahın qanunlarını xalqa öyrədir

İsraillilər peyğəmbər Üzeyirə qulaq asandan sonra Allaha söz verirlər.

DƏRS 67

Yerusəlim divarları

Nəhəmya düşmənləri hücum planından xəbər tutur. Nəyə görə o qorxmur?