Kontentə keç

Mündəricatı göstər

XII hissə

XII hissə

İsa Məsih xalqa göylərdəki Padşahlıq haqda öyrədir. O, həmçinin onlara Allahın adının müqəddəs tutulması, Padşahlığının gəlməsi və yer üzündə Allahın iradəsinin yerinə yetməsi barədə dua etməyi öyrədir. Valideynlər, uşağınıza bu duanın mənasını izah edin. İsa Məsih Şeytanın onun sədaqətini sındırmasına yol vermir. İsa peyğəmbər özünə həvarilər seçir və onlar Padşahlığın əsasını təşkil edirlər. İsa Məsihin həqiqi ibadət üçün necə qətiyyət göstərdiyini vurğula. O, başqalarına kömək etmək istədiyi üçün xəstələri sağaldır, acları doyurur və hətta ölüləri dirildir. Bütün bu möcüzələrlə o, Padşahlığın gələcəkdə insanlar üçün nələr edəcəyini göstərir.

BU BÖLMƏDƏ

DƏRS 74

İsa Məsih təyin olunur

Yəhya İsa haqda Allahın Quzusu deyəndə nəyi nəzərdə tuturdu?

DƏRS 75

Şeytan İsanı sınağa çəkir

Şeytan İsanı üç dəfə sınağa çəkir. Bunlar hansı sınaqlardır? İsa bu sınaqlardan necə çıxır?

DƏRS 76

İsa Məsih Yehovanın evinin qeyrətini çəkir

İsa Məsih nəyə görə qamçı ilə heyvanları məbəddən qovur və pul dəyişənlərin masalarını çevirir?

DƏRS 77

Quyunun yanındakı qadın

Səməriyyəli qadın İsa Məsihin onunla danışdığını görəndə niyə təəccüblənir? İsa Məsih nəyə görə həmin qadına o vaxta qədər heç kimə deməyi bir söz deyir?

DƏRS 78

İsa Məsih Padşahlıq xəbərini təbliğ edir

İsa Məsih bəzi balıqçıları şagirdi olmağa dəvət edir. Sonra isə 70 şagirdinə xoş xəbəri təbliğ etməyi öyrədir.

DƏRS 79

İsa Məsih çoxlu möcüzələr göstərir

İsa Məsih hara gedirsə xəstələr ondan kömək istəmək üçün yanına gəlir, o da onları sağaldır. O, hətta bir dəfə balaca bir qızı diriltmişdi.

DƏRS 80

İsa Məsih on iki həvarisini seçir

İsa onları nə üçün seçir? Onların adlarını bilirsən?

DƏRS 81

Dağüstü təbliğ

İsa camaata vacib dərs öyrədir.

DƏRS 82

İsa Məsih şagirdlərinə dua etməyi öyrədir

İsa şagirdlərinə nə haqda dua etməyi öyrətmişdi?

DƏRS 83

İsa Məsih minlərlə insana yemək verir

Bu möcüzə bizə Yehova və İsa Məsih haqda nəyi göstərir?

DƏRS 84

İsa Məsih suyun üstü ilə gəzir

Təsəvvür edirsən, həvarilər bu möcüzəni görəndə nə hiss edirlər?

DƏRS 85

İsa Məsih şənbə günü xəstə bir adamı sağaldır

Nəyə görə bu hadisə hamını sevindirmir?

DƏRS 86

İsa Məsih İlazəri dirildir

İsa Məsih Məryəmin ağladığını görüb ağlayır. Ancaq onların kədər göz yaşları çox keçməmiş sevinc göz yaşlarına çevrilir.