NƏĞMƏ 2
Yehovadır ismin
-
1. Ulu, gerçək Allah,
Sevginlə xəlq etmisən,
Bizə həyat vermisən,
Yehovadır ismin.
Sənin xalqın olmaq
Şərəfdir, iftixardır.
Hüsnün nə ecazkardır!
Şölə saçır şanın.
NƏQARƏT
Yehova, Yehova,
Sən təksən, ey Xuda!
Var olan Rəbb, yox Sənə tay,
Bu cümlə-cahanda.
Tərifə, həmdə layiqsən,
Bunu bəşər bilsin.
Yehova, Yehova,
Aşkardır qüdrətin Sənin.
-
2. Sadiq qullarını
Kim istəsən edirsən,
Doğru yol göstərirsən,
Yehovadır ismin.
Lütfünlə, ey Kərim,
Bizi şahid seçmisən.
Qürur duyuruq ki, Sən
Bizə: «Xalqım», — dedin.
NƏQARƏT
Yehova, Yehova,
Sən təksən, ey Xuda!
Var olan Rəbb, yox Sənə tay,
Bu cümlə-cahanda.
Tərifə, həmdə layiqsən,
Bunu bəşər bilsin.
Yehova, Yehova,
Aşkardır qüdrətin Sənin.
(Həmçinin baxın: 2 Saln. 6:14; Zəb. 72:19; Əşy. 42:8.)