Kontentə keç

Mündəricatı göstər

NƏĞMƏ 3

Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

Yehova gücümüz, ümidimiz, güvənc yerimiz

(Məsəllər 14:26)

  1. 1. Ey lütfkar Yehova, Sən bizə

    gerçək ümid verdin.

    O, naçar qəlbə çarədir,

    gərək dünya bilsin.

    Qayğılar artır günü-gündən,

    təlaşa səbəb olur.

    Parlayan ümid də sanki

    yavaş-yavaş sönür.

    NƏQARƏT

    Sən gücüm, ümidim,

    tək güvənc yerim.

    Qoymazsan möhtac dar gündə.

    Müjdəni yayanda

    arxayınam mən,

    Qorxmaram Sənin sayəndə.

  2. 2. Ey Yehova, Sən oldun hayan

    Bizə çətin anda.

    Ovutdun bizi sevginlə

    Dinclik tapdıq Səndə.

    Bir zaman sönən həmin ümid

    Yenidən şölə saçır.

    Qulların böyük səbatla

    Adın bəyan edir.

    NƏQARƏT

    Sən gücüm, ümidim,

    tək güvənc yerim.

    Qoymazsan möhtac dar gündə.

    Müjdəni yayanda

    arxayınam mən,

    Qorxmaram Sənin sayəndə.