NƏĞMƏ 6
Göylər Allahın əzəmətini bəyan edir
(Zəbur 19)
-
1. Əngin səma qüdrətlə yaranmışdır,
Ulu Yaradanın
gücün əyan edir.
Heyran edir misilsiz hikməti,
Gecə də ulduzlu göylər
Onu tərif edir.
-
2. Rəbbin Sözü kamildir, təsirlidir,
Onun qanunları
cana qüvvət verir.
Hökmü adil, hikmətli, düz-doğru,
Baldan şirin öyüdləri
Qəlbi sevindirir.
-
3. Allah xofu təmizdir, əbədidir,
Əmri saf qızıldan
daha da dəyərli.
Müdrik Sözü yönəldir bizləri.
Yehovaya şərəf verək,
Qalaq sədaqətli.
(Həmçinin baxın: Zəb. 111:9; 145:5; Vəhy 4:11.)